Böyük Britaniyanın şimal-qərbində yerləşən İngilis Barrou-in-Ferness şəhər şurası şəhərin inzibati sərhədləri daxilində yerləşən Pil adasının kralı vəzifəsi üçün vakansiya elan edib.
Moderator.az bu barədə Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir.
Ada Ferness yarımadasından 800 m məsafədə yerləşir. Buraya apreldən sentyabr ayına qədər fəaliyyət göstərən bərə ilə və ya suyun geri çəkilməsi zamanı piyada getmək olar.
Vakansiyada qeyd olunur ki, adanın kralı olmaq üçün aprel ayından başlayaraq 10 il müddətinə bar və otelin idarəçiliyini öz üzərinə götürmək, 14-cü əsrdən qalma qəsrə nəzarət eləmək vacibdir. Tacqoyma mərasimi isə olduqca sadədir: namizəd köhnə qılıncla "taxtda" əyləşir və sonra onun başına bir neçə vedrə spirtli içki tökürlər.
Miraslan