Avstraliya mağaralarında yeraltı suları tədqiq edən bioloqlar tərəfindən mindən çox ayağı olan ilk çoxayaqlı aşkar edilib. Ayaqlarının sayına görə əvvəlki rekordçu 750 ayaqlı çoxayaqlı idi. Yeni növ sap kimi uzun, incə bədənə malikdir və çoxlu sayda ayaqlar, görünür, sürətli hərəkət və çətin yerlərə nüfuz etmək üçün üstünlüklər verir - elm adamları belə bir çoxayaqlının daşların çatlarını asanlıqla keçə biləcəyini güman edirlər.
Avstraliya 25 santimetrlik hörümçək kimi nəhəng və ürpədici heyvanları ilə tanınır. İndi qorxulu onurğasızların siyahısı dünyada mindən çox ayağı olan çoxayaqlı ilə artdı. Qeyri-adi heyvan Avstraliya və ABŞ-dan olan bir qrup tədqiqatçı tərəfindən ölkənin qərbindəki mağaralarda aşkar edilib.
Moderator.az bildirir ki, elm adamları “Scientific Reports” jurnalındakı məqalədə çoxayaqlı haqqında ətraflı təsvir veriblər. Tədqiqatçılar ölkənin qərbində yerləşən mədən ərazisində qrunt sularının ətraf mühitə təsirini qiymətləndirərkən yeni çoxayaqlı növü ilə rastlaşıblar. Əksəriyyəti torpağın üst qatında yaşayan onurğasızlardan fərqli olaraq, bu çoxayaqlılar 60 metr dərinlikdəki mağaralarda yaşayırlar.
Tədqiqatçılar yeni növə qədim Yunanıstan yeraltı ilahəsi Persefonanın şərəfinə Eumillipes persephone adını veriblər. Çoxayaqlının 1306 ayağı var - bu, digər məlum növlərdəkindən çoxdur. Əvvəlki rekordçu 750 ayağı olan Kaliforniya illacme plenipesi idi. "Bu heyvanlar çox unikaldır. Onların nə qədər uzun olduğunu anlayan kimi başa düşdüm ki, bu, tamamilə yeni bir şeydir”, - deyə bioloq Bruno Buzatto bildirib.
Eumillipes persephone 330 seqmentdən, qısa ayaqlardan və daralmış başdan ibarət təxminən 9,5 sm uzunluğunda və yalnız bir millimetr enində sapvari bədənə malikdir. Daima qaranlıqda yaşayan digər heyvanlar kimi bu çoxayaqlılar da solğun və kordur. Entomoloq Pol Marek onu köynəkdən çıxarılan ağ sapla müqayisə edir. Ayaqlarının sayını hesablamaq üçün alimlər əvvəlcə çoxayaqlının şəkilini yüksək dəqiqliklə çəkib, sonra isə fotoşəkildəki hər on ayağı fərqli rəngə boyayıblar. "Mən üç dəfə saydım və bu, təxminən bir saat çəkdi", - deyə Marek bildirib.
Tədqiqatın həmmüəllifi Xuanita Rodriges qeyd edib ki, bu uzunluq və quruluş çoxayaqlıların yerin altında effektiv şəkildə hərəkət etməsinə imkan verir. "Uzunluq nə qədər çox olsa, irəliləmək üçün də bir o qədər çox güc olur", - deyə o bildirib. Bu sayda bədən seqmentləri çoxayaqlıya hətta qayalıq yerlərdə belə hərəkət etməyə imkan verir, sözün həqiqi mənasında kiçik yarıqlara sızır. Yeni növün insan həyatına hər hansı bir təsiri olub-olmadığı bilinmir, lakin 2013-cü ildə portuqal çoxayaqlıları - cəmi 25 bədən seqmentindən ibarət bir növ - Avstraliyanın Pert şəhərində dəmir yolu relslərinə elə möhkəm yapışmışdılar ki, relsləri tutaraq qatar toqquşmasına səbəb olmuşdular.
Ümumilikdə tədqiqatçılar səkkiz Eumillipes persephone tutublar. Növün sayını mühakimə etmək hələ tezdir, lakin göründüyü kimi, çoxatayqlı nəsli kəsilməkdə olanlara aid deyil. Rodriges qeyd edib ki, bu qədər dərinlikdə yeni növü kəşf etmək heyrətamizdir. Çoxayaqlıların əksəriyyəti səthdə yaşayır, məsələn, yarpaqlarla qidalanırlar. Yeni növün qira rasionu haqqında az şey məlumdur, lakin Busatto əmindir ki, bu çoxayaqlılar göbələklərlə qidalanırlar - bu dərinlikdə kifayət qədər miqdarda başqa qidalar çox deyil.
Fiziki cəhətdən Eumillipes persephone əvvəlki rekordçuya bənzəyir, lakin genetik olaraq onların yalnız uzaq qohumluğu var. Avstraliyada çoxayaqlıların təxminən 2000 növü məlumdur. Onların real sayı, Buzattoya görə, 4000-ə qədər ola bilər. “Az adam başa düşür ki, Avstraliyanın biomüxtəlifliyinin çox hissəsi hələ təsvir edilməmişdir, buna görə taksonomistlər bu qədər vacibdir. Əslində biz növləri təsvir edə bildiyimizdən daha tez məhv edirik", - deyə Buzatto bildirib.
Rodriges və onun həmkarları həmçinin Avstraliya çoxayaqlılarının istehsal etdiyi kimyəvi birləşmələri öyrənirlər. "Biz onları məlum antimikrob dərmanlara davamlı patogenlər kimi istifadə edilə biləcəyini yoxlamaq üçün sınaqdan keçiririk", - deyə o bildirib.
Tədqiqatçılar qeyd ediblər ki, son illər dərinlikdə onurğasızların əvvəllər naməlum olan çoxlu növləri, o cümlədən çoxayaqlılar, böcəklər və hörümçəklər aşkar edilib. "Yeraltı yaşayış yerləri və onların sakinləri, yeraltı suların və ətraf mühitdəki toksinlərin süzülməsi üçün ekoloji əhəmiyyətinə baxmayaraq, tənqid olunacaq səviyyərə zəif öyrənilir", - deyə tədqiqat müəllifləri qeyd ediblər. Onlar yeraltı yaşayış mühitini qorumaq üçün tədqiq edilən ərazidə mədən işlərinin minimuma endirilməsini tövsiyə edirlər.
Miraslan