Bu gün efirlərdə daha çox media nümayəndələri tənqid edilir. Hansı ki, efirə dəvət olunan şou nümayəndələrinin dilindən media tənqid hədəfinə çevrilir və ciddi media Instagram mediası ilə bir tutulur.
Mövzu ilə bağlı yazar, aparıcı Nuranə Nur fikirlərini Moderator.az-a bölüşüb:
"Bəli, bizim kanala aid olmasa da, ümumi olaraq doğru fikirdir. Bilirsiniz, məsələnin əsl kökü nə savadsızlıqda, nə də istedadsızlıqda deyil. Məsələ şəxsi münasibətlər üzərində qurulan səhv təyinatlardadı. Nə qədər ki, istedadlı, yaradıcı insanların yerində işə dəxli olmayan adamlar çalışacaq, belə hallar həmişə olacaq. Bu kimi halların baş verməsi tək aparıcının deyil, bütün redaksiya heyətinin intellektindən asılıdır".
Bu gün efirdə Instagram xəbərlərini ciddi media qurumu kimi təqdim edənlərə gəldikdə isə Nuranə xanım bildirdi ki, biz istəsək də, istəməsək də dövran dəyişir, media müstəvisi də dəyişir:
"Mənim üçün arzulanmayan haldır, qəbul etməkdə çətinlik çəkirəm. Bu, yenilikçiliyə qarşı çıxmaq deyil. Təəssüf ki, zövqlərimiz korşalır və biz bunu inkişaf kimi qəbul etməyə məcbur oluruq".
Xəyalə Rəis