Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - DSX-nin Aparat rəhbəri ilə müsahibə
Читать: 1117
07 Dec 2021 | 09:34
Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - DSX-nin Aparat rəhbəri ilə müsahibə
Faciəvi fəlakətdən - Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından və 14 yüksək vəzifəli zabitin həlak olmasından bizi artıq bir həftə ayırır. Təəssüf ki, cəmiyyətə hələ də Mi-17-nin qəzaya uğraması səbəbləri barədə aydın və anlaşıqlı izah təqdim olunmayıb. Hadisənin təhqiqatı hələ də davam edir.  İstintaqın gedişi ilə bağlı ictimaiyyətə cüzi məlumat verilir.  Cavabsız qalan çoxsaylı suallar toplanıb.
 
Və biz birbaşa Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə müraciət etmək qərarına gəldik. Qəza hansı səbəbdən baş verib?  Səbəbləri aydınlaşdırmaq üçün Xidmətin rəhbərliyinə ən aktual sualları ünvanladıq.
 
Və Xidmətin rəhbərliyi DSX-nin aparat rəhbəri general-mayor Elçin İbrahimovun timsalında heç bir sualımızı cavabsız qoymadı.
 
Özünüz oxuyun və nəticə çıxarın …
 
- Möcüzə nəticəsində sağ qalmış zabitlər ilk müsahibələrində bildirdilər ki, helikopterin Qaraheybət poliqonuna uçuşu üçün hava şəraiti əlverişli olub.  Üstəlik onların sözlərinə görə, əvvəllər dəfələrlə məhz bu Mi-17 ilə xidməti ezamiyyətə yollanıblar.  Hətta Arktikada belə uçan bu tipli çoxfunksiyalı helikopterlərin texniki xarakteristikasına nəzər salsaq, külək qəzaya səbəb ola bilməzdi.  Həm də uçuşdan əvvəl DSX-nin Səngəçaldakı meydançasında helikopter texniki baxışdan keçmişdi.  Ümumiyyətlə, sizin fikrinizcə, helikopter niyə qəzaya uğradı?
 
- İlk növbədə bizim Xidmət adından bu ağır anda yanımızda olan, yoldaşlarımızın ölümü ilə bağlı başsağlığı verən hər kəsə minnətdarlığımızı bildirirəm.
 
Son uçuş döyüş hazırlığının illik planına uyğun olaraq həyata keçirilirdi, məqsəd DSX-nin hava qüvvələrinin döyüş bacarıqlarını  və pilotlarımızın uçuş vərdişlərini yüksək səviyyədə qoruyub saxlamaq idi.
 
Aviasiya-mühəndis xidmətinin təlimatına uyğun olaraq, istənilən uçuşdan əvvəl nəzarət yoxlaması həyata keçirilməlidir.  Və uçuşdan əvvəl mütəxəssislər tərəfindən helikopterə texniki baxış yerinə yetirilib.  Hər hansı problem aşkarlanmayıb, helikopteri isə çox təcrübəli ekipaj idarə edirdi.
 
Bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib. Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-i ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib.
 
Təbii ki, istənilən uçuş vasitəsinin qəzası zamanı ehtimal olunan səbəblər arasında ilk növbədə hava şəraiti, texniki nasazlıq, insan faktoru və s. nəzərdən keçirilir.  Habelə eyni vaxtda bir neçə şərtin olması da mümkündür.  Ancaq bunların hamısı sadəcə ehtimallardır. Əsl səbəb yalnız “qara qutu”nun öyrənilməsi başa çatandan sonra bəlli olacaq.
 
Həmçinin xüsusi olaraq söyləmək istərdim ki, bu faciə təkcə həlak olanların doğmaları və yaxınları üçün yox, həm də DSX-nin bütün şəxsi heyəti, zabitlərin həmkarları və döyüş yoldaşları üçün əvəzolunmaz itkidir.
 
- Siz terror aktı və təxribat variantlarını tamamilə istisna edirsiz?
 
- Baş verənlərin ilkin analizinə əsaslanaraq, habelə hadisə yerinə baxışın nəticələrini, yaralı zabitlərin ifadələrini, peşəkar pilotların rəyini nəzərə alaraq qəzaya uğramış uçuş vasitəsinə hər hansı kənar təsiri əminliklə istisna etmək olar.
 
- Bir çoxları ağıllarına sığışdıra bilmir - necə və hansı məqsədlə birdən birə DSX-nin 14 zabiti eyni helikopterdə olub?  Bu, təxribat haqda konspiroloji izaha üstünlük verənlərin əsas  arqumentidir…
 
- Noyabrın 30-unda Qaraheybətdəki poliqonda döyüş təlim-məşq uçuşları planlaşdırılmışdı, bu isə təkcə uçuş vasitəsinin ekipajını yox, həm də uçuşların rəhbərlərinin, təlimatçıların, uçuşların təminatı ilə bağlı mütəxəssislərin iştirakını nəzərdə tutur.
 
Qəzaya uğramış helikopter təlim uçuşlarına cəlb olunmuş şəxsi heyəti Səngəçaldakı aviabazadan Qaraheybət poliqonuna aparırdı.  Bu cür uçuşlar mütəmadi olaraq həyata keçirilir və eyni helikopterdə 16 və daha çox zabitin, hətta DSX generallarının olması adi vəziyyətdir, xüsusən də bu tipli helikopterlər ekipaj üzvlərindən əlavə 24 nəfər üçün nəzərdə tutulub.
 
Təəssüflə qeyd etməliyik ki, bəhs etdiyiniz konspiroloji variantlar uçuş işindən tamamilə bixəbər şəxslər tərəfindən irəli sürülür və bunu etibardan salmaq, ictimai rəyə mənfi təsir göstərmək məqsədilə edirlər.
 
- Razılaşın ki, dövlət qurumlarının, o cümlədən DSX-nin də uzun müddət susması çoxsaylı şayiə, uydurma və spekulyasiyalar doğurdu.  Dərhal aydınlıq gətirmək və informasiya ajiotajının qarşısını almaq olmazdımı?  Anında reaksiya niyə olmadı?  Bizi daha çox o fakt təəccübləndirdi ki, həlak olanların və yaralıların siyahısı prezidentin başsağlığı verməsindən sonra açıqlandı. Niyə?
 
- Biz baş verənlərlə bağlı KİV-lərin maksimum qısa vaxtda məlumat əldə etmək istəyinə anlaşma ilə yanaşırıq.  Ancaq gəlin faktlara nəzər salaq.  Helikopter qəzası saat 10:36-da baş verib. Hadisə yerinə çatmaq üçün heç olmasa bir saat vaxt lazımdır, bunu oraya gedən jurnalistlər də  təsdiqləyərlər.  Bunu nəzərə alaraq, razılaşın ki, saytımızda  saat 12:11-də Baş prokurorluqla birlikdə tərtib olunmuş ilkin informasiyanın yerləşdirilməsini hadisəyə yetərincə operativ reaksiya saymaq olar.
 
O ki qaldı həlak olanların siyahısının dərcinə, burada ilk olaraq onların ailələrinin, yaxınlarının xəbərdar edilməsinin zəruriliyini, kədərli xəbərə hazırlaşdırılmasını nəzərə almaq gərəkdir.  Unutmaq olmaz ki, yaxın adamın ölümü haqda KİV-dən səhv və ya qeyri-səhih məlumat almaq onlara əlavə olaraq böyük mənəvi-psixoloji zərbə vurardı.
 
Həmçinin nəzərə alınmalıdır ki, biz ilk növbədə həlak olanların və yaralıların şəxsiyyətini dəqiqləşdirməliyik.  Bunun xüsusi əhəmiyyətini noyabrın sonunda Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində baş vermiş partlayışın misalında göstərmək olar. Orada 52  mədənçinin ölümü elan olunandan bir müddət sonra 1 mədənçi xilas edildi.  Əgər biz tələsərək heikopterdəki şəxsi heyətin hamısının həlak olduğunu elan etsəydik, zabitlərimizin doğmalarının və yaxınlarının hansı əzablardan keçə biləcəyini təsəvvür etmək çətindir.
 
Bunları nəzərə alaraq, zabitlərin doğmaları və yaxınları hadisədən xəbərdar edildikdən dərhal sonra saat 16:00-da, yəni faciədən 5 saat sonra həlak olanların və yaralıların siyahısı rəsmi şəkildə KİV-ə təqdim olundu.
 
- Razı deyiləm. Axı bundan əvvəl həlak olanların və yaralananların siyahısı yüz faizli dəqiqliklə Almaniyada yaşayan blogerin səhifəsində peyda olub. Bu cür informasiya sızması hardandır? Dövlət Sərhəd Xidmətində xidməti istintaq aparıblarmı?
 
- Bu informasiya sızması məsələsi diqqətimiz mərkəzindədir. Hazırda müvafiq xidmətlərlə birgə həmin məqamların müəyyənləşdirilməsi üzrə zəruri tədbirlər görülür.   
 
- Dövlət Sərhəd Xidməti ilk dəqiqələrdən aşırı və izahı olmayan əsəbilik nümayiş etdirməyə başladı. Bu narahatlığın, hətta belə demək olarsa, çaşqınlığın kulminasiyası BakuTV-nin jurnalisti ilə bağlı olay oldu. O olsa-olsa məmurdan şərh almağa cəhd etmişdi. Bəlkə sadəcə bütün jurnalistləri dəvət edib, ictimaiyyətin narahatlığına səbəb olan bütün suallara səmimi cavab vermək lazım idi? Niyə Dövlət Sərhəd Xidməti hətta dəfn mərasiminin işıqlandırılmasına mane olmağa cəhd etdi? Bu fakt da həmkarlarımın qəzəbinə səbəb oldu...   
 
- İcazənizlə sizinlə razılaşmayım. Qəza və dəfn günləri zamanı mətbuat xidmətimizin fəaliyyətini qiymətləndirərkən bütün yanaşı amilləri, baş vermiş hadisənin səbəblərini təcili aydınlaşdırmağın kifayət qədər mürəkkəb olduğunu və s.-i mütləq nəzərə almaq lazımdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz KİV-in bütün nümayəndələrinin fikrinə və mövqeyinə hörmətlə yanaşırıq və bu sizə yaxşı məlumdur. Ötən il Vətən müharibəsi zamanı, elə ondan sonra da jurnalistlərlə sıx əməkdaşlıq etmişik və edirik, onlara hər cür kömək göstəririk. Yaşıl sərhəddə, dənizdə, dövlət sərhədindən keçid məntəqələrində  fəaliyyətimizin nəticələri, İranla sərhəd zastavalarının bərpası, Ermənistanla sərhəddə infrastrukturun düzəldilməsi barədə onlara operativ məlumat veririk. Bu məqsədlə bu il jurnalistlər üçün xüsusi mediaturlar təşkil etmişik.       
 
O ki qaldı sizin sualınıza, gəlin sadəcə faktları nəzərdən keçirək. Helikopterin qəzaya uğraması barədə məlumat gələn kimi DSX rəhbərliyi general-polkovnik Elçin Quliyev başda olmaqla hadisə yerinə getdi. Yaralıların təxliyə olunması, hadisə yerinin qorunmasının təminatı, həlak olmuş zabitlərin cəsədlərinin tanınması, onların qohumlarına və yaxınlarına xəbər verilməsi, dəfn mərasiminin təşkili məsələsi ilə bağlı dərhal göstərişlər verildi.
 
Baş Prokurorluqla birgə baş vermiş hadisə haqqında ilkin məlumat verildi və həmin informasiya 12.11-də saytımıza yerləşdirildi.
 
DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev hadisə yerinə gələn KİV nümayəndələri ilə görüşdü və onlara ilkin məlumat verdi. Bundan bir neçə saat sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev KİV nümayəndələri üçün brifinq keçirdi və jurnalistləri maraqlandıran bütün suallara cavab verdi.  
 
Həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olundu. Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək.   
 
KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb. 
 
- İctimaiyyətin daha bir çaşqınlığını nəzərinizə çatdırmaq istəyirəm. Birinci Qarabağ müharibəsinin əfsanəvi pilotu, istefada olan polkovnik Elçin Nəbiyev niyə hər hansı bir sıradan texniki əməkdaş kimi təqdim edilib? Çoxları bunu hərbi hava qüvvələri tarixində iz buraxmış zabitin xatirəsinə qarşı saymazyanalıq kimi qarşıladı...  
 
- İstefada olan Elçin Nəbiyev peşəkar mütəxəssis idi və böyük təcrübəsi nəzərə alınmaqla, o, DSX-də mülki əməkdaş kimi xidmət edirdi. Siyahıda soyadının qarşısında “işçi” yazılması sadəcə hüquqi statusunun müəyyənləşdirilməsi idi, bunu heç cür onun şəxsi xidmətlərinə hörmətsizlik kimi qiymətləndirmək lazım deyil. Ehtiyatda və ya istefada olan bütün zabitlər mülki personal kimi işə cəlb olunub, analoji hüquqa malikdirlər ki, bu da Əmək kodeksi ilə tənzimlənir.   
 
Elçin Nəbiyev çox yaxşı mütəxəssis idi və o həm ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, həm də Dövlət Sərhəd Xidmətinin təşəkkülünə və inkişafına əhəmiyyətli xidmət göstərib. Elçin Nəbiyev xatirəmizdə ləyaqətli zabit və yüksək dərəcəli peşəkar kimi qalacaq. 
 
-  Faciənin böyüklüyünə və ictimaiyyətin əməlli-başlı narahatlığına rəğmən, istintaq orqanlarının qəribə şəkildə susması sizə təəccüblü gəlmir ki? İstintaq nəticələri hələ də yoxdur...  
 
-  Məlum olduğu kimi, istintaq orqanları cinayət işi açıb və əsaslı şəkildə istintaq aparılır. Baş Prokurorluğun nümayəndələri ictimaiyyəti gerçəkləşdirilmiş istintaq işləri barədə operativ şəkildə məlumatlandırır.   
 
DSX xidməti-döyüş fəaliyyətində bu tip helikopterlərin gələcək istifadəsində nəzərə alınması üçün baş vermiş faciənin səbəblərinin ən yaxın zamanda müəyyənləşdirilməsində maraqlıdır.
 
Hazırda prokurorluq orqanlarına əlimizdən gələn köməyi göstəririk. Əminəm ki, “qara qutu”nun şifrəsi açılandan sonra istintaq orqanları ictimaiyyəti onun nəticələri barədə məlumatlandıracaq.(Virtualaz.org)
Похожие новости
14:43, Сегодня
В Н-ской воинской части прошли командно-штабные учения
14:07, Сегодня
В Азербайджане должностным лицам налоговых органов специальное звание будет присваиваться бессрочно
13:37, Сегодня
Житель Хачмаза проглотил вилку, а обратился к врачу лишь спустя месяц - ВИДЕО
13:25, Сегодня
Франция может отменить церемонию открытия Олимпиады: организаторам рекомендуют «перейти к плану Б»
13:18, Сегодня
Депутат предложил обеспечить всем детям без родительской опеки образование за счет государства
13:15, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 25 градусов
13:08, Сегодня
Минобороны Швеции: Продолжаются обсуждения поставок Украине истребителей Gripen
12:56, Сегодня
В Ереване ведутся обыски по 40 адресам в рамках дела о нападении на полицейский участок
12:43, Сегодня
Азербайджанские гимнасты примут участие в Кубке мира в Анталье
12:41, Сегодня
Проведен обыск в доме армянского полковника, критикующего Пашиняна - ВИДЕО
12:34, Сегодня
В Баку сдан в эксплуатацию новый электробус - ФОТО
12:32, Сегодня
Почему AzTV не опубликовало интервью Араика Арутюняна? - ЗАЯВЛЕНИЕ
12:30, Сегодня
Милли Меджлис утвердил новые правила проведения спецопераций против религиозного экстремизма
12:29, Сегодня
Азербайджан в прошлом году сократил чистые финансовые обязательства более чем на 1 млрд долларов
12:28, Сегодня
Азербайджан в прошлом году увеличил чистые финансовые активы более чем на 3 млрд долларов
12:26, Сегодня
Процесс перевода учащихся подготовительных групп, IV и VI классов будет приостановлен
12:25, Сегодня
АвтоВАЗ начал производство Lada в Азербайджане
12:17, Сегодня
В Азербайджане отменяется возрастной ценз для кандидатов в судьи
12:15, Сегодня
Еще 35 семей вернулись в родной Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:14, Сегодня
В Грузии спасатели ищут попавшего под лавину мужчину
12:13, Сегодня
Можно ли восстановить города Карабаха по облику жилых районов Вены? - ВИДЕО
11:32, Сегодня
После решения Кабмина началась массовая продажа Prius - ФОТО
11:25, Сегодня
Выявлена ​​причина плотности на шоссе Баку - Сумгайыт - ФОТО
11:15, Сегодня
Омбудсмен распространила заявление в связи с 31 марта - Днем геноцида азербайджанцев
11:14, Сегодня
Турнир «Большого шлема» в Анталье: в первый день турнира в борьбу вступят три азербайджанских дзюдоиста
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Сегодня «Карабах» может досрочно оформить чемпионство в ПФЛ
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:31, Сегодня
Возвращающаяся в Физули бывшая вынужденная переселенка: Очень тяжело вспоминать те страшные дни
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
07:09, Сегодня
Байяндик Гейдаров: Наше государство создает рай в Физули
06:59, Сегодня
В Азербайджане стали тратить больше денег на непродовольственные товары - ВИДЕО
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
03:08, Сегодня
Олавио Жуниньо перейдет во французский клуб? - ЗАЯВЛЕНИЕ
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
02:35, Сегодня
На китайском телеканале Phoenix показана специальная передача, посвященная Азербайджану - ФОТО
01:48, Сегодня
Западному Зангезуру может быть предоставлен особый статус по образцу Калининградской модели? - ВИДЕО
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:58, Сегодня
В Азербайджане подорожает шоколад? - КОММЕНТАРИЙ + ВИДЕО
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
Писатели