"Şəffaflıq və ədalət olan yerdə uğura imza atmaq çətin deyil"
Читать: 1914
27 Dec 2021 | 09:37
İlin başa çatmasına bir neçə gün qalıb. Qürurla demək olar ki, 2021-cil bütövlükdə ölkəmiz üçün tarixi və əlamətdar hadisələrlə zəngin olub. İlk olaraq demək istəyirəm ki, biz torpaqlarımızın işğaldan azad olmasının sevincini və qürurunu yaşadıq. Zəfər və qələbə həsrətimizə son qoyuldu, bir dövlət olaraq ilk dəfə itirilən torpaqlarımızın yenidən sahibi olduq. Vaxt itirmədən erməni vandalizminin dəhşətləri ilə üzləşən rayonlarımızın bərpasına başlanıldı. Ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və cəsarəti, bununla yanaşı çevik siyasəti ilə həm Soçidə, həm də Avropa İttifaqının ən mötəbər məclislərində qələbəmiz qəbul edildi. Təbii ki, qürur duyulası işlər çoxdur və bu barədə kifayət qədər fikir söyləmək, söz demək mümkündür.
Mən təqdim edəcəyim bu yazıda dövlətimizin tərkib hissəsi olan yalnız bir sahədən, aqrar bölmənin davamlı inkişafı üçün bazarrəqabətli kadrlar hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2021-ci ildə əldə etdiyi uğurlardan danışacam, bəzi məqamları qısaca nəzərə çatdıracam.
 
 
2021-ci ilin yanvarında hələ pandemiyanın sərt qanunları qüvvədə idi və yumşalma tədbirlərindən söhbət belə getmirdi. Təbii ki, əli əl üstə qoyub oturmaq, gözləmək olmazdı. Pandemiya şərtlərinə və qaydalarına uyğun olaraq işləmək, ilk növbədə tələbə ilə onlayn formada ünsiyyətdə olmaq, tədris proqramlarına uyğun dərsləri davam etdirmək vacib idi. Bu iş isə təhsil müəssisəsində iki istiqamətdə aparılırdı. Həm müəllimlər müxtəlif proqramlardan, həm də ADAU TV-nin imkanlarından istifadə edirdi. Beləliklə, iki istiqamətdə tədris proqramı tam mənası ilə əhatə olunurdu. Üstəlik beynəlxalq əlaqələrin inkişafı da dayanmır, müasir texnologiyanın imkanları hesabına yeni əlaqələr qurulur, əməkdaşlıq müqavilələri imzalanırdı. Ən ciddi və son dərəcə əhəmiyyət kəsb edən tədbirlər də bu formada reallaşırdı. Qısası ADAU-da iş bir an belə dayanmır, hər kəs öhdəsinə düşəni qüsursuz icra edirdi.
 
 
Şəffaflıq, səmimiyyət, ədalət və işə yaradıcı münasibət uğurun ilk pilləsi, daha dəqiqi başlanğıcıdır. Sözügedən təhsil müəssisəsində də məhz bu abu-hava hakim olduğundan nəticə əldə etmək çətin olmurdu. Ən başlıcası hər kəsi dövlətin və kənd təsərrüfatı nazirliyinin diqqəti və qayğısı ruhlandırırdı. Həmçinin rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun dövlət səviyyəsində verilən tapşırıqlara operativliyi, yaradıcı yanaşması da böyük əhəmiyyət daşıyırdı. O, hər kəsin fikrinə hörmətlə yanaşır, səbrlə dinləyir, qarışıya qoyulan tələbləri izah edir, hədəfə çatmaq üçün konkret tapşırıqlar verirdi. Bu isə o demək idi ki, burada yalnız bir məqsəd var. Qeyri neft sektorunun ən zəngin qolu olan aqrar sahə üçün tələb olunan səviyyədə kadr hazırlamaq. Səmiyyət və ədalət olan yerdə isə məqsədə nail olmaq çətinlik yaratmır. Elə bu üzdən də ADAU ailəsi 2021-ci ildə qarşıya qoyulan məsələlərin öhdəsindən layiqincə gələ bildi.
 
 
Dövlətimizin aqrar təhsilə davamlı qayğısı çərçivəsində Aqrar Universitetdə aparılan işlər, onun infrastrukturunun tamamilə yenidən qurulması, rəqabətə davamlı mütəxəssis hazırlığı, beynəlxalq əlaqələrin genişlənməsi özünü digər göstəricilərlə yanaşı təhsil müəssisəsinin beynəlxalq reytinq cədvəllərində yer alması uğurun təməlini qoydu və işlər bu ardıcıllıqla davam etdirildi.
 
Aparılan işlərin uğurlu nəticələrindən biri kimi ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlini hazırlayan təşkilatlardan olan “UI Green Metric” in qiymətləndirilməsində universitetin adının yer almasını professor və müəllimlərdə böyük ruh yüksəkliyi yaratdı. Dünya universitetlərinin təşkilat tərəfindən aparılmış sonuncu qiymətləndirmələrinin nəticələrinə əsasən ADAU “Dünyanın ən davamlı universitetləri” reytinqində yer alıdı. Qeyd etmək yerinə düşər ki, reytinq cədvəlinə Vaqeninqen Universiteti, Oksford Univeristeti, Kaliforniya Universiteti başçılıq edir. 
 
 
Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində də oldu. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov cənab Prezidentin son 5 ildə 3 dəfə Aqrar Universitetdə olması, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı, ikili diplom proqramları haqqında naziri ətraflı məlumatlandırıb. Nazir Vladislav Krikliya Universitet barədə təəssüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.
 
Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixail Broşkov əməkdaşlıq və imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib. Nəticədə onlayn formada keçirilən görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıq memorandumu imzalanıb.
 
 
Aqrar Universitetdən ölkəmizin ərazi bütövlüyü uğrunda 2-ci Qarabağ müharibəsində iştirak edənlər də tam qayğı ilə əhatə olunub. 6 nəfər əməkdaşla müxtəlif görüşlər keçirilib.  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə müharibə iştirakçılarını təbrik edilib. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açılıb, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edilib. Müharibə iştirakçılarından Daxili nəzarət şöbəsinin müdiri  Namiq Cəfərov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov, İnformasiya texnologiyaları kafedrasının dosenti Zaman Zeynalov, Kənd təsərrüfatı texnikası kafedrasının baş müəlimi Qurban Qurbanov, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi Fariz Süleymanov və 2 nömrəli tələbə evinin nəzarətçisi Asif Hacızadə onlara göstərilən diqqət və qayğı üçün Ölkə Prezidentinə, Universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, Ali Baş Komandanın hər an tapşırıq və çağrışını yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər. Universitet Elmi Şurasının 2021-ci il 5 yanvar tarixli qərarına əsasən döyüşlərdə iştirak edən 6 əməkdaşın vəzifə maaşlarına 200 manat əlavə olunub, 2 nəfər - Qurban Qurbanov və Fariz Süleymanov assistenlikdən baş müəllim vəzifəsinə keçiriliblər. Bununla yanaşı Universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 6 nəfərə ümumilikdə 2700 manat məbləğində maddi yardım edilib.
 
 
Bundan əlavə Universitetin rəhbərliyi Vətən müharibəsində şəhid olan Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödənilir. 
Bu bir daha ondan xəbər verir ki, vətən yolunda canlarını fəda edənlər, bu yola baş qoyanlar unudulmur, daim diqqətdə saxlanılır. 
 
Daha bir önəmli hadisə isə İbrahim Cəfərovun MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının iclasında ölkəmizdə ali aqrar təhsilin inkişaf perspektivlərinə dair məruzə ilə çıxış etməsidir. Məruzədə ölkəmizdə aqrar təhsilə dövlət qayğısı, infrastrukturun inkişafı, ADAU-da təhsil və elm sahəsində əldə olunan nailiyyətlər, işğaldan azad olunmuş ərazliərin aqrar kadr təminatı barədə geniş bəhs edilib. Şura üzvü olan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən müəllim və tələbə mübadiləsinin, elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün müvafiq fondların yaradılması təklif olunub. Verilən təkliflər, o cümlədən, elektron kənd təsərrüfatı, “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı” layihələri üzrə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafının zəruriliyi şuranın qərarında öz əksini tapıb. 
 
 
Onu da deyim ki, “Post-epidemioloji dövrdə aqrar təhsilin və elmin inkişaf perspektivləri” mövzusunda keçirilən onlayn iclasda 10 ölkədən 19 üzv ali təhsil müəssisəsinin rəhbəri iştirak edib. Tədbirdə aqrar sahə üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, rəqabət qabiliyyətinin artırılması, müvafiq elmi və təhsil infrastrukturunun yaradılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, innovasiya mərkəzlərində və laboratoriyalarda araşdırmaların aparılması və səmərəli idarəetmənin inkişafı məsələləri nəzərdən keçirilib.
 
Aqrar Universitetdə “Nizami Gəncəvi ili”nə həsr olunan beynəlxalq elmi-praktik konfrans və digər tədbirlər də aktuallığı ilə seçilib. Bu gün ADAU həm də qarşısına hərtərəfli vətən övladı hazırlamağı məqsəd qoyub. Buna görə də hər tədbir yeni formada keçirilir, siyasi dəyərinə diqqət yetirilir. “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı xarici və ölkə alimlərin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans məhz bu dəyərləri ilə yadda qalıb. Onlayn formada keçirilən konfransda Türkiyə, Özbəkistan, Norveç, Ruminiya, Tatarıstan, Sloveniya və Hindistan kimi ölkələrdən qoşulan tanınmış alimlərlə yanaşı yerli universitetlərin nümayəndələri və mütəxəssislər də iştirak ediblər.
 
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktoru akademik İsa Həbibbəyli, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı, Daşkənd Dövlət Universitetinin əməkdaşı, dosent Gulbahor Aşurova, Selçuk Universitetinin Fars Dili və Ədəbiyyatı kafedrasının professoru Ali Temizel, Aydın Adnan Menderes Universitetinin dosenti Tuncay Saygın, araşdırmaçı, mütəxəssis Ranghild Thori, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Zəhra Allahverdiyeva çıxışlar edərək yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıblar.
 
Rəhbərlik etdiyi elmi kollektivin sosial qayğıları ilə daim maraqlanan ADAU rektorunun Həmkarlar İttifaqının yubiley döş nişanı ilə təltif olunması da qazanılan uğurların tərkib hissəsidir, çəkilən zəhmətə verilən qiymətdir. 
 
ADAU-un uğur hekayəsində kənd təsərrüfatı naziri İnam Kərimovun daim bu təhsil müəssisəsi ilə maraqlanması, tələbə və müəllimlərlə müxtəlif görüşlərin keçirilməsi də mühüm rol oynayıb. Hər yeni tədris ilində özü şəxsən hazırlıq işləri ilə tanış olur. Bu dərs ilində fəaliyyətə başlayan Biotexnologiya Mərkəzinə baş çəkib, ADAU-nun yeni saytının təqdimat mərasimində iştirak edib, Peşə Məktəbində son tamamlama işləri ilə maraqlanıb, universitetin müəllim-tələbə heyəti ilə görüş keçirib. Tələbə Parkında müəllimlərlə keçirilən görüşdə aqrar sahə üzrə mütəxəssis hazırlığı, bu sahədə elmi araşdırmalar, təhsilin keyfiyyətinin artırılması, tələbə və müəllimlərin mübadilə proqramları çərçivəsində xarici ölkələrdə təhsil alması, xarici mütəxəssislərin təhsil prosesinə cəlb edilməsi təcrübəsinin ildən-ilə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün müvafiq tapşırıqlar verilib.
 
 
Mühəndislik korpusunun arxasında yerləşən Tələbə parkının əsaslı şəkildə yenidən qurulması, burada müxtəlif fiqurlardan kompozisiyaların yaradılması, parkın mərkəzində şəhidlərimizin xatirəsinə ucaldılan abidə həm şəhid ruhuna hörmət, həm də istirahət üçün ən əlverişli məkandır. Yeni layihə əsasında qurulan parkda tələbələrin daha rahat və səmərəli istirahətinin təşkil olunması məqsədilə velosiped nəqliyyatının təşviqi, park ərazisində velosiped yolu ilə bağlı infrastrukturun qurulması istiqamətində də işlər görülüb.
 
Uğur hekayəsindən biri də Tədris-təcrübə təsərrüfatında 16 tonluq soyuducu anbarın tikilməsidir. USAID, Özəl Sektorun İnkişafı layihəsinin dəstəyi ilə meyvə-tərəvəzlərin keyfiyyətli saxlanması məqsədilə soyuducu anbarın mövcudluğu həm sahibkarlar, həm də tələbə və müəllimlər üçün yenilikdir, imkakanların daha da genişlənməsidir. 16 ton meyvə saxlama qabiliyyətinə malik olan anbarda məhsulların keyfiyyətini qorumaqla yanaşı onları 2-3 ay müddətinə olduğu kimi saxlamaq mümkündür.  Soyuducu anbar məhsulların təcili satışını minimuma endirir. Fermerlərin bazarlardan asılılığı azalır, qiymət dəyişiklikləri kimi amillərdən faydalanmağa imkan yaradır.
 
Qeyd edək ki, USAID, Özəl Sektorun İnkişafı layihəsi Aqrar Universitet ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatında soyuducu anbarı ilə yanaşı intensiv bağın yaradılması ilə əlaqədar layihələr həyata keçirilməkdədir.
 
 
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının təhsil müəssisəsində olması, ikili diplom proqramları, Türkiyənin ali təhsil müəssisələri ilə olan əlaqələrlə maraqlanması, eləcə də İsrailin Azərbaycandakı səfirliyi arasında keçirilən görüş də məhz təhsilin keyfiyyətinin daha artırılmasına yönəldilib. ADAU ilə İsrailin nüfuzlu tədqiqat institutlari və tanınan universitetləri arasında əməkdaşlıq imkanlarının və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib.
 
Bunlarla yanaşı Aqrar Universitetin professor-müəllim heyəti bir neçə dəfə işğaldan azad olunan ərazilərdə elmi əsaslı monitorinq keçiriblər. Məqsəd işğaldan azad edilən ərazilərimizdə ermənilər tərəfindən törədilən ekoloji fəlakətin elmi əsaslı monitorinqi, bioloji müxtəlifliyin, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, qiymətləndirilməsi, mühafizəsi, bərpası və səmərəli istifadəsi üzrə tədqiqatlar aparmaqdan ibarətdir. Kənd təsərrüfatının inkişafı və  potensial imkanların qiymətləndirilməsi, müvafiq istiqamətlər üzrə layihələrin hazırlanması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi tərəfindən kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən mütəxəssislərdən ibarət monitorinq qrupunda ADAU-nun Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, dosent Abbas İsmayılov, Bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərinə ezam olunublar.
 
İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı tayinatlı torpaqların idarə edilməsi ilə bağlı əkin sahələri, meyvə və üzüm bağları, yaşıllıqlar monitorinq edilərək, müşahidələr nəticəsində ilkin qiymətləndirilmələr aparılaraq, mövcud vəziyyəti əks etdirən materiallar toplanılıb.
 
Azərbaycan Dövlət Aqrar Universitetində “Sabahın kənd təsərrüfatı” yay məktəbinin əhəmiyyəti barədə dövrü mətbuatda kifayət qədər məlumat verilib. Yay məktəbində müxtəlif mühazirələr söylənib. “Sabahın kənd təsərrüfatında aqrar təhsilin yeri” mövzusunda söylənən mühazirə isə xüsusi maraq yaradıb. Mühazirəni söyləyən rektor İbrahim Cəfərov işğaldan azad olunan ərazilərin geniş və münbit torpaq sahələrini əhatə etdiyini diqqətə çatdırıb və deyib ki, “Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd” -in konsepsiyasını tamamlayacaq. Mühazirənin interaktivlik dərəcəsi yüksək olmaqla, burada tələbələrin suallarına ətraflı cavab verilib.
 
 
ADAU-nun əməkdaşlarının beynəlxalq tədbirlərdə iştirakı da artıq işin və tədrisin tərkib hissəsinə çevrilib. Rumıniyanın Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Təbabəti Universitetində dünyanın 11 ölkəsindən (Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Misir, Keniya, Monteneqro, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan) olan iştirakçıların qoşulduğu Yaşıl Beynəlxalq Erasmus+ Yay Həftəsi adlı beynəlxalq tədbirdə iştirak aqrar sahədə potensialın artırılması, işgüzar əlaqələrin yaradılması və inkişafı, universitetlərarası təcrübə mübadiləsinin genişləndirilməsindən xüsusi əhəmiyyət daşıyıb.  
 
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu daha prespektivli inkişafdan xəbər verir. İmzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar. Qonaqlara universitetin maddi-texniki bazası, keyfiyyətli aqrar təhsil almaq üçün yaradılan imkanlar, stimullaşdırma proqramları barədə geniş məlumat verilib. Sonra universitetin Tələbə Parkında Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib. Bildirilib ki, uzun müddətdir ki, Oklahoma Dövlət Universiteti ilə sıx əməkdaşlıq edilir. İki universitet arasında 2019-cu ildə anlaşma memorandumu, 2020-ci ildə isə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu gün imzalanan memorandum ali təhsil müəssisələrinin magistrlərinə birinci il ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomun sahib olmaq imkanı qazandıracaq. Bu əməkdaşlığın baş tutmasında USAID Azərbaycan Missiyası və ABŞ-Azərbaycan Ticarət Palatasının müstəsna xidmətləri olub.
 
Bu il Aqrar Universitetdə magistratura səviyyəsi üzrə qəbul planı 94% dolub. Universitetin magistratura səviyyəsinə qəbul 28 ixtisas olmaqla 77 ixtisaslaşmanı əhatə edib. Təsdiq olunan qəbul planında bu pillədə təhsil almaq üçün 330 yer nəzərdə tutulub. Magistratura səviyyəsinə keçirilən qəbul imtahanın nəticələrinə əsasən 311 tələbə dövlət sifarişli və ödənişli əsaslarla ADAU-ya qəbul olunub.
Qəbul olunanların sayına əsasən qəbul planı 94,2 % olub.
 
Ən böyük uğurlardan biri də Aqrar Universitetlə Ege Universiteti arasında ikili diplom proqramının imzalanması və bunu icrasına başlanılması olub. Onlayn təşkil edilən mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının əhəmiyyətinə toxunub və bu cür əməkdaşlıqların iki ölkə arasında təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Mərasimdə bildirilib ki, sözügedən proqram bakalavr səviyyəsində 4 ixtisas üzrə (bitki mühafizəsi, aqronomluq, aqromühəndislik və iqtisadiyyat) nəzərdə tutulub. Proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq.
 
İmzalama mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ege Universitetinin rektoru Necdet Budak və ADAU-nun rektoru İbrahim Cəfərov çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
 
Daha sonra iki universitet arasında onlayn şəkildə ikili diplom proqramı üzrə müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.
ADAU ilə Eskişehir Teknik Universiteti arasında da anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi gələcəkdə ikili diplom proqramlarının hazırlanması, təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların qarşılıqlı mübadiləsi olub.
 
 
Ankara Universiteti ilə də əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədləri ADAU-nun rektoru, AMEA-nın üzvü, professor İbrahim Cəfərov və Ankara Universitetinin rektoru, Prof.Dr. Necdet Ünüvar imzalayıblar. 
Bu gün ADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası kifayət qədər gücləndirilib. Mərkəzdə elmi-tədqiqat istiqamətlərinin genişləndirilməsi məqsədilə qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalarla yanaşı adaptasiya otaqlarının da hazırlanmasına başlanılıb. Burda alınacaq sağlam və virusa davamlı bitki sortları adaptasiya dövrünü başa vurduqdan sonra sahələrə köçürüləcək.
Qeyd edək ki, bitkilərin mikroklonal çoxaldılması prosesi müasir dünyada ən çox tətbiq edilən çoxaldılma üsullarından biridir. Bu üsul vasitəsilə qısa müddət ərzində çoxlu sayda bitki əldə etmək mümkün olmaqla, invitro şəraitində virussuz, xəstəlikdən azad edilmiş bitkilər əldə olunur. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində beynəlxalq mütəxəssis Bruna Alves Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Fakültəsi, Süni mayalanma tədris mərkəzi, Anatomiya muzeyi, Heyvandarlıq kompleksi və Tədris-təcrübə təsərrüfatı ilə tanış olub.
Hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6000-dən çox tələbəyə aqrar elmin dərinliklərini öyrədir. Son illər kənd təsərrüfatı ixtisaslarına qəbulda və keçid ballarının səviyyəsində artım qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq bu il tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb ki, bu da aqrar sahədə təhsilə marağın artdığını göstərir. ADAU dünyanın 26-dan çox ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edir. Cari tədris ilindən etibarən Ege Universitetinin aparıcı alimləri universitetdə tədris prosesinə cəlb olunublar. Son illər ADAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Cari tədris ilində universitetə 171 əcnəbi tələbə qəbul olub.
 
Müxtəlif ölkələrə səfərlər də məhz ADAU-nun əlaqələrinin genişlənməsinə yönəlib.  Rektor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasına səfəri də məhz bu niyyətlə olub.  
 
Səfər çərçivəsində İ.Cəfərov N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru, professor Rüstəm Xamitoviç Ravilovla görüşüb.
 
Görüşdə tələbə-müəllim mübadiləsi, ortaq layihələr və baytarlıq təbabəti sahəsində ikili diplom məsələləri müzakirə edilib. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanlar ətrafında danışıblar.
 
Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikovun rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinə etdiyi səfər də əlaqələrin inkişafı baxımından önəmlidir. Məqsəd qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin, tədris proqramlarının hazırlanması, tələbə-müəllim mübadiləsi, kadr hazırlığı və digər məsələlərdir. 
ADAU-nun bir ildə qazandığı uğurlardan qismən söhbət açdım.  Əvvəldən də dediyim kimi qazanılan hər uğurun bazasında dövlətin böyük qayğısı, Kənd Təsərrüfatı nazirliyinin operativ yanaşması, məntiqli tapşırıq və tövsiyyələri dayanır. Bu isə o deməkdir ki, aqrar təhsil daim diqqətdədir, bu sahədə dinamik inkişafı təmin etmək üçün bütün güclər səfərbər edilib. Sadalanan faktlardan bir daha aydın olur ki, ADAU-da qarşıya qoyulan məsələlərin həlli istiqamətində çox ciddi işlər görülür.
 
Qalib Rəhimli
Похожие новости
14:45, Сегодня
СМИ: Израиль намерен послать "болезненный сигнал" Ирану в ответ на атаку
14:40, Сегодня
Президент: Масштабы работ, которые мы выполняем в Карабахе и Зангезуре, не имеют аналога в мире
14:38, Сегодня
В Lifttəmir прокомментировали ситуацию с лифтом, представляющим угрозу для жильцов - ВИДЕО
14:31, Сегодня
Установлена квота на хадж для паломников из Азербайджана
14:28, Сегодня
Южная Корея выразила Японии протест из-за очередной претензий на острова Токто
14:27, Сегодня
В Древней Олимпии зажгли огонь летней Олимпиады в Париже
14:25, Сегодня
Госагентство: ОМС покрывает стоимость линз производства США при операции по удалению катаракты
14:20, Сегодня
Можно ли человека выписать из квартиры без его ведома?
14:04, Сегодня
Президент: Рациональное использование водных ресурсов - наша главная задача
14:02, Сегодня
ГЭЦ: На выпускном экзамене 39 учащихся набрали максимальный балл
14:02, Сегодня
Ильхам Алиев: По объему воды и охвату посевных площадей Ширванский канал будет нашим крупнейшим проектом
13:51, Сегодня
Возникла проблема в процессе выдачи общегражданских паспортов
13:46, Сегодня
Президент: Среди инфраструктурных проектов Ширванский оросительный канал имеет особое значение
13:25, Сегодня
Сенсационные подробности "сходки в Брюсселе" - ВАЖНЫЙ АНОНС
13:24, Сегодня
В Копенгагене горит здание старейшей в мире биржи
13:19, Сегодня
Азербайджан будет представлен в Нью-Йорке на Молодежном форуме высокого уровня
13:19, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 27 градусов
13:06, Сегодня
Разыскиваемые в Азербайджане за преступления против собственности экстрадированы из России
13:04, Сегодня
Министр Эмин Амруллаев рассказал о школах в Ходжалы и Ханкенди - ВИДЕО
12:45, Сегодня
В Карабахском университете можно будет получить степень доктора философии
12:40, Сегодня
Представительство ЕС: Между Азербайджаном и Арменией нет международной границы
12:40, Сегодня
Прямые рейсы в Баку запущены из Нижнего Новгорода
12:32, Сегодня
Министр: Планируется создание зеленого энергетического коридора от Каспийского моря до ЕС
12:29, Сегодня
Боррель: ЕС пока не может внести КСИР в список террористических организаций
12:28, Сегодня
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
12:23, Сегодня
В Гяндже пропал 37-летний мужчина - ФОТО
12:19, Сегодня
Lufthansa возобновит полеты в Тель-Авив, Амман и Эрбиль 16 апреля
12:17, Сегодня
Шахбазов: Водород – один их важных элементов стратегического партнерства с ЕС
12:10, Сегодня
В Баку 12-летнюю девочку похитили и выдали замуж - ВИДЕО
12:08, Сегодня
Кардиолог дала совет мужчинам после 45 и женщинам после 55 лет - ИНТЕРВЬЮ
11:52, Сегодня
В Баку в шинном центре нарушены требования пожарной безопасности - ФОТО/ВИДЕО
11:49, Сегодня
США оказали Украине бюджетную помощь в размере $23 млрд с начала боевых действий
11:48, Сегодня
В Азербайджане удостоверения личности будут полностью оцифрованы
11:43, Сегодня
Стала известна сумма, за которую "Барселона" готова расстаться с Рафиньей
11:31, Сегодня
В Баку автомобиль сбил 58-летнего пешехода
11:25, Сегодня
Опасная ситуация на шоссе Алят - Астара: граждане срезают ограждения - ФОТО
11:19, Сегодня
СМИ: ХАМАС отвергло все пункты предложения об обмене заложников
11:13, Сегодня
МВД: По подозрению в совершении преступлений задержаны 30 человек
11:07, Сегодня
В работе Facebook возникли проблемы - ФОТО
11:07, Сегодня
СМИ: Израиль может нанести удары по целям в глубине территории Ирана
11:01, Сегодня
В Лянкяране загорелся Range Rover
10:52, Сегодня
Президент Ильхам Алиев дал старт реконструкции Ширванского оросительного канала в Гаджигабульском районе
10:44, Сегодня
В TƏBİB призвали водителей уступать дорогу машинам скорой помощи - ВИДЕО
10:32, Сегодня
Раскрыт доход Байдена и его жены за 2023 год
10:31, Сегодня
В Баку пропал 10-летний мальчик
10:28, Сегодня
В городе Ханкенди обнаружены боеприпасы и средства связи
10:25, Сегодня
Лига чемпионов УЕФА: "Боруссия" против "Атлетико", "Барселона" против ПСЖ
10:19, Сегодня
В Баку мужчина выбросился из окна своей спальни
10:13, Сегодня
В Джебраиле обнаружены мины - ФОТО/ВИДЕО
10:02, Сегодня
Мировые цены на нефть
09:44, Сегодня
Сколько человек погибли в ДТП в Баку с начала 2024 года?
09:37, Сегодня
За ночь произошло два ДТП на железнодорожных переездах: есть пострадавшие - ФОТО
09:22, Сегодня
Бакинские таксисты жалуются на нехватку парковочных мест - ВИДЕО
09:19, Сегодня
Турнир претендентов: Ниджат Абасов провел очередную встречу
09:11, Сегодня
В Баку велосипедист пострадал в ДТП
09:08, Сегодня
В России из-за наводнения срочно эвакуируют город Ишим - ВИДЕО
09:04, Сегодня
Apple уступила первое место в рейтинге крупнейших производителей смартфонов
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Что связывает жителей древнего губинского села с Анатолией? - ВИДЕО
08:32, Сегодня
Трамп обвинил Байдена в политическом преследовании
08:30, Сегодня
Ученые изобрели переносной очиститель воды, работающий от человеческого электричества
08:10, Сегодня
Си Цзиньпин встретился с Шольцом в Пекине
08:08, Сегодня
Стало известно, нужно ли людям с депрессией работать
08:00, Сегодня
Автопроизводитель переименовал новую модель Alfa Romeo из-за критики правительства Италии
07:35, Сегодня
На военном заводе в США произошел пожар
07:32, Сегодня
Внешнеторговый оборот Грузии уменьшился на 6,5%
07:29, Сегодня
Маск намерен ввести платные функции для новых пользователей соцсети X
06:58, Сегодня
Швейцарские астрономы разгадали тайну огромного "сердца" на поверхности Плутона - ФОТО
06:43, Сегодня
Китайская CNPC приступила к поиску углеводородных месторождений на юго-западе Таджикистана
06:28, Сегодня
Индийский миллионер и его жена отдали все деньги на благотворительность и стали монахами - ФОТО
06:01, Сегодня
Жители Кюрдамира жалуются на состояние ряда дорог - ВИДЕО
05:57, Сегодня
В Азербайджане начинается прием документов в докторантуру
05:57, Сегодня
Музей Освенцима обвинил Facebook в неоправданной цензуре снимков узников концлагеря - ФОТО
05:20, Сегодня
Великобритания готова помочь Казахстану в связи с масштабными паводками
04:58, Сегодня
Генетики определили время появления на планете кофейного дерева арабика
04:36, Сегодня
МИД Ирана предупредил Израиль о быстром ответном ударе
04:18, Сегодня
АБР прогнозирует некоторое снижение экономического роста в Узбекистане
04:16, Сегодня
На митинге в Тбилиси полиция задержала 14 человек - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
03:36, Сегодня
Возрождается некогда иссушенная врагом земля - ВИДЕО
03:31, Сегодня
У берегов Японии произошло землетрясение магнитудой 5,9
03:15, Сегодня
В Нью-Йорке начался судебный процесс над Трампом
02:42, Сегодня
В ОПЕК+ может войти еще одна страна
02:03, Сегодня
Почему некоторые работодатели задерживают зарплату сотрудникам? - ВИДЕО
01:49, Сегодня
СМИ: Ливия стала первой страной в Африке по уровню добычи нефти
01:21, Сегодня
"Челси" разгромил "Эвертон" в матче АПЛ: Палмер оформил покер - ВИДЕО
01:12, Сегодня
Новые кадры строящегося в Лачыне аэропорта - ВИДЕО
00:57, Сегодня
Два клуба Первой лиги по футболу заподозрены в участии в договорном матче - ВИДЕО
00:30, Сегодня
В Тбилиси перед зданием парламента проходит митинг - ВИДЕО
00:29, Сегодня
Ливия обогнала Нигерию и стала первой страной в Африке по уровню добычи нефти
00:27, Сегодня
В Чехии состоялась премьера пьесы азербайджанского автора - ФОТО
00:23, Сегодня
Действия в соцсети Х могут стать платными
00:20, Сегодня
США хотят прекращения боев в Газе
00:15, Сегодня
Тегеран предупредил Вашингтон о жестком ответе на атаку Израиля
00:12, Сегодня
Азербайджан достраивает грандиозную дорогу в Зангезуре - ВИДЕО
00:11, Сегодня
Турецкая Суперлига: "Галатасарай" не пощадил оставшегося в меньшинстве соперника - ВИДЕО
00:04, Сегодня
США распространили в СБ ООН документ по Ирану
15 Apr 2024 | 23:41
Reuters: Киев отказался от соглашении по безопасности судоходства в Черном море
15 Apr 2024 | 23:19
В Чехии набирает обороты сильнейшая за последние 65 лет эпидемия коклюша
15 Apr 2024 | 22:56
Президент Грузии выразила поддержку протестующим в Тбилиси
15 Apr 2024 | 22:53
В МИД нескольких стран вызвали послов Ирана в связи с ударами по Израилю
ЕЖЕДНЕВНО
15 Apr 2024 | 15:44
В парламенте Грузии произошла драка из-за закона об иноагентах - ВИДЕО
15 Apr 2024 | 16:11
Еще один вооруженный инцидент в Сиднее, ранен священник - ВИДЕО
15 Apr 2024 | 15:59
ФОТОРЕПОРТАЖ с границы Украины с Россией
15 Apr 2024 | 15:42
В Азербайджане мужчина привлечен к ответственности за неэтичные публикации в соцсетях
15 Apr 2024 | 15:46
Гендиректор COP29: Мингячевирская ГЭС большая, но она неэффективна
15 Apr 2024 | 15:53
Счетная палата сообщила о несоблюдении требований закона об отчетности в сфере агрострахования
15 Apr 2024 | 16:07
Максим Галкин поздравил Аллу Пугачеву с юбилеем - ФОТО
15 Apr 2024 | 16:18
«Азеришыг» обнародовал объем работ, проведенных в Карабахе и Восточном Зангезуре - ВИДЕО
15 Apr 2024 | 15:49
В Иране полиция нравов облачилась в бронежилеты - ВИДЕО
15 Apr 2024 | 15:47
В Азербайджане снизился уровень смертности
ЕЖЕНЕДЕЛЬНО
11 Apr 2024 | 11:39
Армянские школьники в течение часа оставались в "заложниках" в парламенте после общения с Пашиняном - ВИДЕО
11 Apr 2024 | 12:58
Яшар Гюлер: Турция рядом с Азербайджаном для защиты стабильности на Южном Кавказе
11 Apr 2024 | 12:03
В Армении заявили о договоренности с Азербайджаном возобновить работу комиссий по делимитации и демаркации
11 Apr 2024 | 11:07
Южнокорейская оппозиция одержала победу на парламентских выборах
12 Apr 2024 | 19:23
В Армении сообщили о гибели четверых военнослужащих
12 Apr 2024 | 19:00
Позиции азербайджанской армии подверглись обстрелу
10 Apr 2024 | 23:12
Фумио Кисида: США и Япония считают важным продолжать диалог с КНР, несмотря на противоречия
10 Apr 2024 | 22:46
Житель сумгайытского поселка: Вызываем скорую помощь, но до ее приезда больной умирает - ВИДЕО
10 Apr 2024 | 22:07
Трое обвиняемых по делу теракта в «Крокусе» не признают вину
12 Apr 2024 | 17:15
Канцлер Германии посетит Китай с официальным визитом
Ежемесячно
15 Apr 2024 | 15:44
В парламенте Грузии произошла драка из-за закона об иноагентах - ВИДЕО
15 Apr 2024 | 16:11
Еще один вооруженный инцидент в Сиднее, ранен священник - ВИДЕО
15 Apr 2024 | 15:59
ФОТОРЕПОРТАЖ с границы Украины с Россией
15 Apr 2024 | 15:42
В Азербайджане мужчина привлечен к ответственности за неэтичные публикации в соцсетях
15 Apr 2024 | 15:46
Гендиректор COP29: Мингячевирская ГЭС большая, но она неэффективна
15 Apr 2024 | 15:53
Счетная палата сообщила о несоблюдении требований закона об отчетности в сфере агрострахования
15 Apr 2024 | 16:07
Максим Галкин поздравил Аллу Пугачеву с юбилеем - ФОТО
15 Apr 2024 | 16:18
«Азеришыг» обнародовал объем работ, проведенных в Карабахе и Восточном Зангезуре - ВИДЕО
15 Apr 2024 | 15:49
В Иране полиция нравов облачилась в бронежилеты - ВИДЕО
15 Apr 2024 | 15:47
В Азербайджане снизился уровень смертности
Писатели