Dilimiz - Kimliyimizdir
Читать: 902
26 Nov 2021 | 17:05
Dilimiz - Kimliyimizdir
Türkiyə Cümhuriyyəti Türk Dil Kurumunun devizlərindən biri – “Dilimiz – Kimliyimizdir” ifadəsidir. Biz kimliyimizi beşikdən anlamağa başlasaqda, Ana dilimizə ilk elmi yanaşmamız orta məktəbdən başlanır. Bu baxımdan orta məktəbdəki Ana dili dərsliklərimiz hamımız üçün irsi əhəmiyyət kəsb edir.
 
Azərbaycan türklərinin maariflənməsi, onları dünyanın ən öncül xalqalrı sırasına çatdırmaq məsələsi ortaya çıxanda adlarını tarixi kitablardan oxuyub öyrəndiyimiz R.Əfəndiyev, M.Şəfi Vazeh, S.Ə.Şirvani, M.Mahmudbəyov, A.Bakıxanov, professor Mirzə Kazımbəy, Krım tatarı İsmayıl Qaspıralı və Ziya Göyalp yadımıza düşür. Mənsub olduğu xalqın övladlarının hərtərəfli yetişməsi və inkişafına öz fəaliyyəti də daxil olmaqla təşəbbüs göstərən ziyalılar - görkəmli şəxsiyyətlər keçmişdə də olub, bu gün də var, mütləq gələcəkdə də olacaqdır.
 
Bu cür yanaşma, təhsilə yüksək qiymət, xalqın, millətin sabahı düşünülmə-səydi, onda azərbaycan türklərinin ziyalı övladlarının sədası dünyanın ən qabaq-cıl və inkişaf etmiş dövlətlərinin müqəddəs təhsil ocaqlarının auditoriyaların-dan, təhsil müəssisələrindən, elm mərkəzlərindən gəlməzdi.
 
Belə şəxsiyyətlərdən biri də, orta məktəblər üçün kamil dərsliklərin hazırlanıb nəşr edilməsinə çalışan, uzun illər dərslik müəllifi kimi fəaliyyət göstərən, Türk dünyasının görkəmli alimi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cumhuriyyəti Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunun fəxri üzvü, akademik Tofiq Hacıyevdir. Akademikin yaradıcılığı çoxşaxəlidir. O həm ədəbiyyat, həm də dil tarixi ilə bağlı olan qaranlıq məsələlərin işıqlandırılmasına çalışmış, həm də gələcək nəslin geniş elmi dünyagörüşə sahib bir şəxsiyyət kimi yetişməsində orta məktəblərdə tədris edilən dərsliklərin kamil nümunələrinin hazırlanmasında öz səylərini əsirgəməmişdir.
 
Geniş auditoriyalarda xalqın gələcəyi olan tələbələr qarşısında mühazirələr oxuyan alim təcrübədən hiss edirmiş ki, kamil, məzmunlu, dərin elmi faktlarla zəngin orta məktəb dərslikləri olmadan, ali məktəblərdə savadlı kadrların yetişdirilməsi qeyri-mümkündür. Elə ona görə də, elmi yaradıcılığının ilk illə-rindən orta məktəblər üçün yazılan dərsliklərin dilinin sadə, məzmununun elmi, həcminin yığcam, orada özünə yer tutan fikirlərin daha konkret olması məsələləri onun diqqət mərkəzində olmuş və bu cür məsələlərə, öz məqalələrində və əsərlərində xeyli yer ayırmışdır.
 
Akademik 1985-ci ildə “Dil mədəniyyəti” (VII buraxılış, Bakı, Elm, səh.72-79) jurnalında nəşr olunan “Ana dili dərsliklərinin dili haqqında” məqaləsində bu sahə ilə bağlı öz fikirlərini cəmləşdirərək yazır : “İbtidai siniflərin dərslikləri-nin, xüsusilə “Ana dili” kitablarının dilindən bütövlükdə tədris prosesi ilə bağlı çox şey asılıdır. Bu siniflər gələcəkdə onilliyi başa vuranlar üçün sanki bünövrə-dir, onillik təhsilə fon verir. Ümumiyyətlə uşaqların başqa elmləri öyrənmələri də onların dil səviyyələri ilə bilavasitə bağlıdır”. (Şeirimiz, nəsrimiz, ədəbi dili-miz: Bakı, Yazıçı, 1990, səh.36)
 
Alimin orta məktəb dərsliklərinin dili ilə bağlı irəli sürdüyü fikirlər bu gün də öz aktuallığını itirməmişdir. Dili qəliz, başa düşülməsi çətin, ifadəsi ağır olan mətnlərin və elmi fikirlərin şagirdlər tərəfindən qavranılması bugünkü təcrübə-mizdən də görünür ki, verilən elmi fikirlər mürəkkəb və başa düşülməsi çətin olan elmi cümlələr içərisində əriyib itib batır, şagirdin öyrənmək istədiyi elmi məlumatı dərk etmək onun üçün ağır bir işgəncəyə çevrilir.
 
Alim dərsliklərin dilinin iki cəhətinə diqqət yetirməyi tövsiyə edərək yazır: “Bu dərsliklərin dilinə iki cəhətdən fikir verməliyik. Əlbəttə, birinci növbədə, dəqiqliyə, sərrastlığa, səlisliyə və aydınlığa... Uşaqlar üçün ana dili dərsliklərin-də bu cəhətə də diqqət yetirmək lazımdır: unutmamalıyıq ki, uşaqlar dərsliyə ana laylasının birbaşa müşayiətindən gəlirlər. Yəni onlarda poetik əhval-ruhiyyə, nəğmə və nağıl dilinin sehri hakim olur... Bu dərsliklərdə dilin emosionallığına təkcə şeir və hekayələrdə yox, müəllif mətnlərində də fikir vermək lazımdır”. (Yenə orada səh.37)
 
Professor dərsliklərin hazırlanmasında dərslik müəlliflərinin böyük məsuliy-yət daşıdıqlarını diqqətə çatdırır. Qeyd olunur ki, dərslik müəllifləri dərslik hazırlayarkən həmin dərsliklərə daxil edilən elmi və bədii mətnlərin dilinə, elmi dəyərinə məsuliyyətlə yanaşmaqla yanaşı, öz yazılarında da bu tələbləri gözlə-məyə məsuldurlar. Əgər belə olmasa, tərtib edilən dərsliklərin dilində bir hərc-mərclik, bir dolaşıqlıq özünü göstərər. Dərsliklərə daxil edilən mətnlərin dili, elmi dəyəri, səviyyəsi dərsliyi tərtib edənin dilinə, onun fikirlərini ifadə edən cümlələrdəki məzmuna və ideyaya uyğun olmalıdır. Belə olmasa, dərslik alabə-zək bir məzmun daşıyar, onunla tanış olan şagirdlər elə ilk baxışdan dərslikdən bezib uzaqlaşmağa çalışarlar.
 
Professorun dediyi kimi, uşaq-şagird kitabı müqəddəs sayır, müəllimin dedi-yindən çox, kitabdan oxuduqlarına inanır. Elə buna görə də, dərsliyin dili müəl-limin nitqindən daha çox diqqətçəkən, orada öz əksini tapan mətnlərdəki məz-mun daha çox inandırıcı və qəbuledilən olmalıdır.
 
Bütün bunları nəzərə alaraq professor yazır: “Uşaq hamıdan çox kitaba ina-nır və onda kitaba qarşı şübhə yaratmaq çox təhlükəlidir. Bir dəfə bir qeyri-də-qiq şey gördümü, sonra hər sözə, hər ifadəyə qulp qoymağa çalışacaq”. (Yenə orada, səh.38)
 
Doğrudan da belədir. Əgər şagird bir dəfə dərslikdə bir yanlış fikir və ifadə ilə qarşılaşarsa, onda həmin kitaba olan müqəddəs inam tamamilə itəcək. İtən inamı isə geri qaytarmaq üçün uzun illər və təsirli təbliğat lazım olacaqdır. İna-mı geri qaytarmaq isə illər məsələsidir və bu bəzən də qeyri-mümkün olur.
 
Professor Tofiq Hacıyev dərsliklərin hazırlanmasında milliliklə bağlı məsələlərin də diqqətdə saxlanmasını ön plana çəkir. Dərsliklərə daxil edilən ədəbi-bədii nümunələrin daha çox milli səciyyə daşıyan materiallarla təmin edilməsini məsləhət görür və yazır: “Dildə milliliklə əlaqədar onu da deyim ki, dərsliklərdə tərcümələr həddindən artıq çoxdur: III sinfin “Ana dili”ndə ümumi materialın dörddə biri tərcümədir. Bu tərcümə bolluğunda bir cəhət odur ki, uşaqlar üçün əcnəbi anlayışlar çoxdur. Həmçinin, tərcüməçilərin dili həmişə təmiz azərbaycanca səslənmir”. (Yenə orada, səh.39)
 
Professor dərsliklərdən danışarkən təkcə həmin dərsliyə daxil edilən mətnlə-rin məzmunu, ifadə tərzi, milli səciyyə daşıması məsələləri ilə bağlı fikirlər söy-ləməklə kifayətlənmir, eyni zamanda şagirdlərin yaş səviyyəsini nəzərə alıb sa-də, primitiv məzmun daşıyan mətnlərin daxil edilməsinin də əleyhinə çıxır və bu məsələni nəzərə alaraq yazır: “Dərsliklərin hazırlanmasında şagirdlərin yaş səviyyəsini nəzərə almaq lazımdır. Bu düzdür. Ancaq bu prinsipdən sui-istifadə etmək də olmaz. Uşaq hesab eləyib, uşaqlara bəsit şeylər danışmaq yaramaz. Təbiət, cəmiyyət haqqında uşaqlarda yaş səviyyəsinə uyğun, lakin bəsit yox, dolğun məzmunlu məlumat yaratmağın qayğısına qalmaq lazımdır. Bütün bu iş-lərdə dərsliklərin dili mühüm, bəlkə də, əsas faktordur. Həm də uşaqlar buradan ana dilini öyrənirlər”. (Yenə orada, səh.44)
 
Dərsliklər haqqında bu cür fikirlər yazan alimlər özlərinin dərsliklər yazarkən qeyd etdikləri nöqsanlara yol verməmələri şəksizdir. Fikir söyləyən alim söylədiyi bütün yanlışlıqları nəzərdə tutub dərslik hazırlayarkən, bu dərs-liklərdən fərqli yeni milli dərsliklərin ortaya çıxmasına münbit şərait yaradır.
 
Akademikin orta məktəb dərslikləri ilə bağlı yazdığı məqalənin digəri onun 1994-cü ildə (kollektivlə birgə) yazıb nəşr etdirdiyi dərslikdən bir il sonraya tə-sadüf edir. “Türk dili: dərslik, şagird və qavrayış” adlı bu məqalə Xəzər Univer-sitetində keçirilən, konfransın (27-28 yanvar 1995) materialları sırasında çap edilmişdir.
 
Akademik Tofiq Hacıyev orta məktəb dərsliyinin müəllifi olana qədər Azər-baycan dili ilə bağlı bir neçə kitabın həm həmmüəllifi, həm də tək müəllifi kimi çıxış etmişdir. “Azərbaycan ədəbi dili tarixi” (kollektiv müəllif, Bakı, Elm-1991), “Azərbaycan dili” (Z.Budaqova ilə birgə, Bakı, Elm-1992) bu qəbildən olan kitablar sırasına daxildir.
 
Bundan sonra isə professor 1994-cü ildə Öyrətmən nəşriyyatında çap olun-muş “Türk dili” (orta ümumtəhsil məktəblərin IX sinifləri üçün dərslik) dərsliyi-nin müəlliflərindən biri kimi çıxış etmişdir.
 
1994-cü ildə Türk dili dərsliyi ayrılıqda həm orta ümumtəhsil məktəblərinin IX sinifləri, həm də X və XI sinifləri üçün birlikdə çap olunmuşdur.
 
XX əsrin 90-cı illərinə qədər Azərbaycan dili bir fənn kimi son olaraq 8-ci siniflərdə tədris olunurdu. Lakin buna baxmayaraq, şagirdlər institutlara qəbul olunmaq üçün Azərbaycan dilindən də imtahan verirdilər. Arada qalan iki illik fasilə şagirdləri həm Azərbaycan dili ilə təmasdan uzaqlaşdırır, həm də öyrəni-lən elmi materialın unudulmasına şərait yaradırdı. 90- cı illərə qədər orta mək-təblərdə son olaraq qrammatikanın sintaksis bölməsi həmin dərsliklərə daxil edilmiş “Dil haqqında ümumi məlumat” (Azərbaycan dili, 7-8-ci siniflər üçün 1986-1987-ci illər səh.163-180) bölməsi ilə yekunlaşdırılmışdır. Son bölmə isə “Dilin ictimai həyatda rolu və inkişafı” (səh 163), “Dünya dilləri”, “SSRİ xaqlarının ümumi anlaşma dili”, “Azərbaycan dili” (səh.167). “Azərbaycan ədəbi dili və dialektlər” (səh.169) və “Əbədi dilin üslubları” (səh.171) mətnləri ilə yekunlaşırdı.
 
Arada olan bu ikiillik boşluğu aradan qaldırmaq və Azərbaycan dili dərsləri ilə ünsiyyəti sona qədər davam etdirmək üçün 1994-cü ildən başlayaraq həm orta məktəblərin 9-cu, həm də, 10-11-ci sinifləri üçün dərsliklər nəşr olunmağa başladı: 1994-cu ildə nəşr olunan bu “Türk dili” dərslikləri həm 9-cu, həm də 10 və 11-ci siniflər üçün hazırlanmışdır. 9-cu siniflər üçün ayrıca, 10-11-ci siniflər üçün isə bir dərslik hazırlanmısdır. 9-cu siniflər üçün hazırlanan “Türk dili” dərsliyi Tofiq Hacıyev, Əsgər Quliyev, Nizami Cəfərov, X-XI siniflər (iki sinif bir dərslik şəklində) üçün “Türk dili” (Öyrətmən - 1994) dərsliyi isə yenə də Tofiq Hacıyev, Nizami Cəfərov tərəfindən hazırlanıb nəşr edilmişdir.
 
IX siniflər üçün hazırlanan dərslik dörd bölməyə ayrılmışdır. Birinci bölmə “Ana dili haqqında” adlandırılmış, bu bölmədə V-VIII siniflərdə öyrənilən qrammatik qaydaların təkrarı ilə əlaqədar müəyyən tapşırıqlar verilmişdir.
 
Dərslik hazırlanarkən akademik öz əqidəsinə sadiq qalaraq ilk olaraq yad xalqların dilçilərinin fikirlərini yox, ilk olaraq Azərbaycan dilinin inkişafı və
 
püxtələşməsində rolu olan görkəmli şəxsiyyətlərin dil haqqındakı fikirlərini dərslikdə əks etdirmişdir.
 
Dərsliyə daxil edilən ilk mətn müəllifi görkəmli şəxsiyyət Firudin bəy Köçərli olan “Ana dili haqqında” (səh.3) mətnidir. Onun ardınca isə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran Şah İsmayıl Xətai (1487-1524) haqqında yığcam məlumat verilmişdir.
 
Bunun ardınca isə iki bədii mətn: Məmməd Səid Ordubadinin “Ana dili” və dahi sənətkar Cəlil Məmmədquluzadənin ana dilinin saflığı və ona olan sevgini əks etdirən “Anamın kitabı” əsərindən bir parça verilmişdir. Bu mətnlərin hər birində dilə olan münasibət məsələləri əks olunduğundan, müəllif bu mətnləri bilərəkdən dərsliyin əvvəlinə daxil etmişdir.
 
90-cı illərdən əvvəl nəşr olunan Azərbaycan dili dərsliklərində dilə məhəb-bət və sevgi aşılayan mətnlərlə qarşılaşmaq mümkündür. Düzdür, 1948- ci ildə nəşr edilən “Azərbaycan dilinin sərfi” (sövtiyyat və şəkliyyat) dərsliyində də bu cür yanaşmadan istifadə olunmuşdur. Dərsliyin ilk səhifəsində M.Kazımbəy, M.F.Axundov, C.Məmmədquluzadə və C.Cabbarlının şəkilləri verilsə də, onların dillə bağlı söylədikləri hər hansı bir fikir, yaxud, dilin taleyi ilə bağlı yazılmış hər hansı bir əsərdən heç bir nümunə verilməmişdir. Dərsliyin “ Dil və dilçilik” adlanan birinci bölməsində “Dil nədir ?” (səh.19), “Yazı” (səh.22), “Dilçilik” (səh.25), “Etimologiya” (səh.27), “Lüğətçilik” və “Dialektologiya” (səh.29-30) başlıqlı mətnlər verilmiş və izahı nümunələrlə aydılaşdırılmışdır.
 
Dərsliyin ikinci bölməsi “Azərbaycan dilinin quruluşu və tarixi” (səh.35-97), üçüncü bölməsi isə “Nitq mədəniyyəti” (səh.96-100) adı altında verilmiş-dir. Birinci bölmədə Azərbaycan dili, onun türk dilləri içərisində yeri, dilimizin morfoloji quruluşu, ədəbi dilimizin fəaliyyət dairəsi, Azərbaycan dilinin Şimal və Cənub normaları, Azərbaycan Respublikasının dövlət dili kimi məsələlər öz əksini tapmışdır.
 
“Nitq mədəniyyəti” (səh.98-140) adlanan üçüncü bölmədə isə nitq mədəniy-yəti anlayışı, ədəbi dil, nitq normaları, müasir Azərbaycan dilinin normaları və sair məsələlər işıqlandırılmış, çox düzgün olaraq, gələcəkdə ali təhsil alacaq tələbələrin öyrənmək məcburiyyətində qalacaqları “Dilçilik”, “Nitq mədəniy-yəti” kimi fənlərlə tanışlıq məqsədilə onlar haqqında yığcam da olsa məlumat verilmişdir, bu yığcam tanışlıqla onların bünövrəsi qoyulmuşdur.
 
Professor Tofiq Hacıyev öz əziz tələbəsi Nizami Cəfərovla birlikdə həmin ildə orta məktəblərin X-XI siniflərində tədris ediləcək “Türk dili” dərsliyini də
 
yazıb nəşr etdirmişlər (Tofiq Hacıyev, Nizami Cəfərov “Türk dili” XX-XI siniflər üçün dərslik, “Öyrətmən” nəşriyyatı, Bakı-1994).
 
151 səhifədən ibarət olan bu dərsliyin 75 səhifəsinə daxil edilən elmi material və tapşırıqlar orta məktəbin X sinifləri, 75-ci səhifədən 150-ci səhifə-sinə qədər daxil edilən elmi material isə orta məktəblərin XI sinifləri üçün nə-zərdə tutlmuşdur. Dərsliyə X və XI siniflər üçün daxil edilən elmi məlumatın hamısı birlikdə üslubiyyat fənninin orta məktəblər üçün hazırlanmış yığcam variantını təşkil edir.
 
Dərsliyin 10-cu sinifdə tədris olunması nəzərdə tutulan hissəsi “IX sinifdə keçilmişlərin təkrarı” (səh.3-9) və “ Üslubiyyat” (səh.17-75) bölmələlərindən ibarətdir. “Üslubiyyat” bölməsində (X sinifdə tədris olunması nəzərdə tutulan hissədə) Üslubiyyat və “Türk ədəbi dilinin üslubları” (səh.12-17) haqqında geniş məlumat verilmişdir. Digər bölmələrdə isə Bədii üslub, elmi üslub, publisistik üslub və fərdi üslub ayrı-ayrı bölmələr şəklində dərsliyə daxil edilmiş, orada əksini tapan qrammatik elmi məlumatları möhkəmləndirmək üçün bədii əsərlərdən seçilən parçalardan ibarət tapşırıqlar verilmişdir. Bu tapşırıqlara daxil edilən bədii parçaların əsasını Anarın, Elçinin, İ.Şıxlının və digərlərinin əsərlərindən seçilən bədii nümunələr təşkil edir. Bunlarla bərabər, yeri gəldikcə Azərbaycan dilçiliyinin görkəmli simaları Ağaməmməd Abdullayev, Zərifə Budaqova, Abdulla Şərifov, Paşa Sultanov, Zeynal Tağızadə və digərləri haqqında yığcam da olsa, məlumat verilmişdir.
 
Müəlliflərin dərsliyi bu cür tərtib etmələri bir tərəfdən ali məktəbdə öyrəni-ləcək “Üslubiyyat” fənni ilə ilkin tanışlıq, digər tərəfdən dilçiliyimizi çiyinlə-rində bu yüksəkliyə qaldıran görkəmli dilçilərə hörmət və ehtiram ifadəsi idi. Dərsliyin tədrisi XI sinifdə nəzərdə tutulan hissəsi isə üslubiyyatın digər bölmə-lərini təşkil edir.
 
Üslubiyyatda öyrənilən üslublardan ikisi – “Məişət üslubu” və “Rəsmi-işgüzar üslub” da dərsliyin XI- ci siniflər üçün hazırlanan bölməsinə daxil edilmişdir. “Məişət üslubu” adlanan birinci bölmədə, “Məişət üslubu nədir?”, “Məişət üslubunun yaranma şəraiti” (səh.84-88), “Dialoji nitq” (səh.87-91), “İntonasiya və jest hərəkət” (səh.92-96), “Məişət üslubunda dil qatlarının təzahürü” (səh.97-100) və “Məişət üslubu bədii ədəbiyyatda” (səh.101-103) mətnləri daxil edilmişdir. Bu mövzularla bağlı bədii əsərlərdən seçilmiş mətnlərdən də istifadə edilmişdir.
 
Bu bölmədə, çox doğru olaraq, türk terminalogiyasının yaradıcılarından biri Məhərrəm Kamil (1897-1938), Rəsul Əlabbas oğlu Rüstəmov (1914-1943)
 
haqqında çox yığcam şəkildə məlumat verilmişdir. Bölmədə verilmiş tapşırıq mətnləri isə əsasən C.Məmmədquluzadə, Ü.Hacıbəyov, M.Ə.Sabir, C.Cabbarlı və digər ədiblərin əsərlərindən seşilmişdir.
 
Dərsliyin XI-ci siniflər üçün nəzərdə tutulmuş bölməsinin ikinci hissəsini isə “Rəsmi-işgüzar üslub” (səh.104-125) təşkil edir. Bu hissəni isə rəsmi-işgüzar üslub, rəsmi və işgüzar sənədlərin dili, rəsmi-işgüzar üslubun təzahür formaları, sənəd dilində rəsmi və qeyri-rəsmi ifadələr, üslubların ayrılması və birləşməsi kimi məsələlər təşkil edir. Daha sonra Azərbaycan dilinin bütün bölmələrini əhatə edən “V-XI-ci siniflərdə keçilənlərin təkrarı” (səh.134-150) başlıqlı bir hissə daxil edilmiş, Azərbaycan dilində öyrənilməsi lazım bilinən bütün qanun-qaydalarla bağlı çalışmalar verilmişdir. Bu bölmədə verilən hazırlıqlarda ahəng qanunundan başlayaraq mətnlərin dil və üslub xüsusiyyətlərinin öyrənilməsinə qədər bütün sahələrlə bağlı tapşırıqlar verilmiş və qarşiya onların yerinə yetiril-məsi tələbi qoyulmuşdur.
 
2005-ci ildən başlayaraq bu dərslik ayrı-ayrı dərsliklər şəklində nəşr edilmiş, X və XI-ci sinif dərsliklərin müəllifləri sırasına Nizami Xudiyev də daxil edil-mişdir.
 
Hər bir dilçiyə məlumdur ki, Azərbaycan dilinin bütün bölmələrinin (foneti-ka, leksika, morfologiya, sintaksis) öyrədilməsinə hələ orta məktəbin aşağı si-niflərindən başlanılır. Asandan çətinə, sadədən mürəkkəbə gedən bu yol hər bir şagirdin dilçiliyin qanun-qaydalarının hərtərəfli və elmi şəkildə öyrənməsinə şə-rait yaradır. Ali məktəbə qəbul olunan abituriyentlər institutda oxuduğu illərdə, hələ orta məktəbdə öyrəndikləri qayda-qanunları ətraflı öyrənib möhkəmləndir-məkdə heç bir çətinlik çəkmir. Bu sahədə böyük nailiyyətlərin əldə edilməsində heç bir maneə ilə qarşılaşmırlar.
 
O təcrübəni nəzərə alaraq deyə bilərik ki, akademik Tofiq Hacıyevin də həmmüəllifi olduğu 9-10 və 11-ci siniflər üçün hazırladıqları Azərbaycan dili dərslikləri də ali məktəblərdə tədris edilən “Nitq mədəniyyəti” fənninin əsasını təşkil edir. Çəkinmədən demək olar ki, pedaqoji institutların elə bir fakültəsi yoxdur ki, orada “Nitq mədəniyyəti” fənni tədris edilməsin. Gələcəkdə siniflərə daxil olub fənlərin tədrisi ilə məşğul olan hər bir kadr gözəl nitq qabiliyyətinə malik olmalıdır.
 
Məlumdur ki, bu gün yazılıb nəşr edilən bütün dərsliklərin hamısı kurikulu-mun tələbləri əsasında hazırlanır. Bu kitablarda, demək olar ki, qrammatik qay-daların öyrənilməsi üçün o qədər də material verilmir. Məsələn, orta məktəblə-rin 9-cu sinifləri üçün nəşr edilmiş “Azərbaycan dili” dərsliyinə təqribən 27 yığ-
 
cam mətn daxil edilmişdir. Bu mətnlərin tədrisinə ayrılan saatların miqdarına diqqət yetirdikdə, onların öyrənilməsinə ayrılan saatların dərslikdə qrammatik qaydaların öyrənilməsinə ayrılan saatlardan bir neçə dəfə çox olduğunun şahidi oluruq.
 
Məsələn, IX sinif dərsliyinin 26-cı səhifəsində yazılır: “Tamamlıq haqqında öyrəndiklərinizi yadınıza salıb sualları cavablandırın. Fikirlərinizi nümunələrlə əsaslandırın”. Dərsliyin 38-ci səhifəsində isə yazılır: “Nitqdə söylənilən hər hansı bir fikri daha qabarıq və canlı vermək üçün, jest və mimikalardan istifadə olunur”. Əgər şagird jest və mimikanın nə olduğunu öyrənməyibsə bu tələbi necə yerinə yetirə bilər? Əgər bu siniflərdə jest və mimikanın nə olduğunu şa-girdə öyrətmək lazım idisə, onda bu cür materiallar dərsliklərdən niyə çıxarı-lırdı?
 
Orta məktəblərin XI siniflərində bu gün tədris edilən “Azərbaycan dili” dərsliklərinə üslubiyyatla və digər sahələrlə bağlı yalnız 8 yığcam elmi məlumat daxil edilib. Tədrisinə bu qədər saat ayrılan Azərbaycan dilinə 8 elmi qramma-tik anlayışın daxil edilməsi az deyilmi?
 
Əgər 9,10,11-ci siniflər üçün hazırlanan “Azərbaycan dili” dərslikləri dili-mizin qanun-qaydalarının öyrədilməsində əsas vəzifəni yerinə yetirə bilmirsə, onda bu dərsliklər ibtidai siniflər üçün hazırlanan dərsliklərdən nə ilə fərqlənir.
 
Qəbul imtahanları üçün Azərbaycan dilindən hazırlanan suallar mətnlər üzə-rində iş aparmaqla bağlıdırmı?! Elə başa düşürəm ki, vaxt gələcək, Akademik Tofiq Hacıyevin həmmüəllifliyi ilə nəşr olunan dərsliklərə yenidən ehtiyac du-yulacaq və dərsliklərdə özünü göstərən bu boşluqlar aradan qaldırılacaqdır.
 
Sərdar Zeynal
Fiologiya üzrə elmlər doktoru
22.11.2021
Похожие новости
21:28, Сегодня
Страны G7 выступили с призывом к Баку и Еревану
21:23, Сегодня
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
21:10, Сегодня
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
21:01, Сегодня
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
20:32, Сегодня
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
20:26, Сегодня
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
20:12, Сегодня
Зеленский: Украина может спустить Путина «с неба на землю»
20:11, Сегодня
В Азербайджане арестован руководитель сайта
20:09, Сегодня
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
20:03, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:01, Сегодня
Орбан: Запад близок к отправке военных в Украину
19:53, Сегодня
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19:53, Сегодня
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19:47, Сегодня
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19:45, Сегодня
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19:39, Сегодня
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19:25, Сегодня
НАТО гарантирует усиление ПВО Украины
19:18, Сегодня
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19:06, Сегодня
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
18:53, Сегодня
Осужденный за жестокое убийство жены скончался в тюрьме
18:44, Сегодня
Гаити потребовал от Франции миллиардных репараций
18:28, Сегодня
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
18:13, Сегодня
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
17:51, Сегодня
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
17:45, Сегодня
Артуро Видаль - о клубе своей мечты
17:45, Сегодня
Токаев запретил ввоз вейпов в Казахстан
17:37, Сегодня
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
17:32, Сегодня
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
17:28, Сегодня
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
17:16, Сегодня
В Хыналыге выпал град - ВИДЕО
17:10, Сегодня
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
17:10, Сегодня
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
17:05, Сегодня
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
17:00, Сегодня
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
16:55, Сегодня
На Абеля Магеррамова подали в суд
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
16:43, Сегодня
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
16:37, Сегодня
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
16:25, Сегодня
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
15:47, Сегодня
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
15:32, Сегодня
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
13:53, Сегодня
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
12:01, Сегодня
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
11:05, Сегодня
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
10:57, Сегодня
Ниджат Абасов потерпел шестое поражение в Торонто
09:15, Сегодня
В России разбился военный самолет
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:32, Сегодня
Азербайджанская гимнастка вышла в еще один финал Кубка мира - ОБНОВЛЕНО + ФОТО
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:19, Сегодня
Лига Европы: "Рома" обыграла "Милан", "Аталанта" вышла в 1/2 финала, "Байер" вырвал ничью - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:39, Сегодня
В матче Лиги конференций вратарь получил две желтые карточки, но не был удален - ПРИЧИНА
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:15, Сегодня
В Эстонии грозят разнести вдребезги российские города- (видео)
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
Писатели