“Dəlilər” ailəsində böyüyən yazıçı Aleksandr Jarden etiraf edir ki, gənclik illərində Fransada son iki ildə cərəyan edən hadisələri ağlına belə gətirə bilməzdi. Onun sözlərinə görə, pandemiya zamanı hökumət qərarlarının çılğınlığı və uyğunsuzluğu qohumlarının dəliliklərindən qat-qat üstün olub.
Moderator.az bildirir ki, fransız yazıçısı Aleksandr Jarden “Le Figaro” qəzeti üçün yazdığı məqalədə xatırlayır ki, yeniyetmə ikən ailəsinin "dəli" olduğunu başa düşdü ki, bu, cəmiyyətdə dəbdəbə elementi və yaradıcılıq təzahürü hesab olunurdu. “Amma mən indiyə qədər başa düşməmişdim ki, mənim ailəmdəki “dəliliyi” hökumətin heyrətamiz ixtiraları yanında “normal” saymaq olarmış”, - deyə müəllif “Absurdistanda iki il” başlıqlı məqaləsində qeyd edir.
Jardenin sözlərinə görə, yeniyetmə yaşlarında onun heç ağlına da gəlməzdi ki, nəvaxtsa iki "sarsıdıcı" il ərzində Fransa dövləti vətəndaşları karantin dövründə müstəqil olaraq özləri üçün səyahət vəsiqələri tərtib etməyə məcbur edəcək, maskalar əvvəlcə nazir tərəfindən lazımsız sayılacaq və çox keçmədən maska taxmaqdan imtina edənləri cərimələməyi əmr edəcək, həmçinin hökumət yerli hakimiyyət orqanlarını həmvətənlərini bu maskalarla təmin etmək hüququndan məhrum edəcək. Bundan əlavə, apteklərin fransızlara maska satdığına görə əvvəlcə cərimələnəcəyini, sonra isə onların peyvənd mərkəzlərinə çevirəcəyini təsəvvür etmək çətin idi.
Müəllif təsəvvür edə bilməzdi ki, hakimiyyət pandemiyaya baxmayaraq, 2020-ci ildə 5700-dən çox xəstəxana çarpayısını ləğv edəcək, bürokratlar xizəksürmə yerlərinin işləməsinə icazə verəcəklər, lakin oradakı liftləri bağlayacaqlar və tibb işçilərinin kəskin çatışmazlığı fonunda ölkənin parlaq texnokratları peyvənd olunmamış həkimlərin insanları müalicə etməsini qadağan etmək kimi “möhtəşəm ideyaya” sahib olacaqlar.
Jarden yazır ki, bir vaxtlar uşaqlarının qayğısına qalmaq üçün “kifayət qədər axmaq” olan Fransa hökumətinin adətən, seçkilərə getməyi sevməyən gənclərə deyil, səsvermədə iştirak etməyi sevən ən yaşlı insanlara üstünlük verəcəyini təsəvvür etmək çətin idi. Dövlətin ağlasığmaz rahatlıqla karantindən sonra iqtsadiyyatın bərpası üçün götürməyə qərar verdiyi borcu bundan sonra gələn dörd nəslin ödəməli olması müəllifə inanılmaz görünür.
“Heç vaxt ciddi düşünməzdim ki, axşam və səhər xəbər kanallarında hələ də inamlı, xoşbəxt və pozitiv olmaq kimi tamamilə yersiz fikirlərə sahib olan son dərəcə cahil vətəndaşların mənəv ruhunu qıra biləcək qəribə rəqəmlər görünəcək. Və sonra bir axşam hökumətimizin başçısı ən yaxşı kostyumunda televiziyaya çıxacaq və bizə kinoteatrlarda popkorn və qatarlarda “Snikers” söhbətinin bitdiyini söyləyəcək", - deyə müəllif qeyd edir.
“Sarsıdıcı 24 ay ərzində mənim ailəmin “dəliliyi” yalan oldu. Buna ancaq fransız bürokratiyası və onun sevimli icraçıları qadir ola bilərdi. Dahidilər!" – deyə yazıçı fikrini yekunlaşdırır.
Miraslan