Keçən il Türkiyə iqtisadiyyatında ciddi artım əldə olundu, xüsusilə ixracat -, 38% artdı. Amma sadəcə artımla əlaqədar təbii və pozitiv proseslər, xüsusilə, inflyasiya və lirənin kursu düzgün tənzimlənmədi.
Pozitiv amillər, ölkə iqtisadiyyatının xeyrinə formalaşan beynəlxalq bazar şərtləri iqtisadiyyatın əks mənfi amillərinə çevrildi. Hər kəs bilməlidir ki, iqtisadi artım varsa müvəqqəti inflyasiya qaçılmazdır. Vaxtında düzgün qərarlar qəbul edilməzsə, hətta iqtisadi artım da ölkənin inkişafı üçün fırtınaya çevrilə bilir. Bazarın canlanması üçün dövriyyəyə atılmış əlavə pullar natura təklifinə cevilənə qədər xeyli vaxt keçir, bu vaxt ərzində qiymətlərin artımı mütləqdir. Pul dövriyyəyə atılan kimi bazarda mallara tələb təzyiqi artır, qiymətlər sürətlə artmağa başlayır, belə olan zaman bu pulların tezliklə naturaya çevrilməsi üçün dəstək tədbirləri görülməsə, Türkiyədəki kimi, hökumət cilovu əldən buraxır və hiperinflyasiya təhlükəsi yaranır.
AKP hökuməti isə tam əksinə tədbirlər aldı. 1967, 1974-cü illərdə hökumətin olduqca yanlış tədbirləri təkrarladı. Valyutaya indeksi əmanət hesabları tətbiq etməklə Türkiyə iqtisadiyyatının da, AKP hökumətinin də taleyini dərin qaranlığa sürüklədi. Keçmiş tədbirlər 80-ci illərin baslanıgıcinda dövlət çevrilişi ilə nəticələndi və Ocaq qərarları ilə ləğv olundu, heç bir indeksləşmə də aparılmadı. 90-cı illərin əvvəllərində T. Ozalın hesablamalarına görə əgər bu hesablar davam etsəydi, büdcədən hər ailə üçün bir milyon dollar ödəmək lazım olardı, bu da o vaxtın büdcəsindən 10 dəfələrlə çox ola bilərdi.
Üstəlik, bu düşünülməmiş qərar üzündən meydana çıxan spekulyasyalar ölkə iqtisadiyyatını tam çökdürə bilərdı. Belə oyunlar 2002-cı ilə bir dolların kursunun 1,5 milyon lirəyə qədər bahalaşmasına gətirib çıxardı. Eyni tarixin indi təkrarlanması təhlükəsi var, bu ölkənin iqtisadiyyatı yanlış qərarlarla ağır xəstəliyə düçar olub, təbii deyil, türk iş adamları hər biri dahidi, bacarıqlıdır, ölkənin dahi lideri var, belə gücü hərəkət etdirmək üçün iqtisadi mexanizmi qurmaq lazımdı. Bu hacı-hoca işi deyil, bu dəqiq elm sahəsidir, elmlə, süni intellektlə, dip lörninq lə qurulmalıdır.
Saleh Məmmədov,
Sabiq maliyyə naziri, iqtisadçı professor