ABŞ Konqresinin yuxarı palatası-Senat senator Ted Kruz tərəfindən “Şimal axını-2” layihəsinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı təklifi təsdiqləməyəcək.
Musavat.com xarici agentlikrlə istnadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Nüfuzlu portalın informasiyasına əsasən, Senatdakı yerlərin yarısından çoxunu tutan demokratlar əvvəl bu layihəyə dəstəklərini ifadə etəsələr də, sonralar, güman ki, Ağ Evin tövsiyəsi ilə mövqelərini dəyişdiriblər. Xəbərdə senatorların bununla Co Baydenə Ukrayna mövzusu ətrafında Rusiya ilə danışıqlarda mane olmaq istəmədikləri vurğulanıb.
Ted Kruzun layihəsinin keçməsi üçün azı 60 senatorun səsi lazımdır. Hazırkı konyukturada isə bu rəqəmin aşılması qeyri-mümkün görünür. Üstəlik, sənəd demokratlaırn tam üstün olduğu Nümayəndələr palatasına verilməli, burada da təsdiqlənməsi halında Co Baydenin imzasına təqdim olunmalıdır.
“Hazırda biz Rusiyanın Ukraynadakı hərəkətlərini izləyirik. Bizə yaxın müttəfiqlərlə birlikdə çalışmaq çox lazımdır və Almaniya həmin müttəfiqlərdən biridir. Ona görə də biz bu düzəlişin zamanına uyğun olmadığını düşünürük”,-deyə Nyu-Hempşir ştatından olan demokrat senator Cin Şahin sayta danışıb.
Konnektikut ştatını təmsil edən demokrat senator Kris Merfi də jurnalistlərlə söhbətində həmin qanun layihəsinin keçməməsi üçün çalışdığını gizlətməyib. Onun sözlərinə görə, Konqresin yuxarı palatası Ağ Evlə həmrəylik nümayiş etdirməli və onun “çörək və qamçı” siyasətinə dəstək verməlidir.