Tədbirdə millət vəkili Tamam Cəfərova da iştirak edib
Moderator.az zəbər verir ki, 18 oktyabr 2021-ci il tarixində 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir keçirilib.
Tədbirin keçrilməsində məqsəd 30 ildə dövlətimizin və xalqımızın keçdiyi keşməkeşli yolları, bu gün siyasi arenada, iqtisadiyyat, mədəniyyət və idman sahəsində əldə etdiyi uğurları barədə danışmaq, Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Müstəqilliyin Bərpası Gününün mahiyyətini gənc nəsilə aşılamaqdır.
Tədbirdə mərkəzin “Xor ifaçılığı”, “Bədii qiraət”, “Nitq mədəniyyəti”, “Məktəb teatrı” dərnəklərinin üzvləri şer kompozisiyası və musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirdə tarix elmləri namizədi, dosent, millət vəkili Tamam Cəfərova, mərkəzin direktoru Kəmalə Abdullayeva və mərkəz əməkdaşları , dərnək üzvləri iştirak ediblər.
Seymur ƏLİYEV