Amerika alimləri belə qənaətə gəliblər ki, meditasiya immun sistemin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bunu yüzdən çox insanın iştirak etdiyi araşdırmanın nəticələri sübut edir.
Moderator.az bu barədə medicalxpress.com portalına istinadla xəbər verir.
Eksperiment iştirakçılarıyla səkkiz gün ardıcıl olaraq tam sükut halında gündəlik 10 saatlıq meditasiya seansları həyata keçiriblər. Onların qan analizi göstərib ki, meditasiya immun reaksiyanın tənzimlənməsində iştirak edən 220 genin aktivliyini artırır. Bu rəqəmə həmçinin interferon siqnalının ötürülməsində iştirak edən 68 gen daxildir. Tədqiqatçılar qeyd edirlər ki, meditasiyaya ayrılan vaxt zəifləmiş immun sistemi ilə əlaqəli müxtəlif vəziyyətlərin müalicəsində mühüm rol oynaya bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, onlar yalnız intensiv meditasiya seanslarının təsirini sınaqdan keçiriblər. Bununla belə, alimlər hesab edirlər ki, qısa müddət ərzində müntəzəm məşq təcrübələri immun sistemin işini yaxşılaşdıra bilər.
Miraslan