“Azərbaycan keçmişdəki Türkiyə-Rusiya yaxınlaşmalarından böyük zərərlər görüb...”
Читать: 3896
30 Oct 2021 | 14:21
“Azərbaycan keçmişdəki Türkiyə-Rusiya yaxınlaşmalarından böyük zərərlər görüb...”
“Lirənin ucuzlaşmasını da Ərdoğanı yıxmaq üçün edilən siyasi gedişlərdən biri kimi dəyərləndirirəm...”
 
“Bütün çətinliklərə rəğmən 98 yaşlı  Türkiyə Cümhuriyyətinin 2023 -cü il-   100 illik hədəfləri var və ona doğru gedir...”
 
Dünən – oktyabrın 29-u Türkiyə Cümhuriyyəti Günü idi... İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı  Moderator.az-a müsahibəsində Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümündə qardaş ölkənin həmin tarix boyu düşmən ittifaqların mühasirəsində keçdiyi keşməkeşli, mürəkkəb və ziddiyyətli yollardan, bütün bu dövrlərdə Azərbaycan-Türkiyə qardaşlığının çətin sınaqlarından, Qərb və Rusiya arasında aparılan balanslı siyasətin bədəllərindən, əsasən düşmən güclərin məkrli müdaxilələri ilə yaranan mövcud iqtisadi çətinliklərdən və s. danışıb.  Və  Türkiyə dövlətinin 2023-cü il -100 illik  hədəflərindən bəhs edib.
-Teymur bəy, bu gün – 29 oktyabr  Türkiyə Cümhuriyyəti Günüdür. Qardaş ölkənin  keçdiyi  98 illik yolu bu günkü gerçəkliklər baxımından necə dəyərləndirmək olar? Həmin dövr ərzində qarşıya çıxan obyektiv, subyektiv maneələr, düşmən güclər baxımından Türkiyənin hazırkı durumuna yetərincə normal demək olarmı, yoxsa bundan da yaxşı ola bilərdi?
 
-Bilirsiniz ki, 1914-1918-ci illər arası Birinci dunya müharibəsi baş verdi. Müharibə bitdikdən sonra dunya nizamı dəyişdi, yeni dövlətlər yarandı. Birinci dunya müharibəsi Osmanlı dövlətinə böyük zərbə vurdu. Türkiyə tarixçiləri maraqlı bir fikir bildirirlər: Birinci Dunya müharibəsi Osmanlı dövlətinin dağılması üçün baş verdi. Bununla razılaşmaq da olar, qəbul etməmək də...
Osmanlı dövləti həmin savaş zamanı Almaniyanın yanında yer aldı. Bir müddət uğurlar qazana bilsə də, Almaniyanın məğlub olması nəticəsində Osmanlı da məğlub duruma düşdü. Osmanlı torpaqları Antanta dövlətləri arasında bölündü. İngiltərə İstanbulu, Fransa və Yunanıstan Osmanlıya bağlı digər şəhərləri işğal etdi. Qısası Osmanlı işğal altında qaldı... Osmanlının son sultanı ingilislərin oyuncağına çevrildi...
 
Belə bir vaxtda Osmanlı dövlətinin Mustafa Kamal adlı zabiti qərara gəldi ki, ölkəsini işğalçılardan xilas etsin. Bu xilas qərarının verilməsinin maraqlı tarixçəsı var. İstanbulda dostunun evinin eyvanında oturmuş Mustafa Kamal aşağıdan qadın səsləri eşidir. Eyvandan baxan zaman görür ki,  sərxoş ingilis zabiti və əsgəri çarşablı Osmanlı, türk xanımına təcavuz etmək istəyirlər... Onda Mustafa Kamal, gələcək Atatürk ayağa qalxıb ucadan və qəzəblə söyləyir ki, bu ölkəni işğaldan azad etmək namus məsələsidir. Bundan sonra silahdaşlarıyla birlikdə Samsuna gedir. Beləliklə, 1919-1922-ci illər arasında baş vermiş Qurtuluş müharibəsinin əsası qoyulur...
 
Bir məsələni də demək istərdim; Mustafa Kamal Birinci Dunya muharibəsi zamanı Osmanlı dövlətinin İngiltərənin yanında yer almasının tərəfdarı olub. Amma bu, baş tutmayıb... Qurtuluş zamanı Ərzurum, Sivas konfransları oldu. Milli ruhun əsasıni  məhz bu konfranslar qoydu. Ondan sonra təşkilatlanma prosesi başladı. Ancaq silah yardımı, maddi dəstək lazım idi. Buna görə də Mustafa Kamal bolşeviklərlə yaxınlaşmağı qərara aldı. Bolşevik Rusiyası da Atatürkə yaxınlaşmaqda maraqlı idi.  Çünki hər ikisinin hədəfi İngiltərəyə qarşı mübarizə idi.  Bu yaxınlaşma, uğurlu Atatürk-Lenin yaxınlaşması sonunda Türkiyə Respublikasının qurulmasına gətirib çıxardı. Bolşevik Rusiyasında yaşayan müsəlman türkləri, ən çox da Azərbaycan xalqı Qurtuluş müharibəsinə kifayət qədər yardım elədi. Azərbaycan Xalq Cumhuriyyətinin işğalından sonra Azərbaycan ordusunun zabitləri qurtuluş müharibəsində yaxından iştirak etdi və qəhrəmanlıqlar  göstərdi... 
 
Atatürk-Lenin yaxınlaşmasından sonra Atatürk Qafqazda olan maraqlarından geri çəkildi... Ən önəmlisi Leninin verdiyi dekret vardı: Osmanlı dövləti ərazisində Ermənistana dövləti yaratmaq planı ləvğ olundu. Sonda  Atatürkün istədiyi alındı və nəticə etibarı ilə Türkiyə Respublikası quruldu. Onu da demək istərdim ki, əgər bolşevik inqilabı olmasaydı, Türkiyə Respublikasının qurulması möcüzə ola bilərdi, bəlkə də qeyri-mümkün olardı. Çünki Çar Rusiyası qalsaydı, həmin imperiyanın ən böyük arzularından biri olan Osmanlıdan pay almaq arzusu çin olacaqdı. Antanta dövlətləri ilə birlikdə...
 
Türkiyə Respublikası qurulduqdan sonrakı  98 ildə çox çətin sinaqlardan, ağır günlərdən keçib. Ən ağır günlər İkinci Dunya müharibəsindən sonra baş verib. Həmin vaxt Türkiyə iki super gücün arasında siyasi manevrlər etməyə məcbur qalıb... Soyuq müharibə zamanı ABŞ yanında saf tutub.  Ancaq yeri gələndə dövlət maraqları naminə Sovet İttifaqına da yaxınlaşıb. Fəqət, belə yaxınlaşmalar üçün bədəl də ödəyib: ölkədə hərbi çevrlişlər baş verib.  Sovetlər dağılana qədər Türkiyədə sol-sağ ideologiyası tərəfdarları arasında küçə döyüşlərindən tutmuş  hərbi qiyamlara qədər mürəkkəb və ağır məqamlar olub. Ölkənin iqtisadiyyatı çox zəif hala düşüb... 
 
Türkiyə Cümhuriyyəti 98 ildə iki müharibə aparıb. NATO-ya üzv olmaq üçün Koreya müharibəsində iştirak edib. Sonra Kıbris adasındakı türkləri yunan zülmündən qurtarmaq üçün Kıbrısda hərbi əməlliyyatlar aparıb və uğur qazanıb. Ancaq bundan sonra ağır sanksiyalara məruz qalıb. 1980-ci illərdən ölkə iqtisadiyyatının inkişafı başlayıb. Nəticə etibarı ilə Türkiyədə tekstil sənayə sahəsi yüksək inkişaf edib. Təəssüf ki, 1984-cü ildəki ilk terror aktı ilə imperialist güclərin başlatdığı guya “kürd xalqının azadlıq hərəkatı” olan “PKK” terror hərəkatı bu  günədək davam etməkdədir. 30 mindən çox insan canı almış bu terror hərəkatıyla mübarizədə Türkiyə dövləti ağır bədəllər odədi. Və bu gün “PKK” terrorçu təşkilatı bu müddət ərzində xeyli zəiflədilsə də,  yenə də xarici güclərin dəstəyi ilə terror aktları davam edir...
 
Türkiyə dövləti Qurtuluş  müharibəsi dövrü ilə müqayisədə bu gün çox güclənib. Dünya dövlətləri  arasında nüfuzu var. Güclü orduya malikdir. Ancaq Qurtuluş savaşı zamanı mübarizə apardığı eyni qüvvələr və ölkələr  yeni Türkiyə dövlətinə də qarşı birləşiblər. Bu düşmən birliyi özünü zaman-zaman daxildə siyasi və ya silahlı qarşıdurmalarda,  yaxud Türkiyənin ətrafında baş verən gözlənilməz siyası hadisələr və müharibələrdə özünü büruzə verir. Məsələn, Suriyada, Egey və Aralıq dənizində baş verən siyası hadisələr onu göstərir ki, Türkiyəyə qarşı 98 il öncəki düşmən ittifaqlar bu gün də davam edir.  Bütün çətinliklərə rəğmən Türkiyə dövləti qarşısına daha da güclənmək və daha böyük nüfuz sahibi olmaq məqsədini qoyub...
 
-Rəhmətlik Atatürk deyirdi: “Siyasi, hərbi zəfərlər nə qədər böyük olursa - olsunlar, əgər iqtisadi zəfərlərlə taclandırılmazlarsa, əldə edilən zəfərlər davamlı ola bilməz, az zamanda sönər”. 
Həmin kəlamın prizmasından baxanda bu gün faktiki olaraq müsəlman-türk dünyasında lider ölkəyə çevrilmiş, artıq dünya güclərinin hesablaşmağa başladığı, həm siyasi, həm də hərbi qələbələrə imza atmış Türkiyə Cümhuriyyətinin iqtisadi inkişaf perspektivi yetərincədirmi? Son vaxtlar bütün iqtisadi ekspertlər lirənin kəskin ucuzlaçmasından danışır... Ermənistandakı revanşistlər və digərləri buna sevinir...
 
-Türkiyə dövləti 98 ildə yetərincə ağır iqtisadı sınaqlardan keçib. Ölkə əhalısı yoxsulluq halında yaşayıb, çətin günlərin öhdəsindən gəlib. Türkiyədəki iqtisadı böhranlar xarici və daxili səbəblərdən baş verib.  Xarici səbəb deyəndə, Türkiyəni idarə edən hökumətlər bəzən dunyanın güc mərkəzlərinin dəstəyilə iqtidara gəlib, amma sonradan onların istəklərini yerinə yetiməyiblər. Nəticədə ya iqtidardan gediblər, ya hərbi çevrilişlər olub, yaxud daxildə gərginlik və iqtisadı böhranlar  yaranıb. Məsələn, Bülent Ecevitin istefa verməsini göstərmək olar. Bir zamanlar ABŞ dostu sayılan Ecevit sonda Ağ Evin istəyi ilə getmədi və nəticədə siyasi karyerası bitdi... 
 
Bu gün dunyamız çətin günlərdən keçir. Pandemiya dunya dövlətlərinin iqtisadiyyatina böyük zərərlər vurub. Türkiyə dövlətinin iqtisadiyyatı da ağır günlər keçirir... Amma lirənin dəyərdən düşməsinin ən böyük səbəbi  xarici səbəblərdi. Türkiyənin indiki iqtidarına qarşı da dunyanın super güçləri birləşib. Artıq Ərdoğan ABŞ-ı istəməyən adam  elan olunub... Lirənin ucuzlaşmasını da Ərdoğanın hakimiyyətdən getməsi üçün edilən siyasi gedişlərdən biri kimi dəyərləndirirəm. Ancaq düşünürəm ki, Türkiyə dövlətinin daxildə iqtisadi bohrandan çıxmaq gücü,  həm də istehsal sənayesi var. Baxmayaraq ki, bu da xeyli dərəcədə xaricdən asılıdır. Qısası, Türkiyənin iqtisadı gücünün zəifləməsinin əsas səbəbi xarici siyasi amillərdir. Amma ümid edək ki, qardaş ölkə bu böhrandan da tezliklə uğurla çıxacaq və  düşmənlərin “lirə sevinci” gözlərində qalacaq...
 
-Türkiyənin  bizə  yetərincə siyasi-mənəvi, texnoloji və kəşfiyyat dəstəyi verdiyi  44 günlük savaşdan sonra həm Azərbaycana  yenə də dayaq durmaq, həm də  Qafqazda, regionda nüfuzunu daha da möhkəmləndirmək üçün Qarabağla əlaqədar Rusiya ilə balanslı şəkildə atdığı addımlarda hansısa yanlışlıqlar sezilmir ki?
 
-Qafqazda tək güc varsa, o da Rusiyadır. Rusiya burada ondan başqa kiminsə güclü olmasını istəmir və heç bir zaman Avropanın, ABŞ-ın da  güclü olmasına imkan verməyəcək. Bəs Rusiya nədən Türkiyəyə yaxınlaşıb. Bunu onun dövlət maraqları tələb edir. Rusiya Türkiyənin Qafqazda iqtisadı güc olmasına isti baxır, amma siyasi güc olmasını istəmir. Rusiya yaxşı bilir ki, Türkiyənin arxasında Avropa,  ABŞ var. Öncə dediyim kimi, Türkiyə dövləti son  98 ildə hər zaman Qərb və Rusiya arasında balanslı siyasət aparıb. Ancaq son nəticədə Qərbin yanında yer alıb. Qaldı Qarabağla bağlı, Türkiyə öz dövlət maraqları çərçivəsində addımlar atır, sadəcə, bəzi məsələlərə gücü çatmir. Onu da bildirmək istəyirəm ki, Türkiyə və Rusiya heç bir zaman strateji müttəfiq ola bilməzlər və olmayacaqlar...
-Sizcə, Türkiyə Azərbaycanla birgə Zəngəzur kommunikasiya dəhlzinin açılışına nail olduqdan sonra  Laçın dəhlizinin, yəni Laçın şəhəri, rayonun dəhlizdəki kəndlərinin, həmçinin Şuşa rayonunun eyni dəhlizə daxil olan yaşayış məntəqələrinin də Rusiyanın “sülhməramlı” sayılan  hərbi kontingentinin  ərazidən  gedişi ilə Azərbaycanın yurisdiksiyasına verilməsində də kifayət qədər təkid göstərəcəkmi?
 
-Bilirsiz, Azərbaycan xalqı son iki yuz ildə istər Osmanlı-Çar Rusiyası, istərsə də Bolşevik Rusiyası-Türkiyə yaxınlaşmasından böyük zərərlər görüb. Və ən pisi odur ki, Qərbi Azərbaycan  torpaqlarında qondarma erməni dövləti yaradılıb.  Ancaq ilk dəfə olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Türkiyə-Rusiya yaxınlaşmasından qazanclı çıxdı. Hələki... Türkiyə dövləti 44 gün ərzində Rüsiyanı neytral saxlamağa çalışdı. Ancaq sonrakı siyasi proseslərə müdaxilə imkanları çatmadı.  Qaldı, bundan sonra Türkiyə Azərbaycanı Rusiyadan qoruya biləcəkmi?  Türkiyə dövləti öz dövlət maraqları çərçivəsində bacardığı qədər Azərbaycanın yanında olacaq. Bu baxımdan Rusiyadan Azərbaycanın tələblərini də istəyə bilər. Amma Qarabağın  taleyi bütövlükdə Azərbaycan xalqının əlindədir və bütün bu proseslərin gələcəyi Azərbaycan dövlətinin atdığı addımlardan, onun siyasi iradəsindən asılı olacaq...
 
-1923-cü ildə, yəni Cümhuriyyətin yüz illiyində Türkiyə və Türk dünyası üçün hansı yenilik və uğurlar görünür?
 
-Türkiyədəki türkçülərin 95 faizi Türkiyə türkçusüdür. Yerdə qalan beş faiz 300 milyonluq Türk dünyasının türkçüsüdur... Təbii ki, öz dövlət maraqlarını qorumaq şərtilə... Türkiyədəki sol cinah Turan birliyinə isti baxmır və baxmaycaq da. Hətta Turan Birliyini ABŞ planı kimi tədqim edənlər də var. Sağ cinah isə islamçi kəsim, məzhəb olaraq İslam ümmət birliyindən danışır. Azərbaycanı çıxmaq şərtilə Türkiyə ilə digər türk dövlətlərinin məzhəbi eynidir. Və həmin dövlətlərlə yalnız məzhəb birliyi çərçivəsində müəyyən yaxınlaşmalar olub son 30 ildə. Qaldı Türkçü cinaha, bunlar isə 30 ildə Türk dunyası ilə əlaqədə nəyə gücləri çatıb ediblər. Təbii ki, Türkiyə dövlətinin maraqlarını qorumaq çərçivəsində edilib bu addımlar. Hazırda Türkiyə dövləti həm xaricdə, həm də daxildə çətin günlərdən keçir. Əsasən də Suriya ətrafında dalana dirənib. Amma bütün bu çətinliklərə rəğmən  98 yaşlı  Türkiyə Cümhuriyyətinin 2023 -   100 illik hədəfləri var və ona doğru gedir...
 
Ancaq hələki  2023-cü ilə iki il var. Ona qədər hansı dəyişikliklər baş verəcəyini bilmək olmaz. Türkiyədə hansı siyasi proseslər gedəcəyini bilmirik. Bəlkə də Ərdoğan artıq 2023-cü ildə Türkiyəni idarə etmədi? Yalnız onu demək olar ki, istər hazırki vəziyyətdə, istərsə də  2023-cü ildə və ondan sonrakı dönəmlərdə də Türkiyə dövləti öz dövlət maraqları çərçivəsində Türk dunyasının birliyi istiqamətindəki siyasətini aparacaq…
 
Sultan Laçın
 
Похожие новости
23:05, Сегодня
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
22:32, Сегодня
В Ереване разогнали требующих отставки Пашиняна
22:16, Сегодня
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
22:13, Сегодня
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
22:07, Сегодня
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
22:06, Сегодня
В России заочно арестовали Гарри Каспарова
22:00, Сегодня
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
21:45, Сегодня
В Северной Македонии завершилось голосование на президентских выборах
21:40, Сегодня
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
21:33, Сегодня
Еще один азербайджанский парапловец стал чемпионом Европы
21:27, Сегодня
Amnesty International уличила Францию в нарушении прав человека
21:16, Сегодня
В Масаллы пройдет ярмарка труда
21:13, Сегодня
МИД Турции: Анкара отвергает предвзятые заявления по событиям 1915 года
21:08, Сегодня
Алиев: Памятник Айтматову в Баку будет символизировать наше единство, дружбу и братство
21:06, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
20:52, Сегодня
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
20:14, Сегодня
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
20:13, Сегодня
В Азербайджане создан новый колледж
19:54, Сегодня
Лукашенко признался, когда «уйдёт на покой»
19:53, Сегодня
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
19:51, Сегодня
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
19:47, Сегодня
Президент Кыргызстана почтил память шехидов в Баку - ФОТО
19:42, Сегодня
BCG: Решение проблемы дефицита воды в Азербайджане – приоритетный вопрос повестки
19:37, Сегодня
В аэропортах Франции отменят до 75% рейсов
19:22, Сегодня
ВОЗ: За полвека иммунизация спасла более 150 млн жизней
19:22, Сегодня
Коллега совершившего суицид бывшего главного педиатра высказался о произошедшем - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
19:19, Сегодня
Как узнать, что бывший в употреблении товар не краденый? - ВИДЕО
19:13, Сегодня
Джо Байден подписал законопроект о военной помощи Украине и другим партнерам-ВИДЕО
19:00, Сегодня
Самые интересные футбольные матчи последующих дней - АФИША
18:57, Сегодня
АБР выделит Грузии 46 млн евро на развитие здравоохранения
18:49, Сегодня
Президент Кыргызстана почтил память шехидов в Баку
18:43, Сегодня
В Баку преступники нашли новый способ кражи - ВИДЕО
18:34, Сегодня
Состояние Ильбера Ортайлы ухудшилось в самолете: рейс задержали
18:25, Сегодня
В России проводившего панихиду по Навальному священника наказали
18:22, Сегодня
Самолет авиакомпании Air France совершил аварийную посадку в бакинском аэропорту - ФОТО
18:21, Сегодня
Первый астронавт Турции приедет в Азербайджан
18:02, Сегодня
Алиев и Жапаров на открытии памятника Айтматову в Баку
18:01, Сегодня
В WhatsApp появится новая функция
17:58, Сегодня
Еще одна страна признала Палестину независимым государством
17:57, Сегодня
В Баку ограничена деятельность ресторана, в котором выявлены нарушения - ФОТО
17:53, Сегодня
Обвиняемый в избиении модели предстанет перед судом в связи с другим преступлением
17:51, Сегодня
В Азербайджаны монеты номиналом 1, 3 и 5 гяпиков могут выйти из обращения? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
17:49, Сегодня
Хорошая новость для жителей Зангиланского, Джебраильского и Губадлинского районов - ВИДЕО
17:48, Сегодня
В Баку пройдет конференция по космическим технологиям
17:31, Сегодня
Лукашенко рассказал о ядерном оружии в Беларуси
17:28, Сегодня
Важный момент в процессе делимитации... - Амирбеков
17:27, Сегодня
Эрдоган встретился с президентом Германии
17:21, Сегодня
В связи с самоубийством бывшего главного педиатра возбудили уголовное дело
17:15, Сегодня
Около 10 тысяч школьников примут участие в олимпиаде на тему «Западный Азербайджан»
17:13, Сегодня
Суд вынес решение в отношении Алескера Мамедли
17:12, Сегодня
Пелоси призвала Нетаньяху уйти в отставку
17:09, Сегодня
Россия и Украина впервые провели очные переговоры
17:08, Сегодня
В Баку завершается сборка одного из высочайших в мире флагштоков - ФОТО
17:05, Сегодня
Состоялось очередное заседание Комиссии по вопросам помилования
17:04, Сегодня
Опубликованы кадры "закулисья" аварии на канатной дороге в Анталье - ВИДЕО
17:03, Сегодня
В Азербайджане отменят запрет на ввоз ряда лекарств
17:00, Сегодня
28 мая в Азербайджане будет амнистия
16:56, Сегодня
Hugo Boss уходит из России
16:46, Сегодня
На одном из главных проспектов Баку прокладывают велодорожку и обновляют тротуар - ФОТОРЕПОРТАЖ
16:37, Сегодня
Скончался бывший главный тренер Хафиз Алиев
16:28, Сегодня
В США все сильнее опасаются атаки, аналогичной теракту в "Крокус Сити Холле"
16:22, Сегодня
Совфед РФ направил письмо в парламент Армении для разъяснения слов Симоняна
16:20, Сегодня
Отказался дать в долг: в Гейгельском районе мужчина обокрал "жадного" дядю - ФОТО
16:14, Сегодня
Каким детям нельзя делать прививки?
16:01, Сегодня
Озеро, образованное сточными водами в поселке Ашагы Гюздек - ФОТОРЕПОРТАЖ
15:57, Сегодня
Карлос Тевес экстренно госпитализирован
15:52, Сегодня
Состоялась церемония подписания азербайджано-кыргызских документов - ОБНОВЛЕНО + ФОТО
15:44, Сегодня
В Милли Меджлисе прошла встреча с помощниками членов Конгресса США - ФОТО - ОБНОВЛЕНО
15:43, Сегодня
В Нахчыване прошла акция протеста - ВИДЕО
15:39, Сегодня
Короля Саудовской Аравии госпитализировали
15:27, Сегодня
МИД: Азербайджан посредством дипломатии и мультилатерализма продолжает вносить вклад в мир и безопасность
15:25, Сегодня
В Азербайджане за три месяца сгорели 170 автомобилей: в МЧС назвали причины
15:23, Сегодня
Новые кадры из Ханкенди - ВИДЕО
15:19, Сегодня
На некоторых трассах Азербайджана видимость будет ограничена
15:17, Сегодня
Провинцию Ирана затопило - ВИДЕО
15:15, Сегодня
В Конго объявили эпидемию оспы обезьян
15:11, Сегодня
В Шушу на начальном этапе будут переселены 50 семей
15:08, Сегодня
Замешанный в инциденте с поджогом женщины житель Товузского района оказался сыном чиновника
15:00, Сегодня
На открытой местности в бакинском поселке горят бытовые отходы
14:58, Сегодня
На освобожденных территориях Азербайджана впервые пройдет аукцион
14:55, Сегодня
Президент Кыргызстана о строительстве школы в Агдамском районе
14:52, Сегодня
Садыр Жапаров: Декларация закрепляет более глубокий характер стратегических отношений между АР и КР
14:49, Сегодня
В Азербайджане женщина и ее сын совершили мошенничество на крупную сумму - СУД
14:46, Сегодня
К 2026 году в Восточном Зангерзуре планируется построить три города
14:45, Сегодня
Жители массива «Деде Горгуд» жалуются на нескончаемые проблемы с дорогами и канализацией - ВИДЕО
14:40, Сегодня
Айдын Керимов: Шуша станет первым городом в Карабахе, где будут действовать электробусы
14:39, Сегодня
Талех Кязымов обсудил с представителями Минфина США возможности сотрудничества - ФОТО
14:33, Сегодня
В Анкаре проходит III заседание космических агентств тюркских государств - ФОТО
14:31, Сегодня
Бывший главный педиатр Насиб Гулиев покончил с собой - ОБНОВЛЕНО
14:29, Сегодня
Ильхам Алиев поблагодарил Кыргызстан за поддержку в восстановлении освобожденных от оккупации территорий
14:27, Сегодня
Спецпредставитель Президента: В Шуше интенсивно идут работы по восстановлению дорог
14:25, Сегодня
Бывший главный педиатр Насиб Гулиев покончил с собой
14:24, Сегодня
Президент пригласил кыргызского коллегу на СОР29
14:23, Сегодня
Спасатели МЧС вызволили ребенка, оказавшегося запертым в квартире - ВИДЕО
14:21, Сегодня
Каково состояние бывшего азербайджанского нападающего?
14:12, Сегодня
Президент: Торговый оборот между Азербайджаном и Кыргызстаном имеет тенденцию к наращиванию
14:07, Сегодня
Президент: Азербайджан настроен продолжать активное взаимодействие с Кыргызстаном по всем направлениям
14:06, Сегодня
Азербайджан направил гуманитарную помощь пострадавшим от наводнения в Казахстане - ВИДЕО
14:04, Сегодня
Ильхам Алиев: Азербайджан и страны Центральной Азии связывают узы многовекового сотрудничества
13:56, Сегодня
Ильхам Алиев: Визит главы Кыргызстана в Азербайджан будет способствовать укреплению дружбы между странами
ЕЖЕДНЕВНО
00:27, Сегодня
Великобритания направит в Польшу истребители Typhoon в 2025 году
00:07, Сегодня
Пентагон призвал Ирак обеспечить безопасность американских сил в республике
00:16, Сегодня
Помощника депутата Европарламента задержали за шпионаж в пользу Китая
00:59, Сегодня
В прошлом году в Иране казнили почти 800 человек - ВИДЕО
01:00, Сегодня
Стало известно время проведения матча за мировую шахматную корону
08:37, Сегодня
Сенат США утвердил законопроект о помощи Украине
08:01, Сегодня
МВФ готов сотрудничать с правительством Азербайджана в подготовке к COP29 - Джихад Азур
08:00, Сегодня
В Казахстане строится завод по выпуску автомобилей Kia
06:31, Сегодня
На автотрассе Баку - Губа грузовик врезался в бетонное ограждение - ВИДЕО
00:48, Сегодня
Главы МИД стран НАТО встретятся в Чехии
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
00:27, Сегодня
Великобритания направит в Польшу истребители Typhoon в 2025 году
00:07, Сегодня
Пентагон призвал Ирак обеспечить безопасность американских сил в республике
00:16, Сегодня
Помощника депутата Европарламента задержали за шпионаж в пользу Китая
00:59, Сегодня
В прошлом году в Иране казнили почти 800 человек - ВИДЕО
01:00, Сегодня
Стало известно время проведения матча за мировую шахматную корону
08:37, Сегодня
Сенат США утвердил законопроект о помощи Украине
08:01, Сегодня
МВФ готов сотрудничать с правительством Азербайджана в подготовке к COP29 - Джихад Азур
08:00, Сегодня
В Казахстане строится завод по выпуску автомобилей Kia
06:31, Сегодня
На автотрассе Баку - Губа грузовик врезался в бетонное ограждение - ВИДЕО
00:48, Сегодня
Главы МИД стран НАТО встретятся в Чехии
Писатели