Qazaxıstanda nə baş verir?
Читать: 2040
08 Jan 2022 | 22:31
Qazaxıstanda nə baş verir?
Artıq bir neçə gündür ki, uzun illər ərzində sabitlik və təhlükəsizlik şəraitində inkişafını müşahidə etdiyimiz  Qazaxıstanda sakitlik pozulub. Yeni ilin ilk günlərində maye qaz yanacağının qiymətinin artması haqqında elan bir neçə bölgədə vətəndaşların etiraz nümayişlərinə səbəb oldu. Dövlət başçısı Tokayevin enerji şirkətləri tərəfindən daha öncə elan olunmuş qiymət artımına  dərhal “veto” qoymasına və höküməti istefaya göndərməsinə baxmayaraq nümayişlər dayanmaq əvəzinə daha da gücləndi. Qısa bir müddətdə yanacağın qiyməti ilə başlanan dinc nümayiş Qazaxıstan dövlətini və dövlətçiliyini təhdid edən terror hücumuna çevrildi. Prezident Tokayev xarici təsir amillərini əsas gətirərək KTMT-dən sülhməramlı qüvvələrin dəstəyini xahiş etdi və dərhal belə bir dəstək göstərildi.
 
Qazaxıstan hadisələri haqqında analitiklər çox fərqli fərziyyələr irəli sürürlər. Baş verənləri klanlar arası mübarizənin təzahürü kimi görənlər də, ölkədə demokratik azadlıqların olmaması ilə izah etməyə çalışanlar da var. Bunlarla yanaşı, Qazaxıstan hadisələrini xarici qüvvələrin ölkədə sabitliyi pozmaq cəhdləri kimi və hətta Qazaxıstanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirənlər də var. 
 
“Klanlar arası mübarizə” termini orta əsrlərin tayfaçılıq prinsipləri əsasında idarəçilik metoduna aiddir. 30 il ərzində ölkənin Nazarbayev tərəfindən idarə edilməsini nəzərə alsaq, klanlardan birinin məhz Nazarbayev ailəsi olduğunu düşünmək olar. O zaman digər klanın və ya klanların kimlərdən ibarət olması haqqında sual ortaya çıxır. Qazaxıstanın müasir siyasi həyatında ikinci belə bir qüvvənin mövcudluğu görünmür. Qazaxıstanda dövlət idarəçiliyndə iştirak edən məmurların hamısının məhz  Nazarbayev ailəsinə aid olduğunu demək də absurddur. Müasir dövrdə belə bir fenomenə yer yoxdur. İstənilən ölkədə dövlət idarəçiliyi dövlət başçısının şəxsi istəyindən asılı olmayaraq, ailə üzvü olmayan,  etibarlı hesab olunan çoxsaylı məmurların iştirakı ilə kollegial şəkildə həyata keçirilir. Qazaxıstan da istisna deyil və dövlət idarəçiliyinə cəlb olunmuş məmurların mütləq əksəriyyətinin Nazarbayev ailəsi ilə birbaşa bağlılığı yoxdur. Üstəlik, onların arasında məhz meritokratiya prinsipi əsasında məsul vəzifələrə təyin olunmuş sadə qazax vətəndaşları var. Əgər Nazarbayevlər ailəsinin bir neçə üzvü hakimiyyətin müxtəlif qollarında təmsil olunubsa bu hələ heç də klan hakimiyyəti demək deyil. ABŞ-da Tramp ailəsinin həddi-buluğa çatmış bütün üzvlərinin dövlət işinə cəlb olunduğunu xatırlasaq bunun “antidemokratik” hal olduğunu iddia etmək çətin olar və ya buna görə Donald Trampı “diktator” adlandırmaq  dünyanın ən demokratik ölkələrində hələ heç kimin ağlına gəlməyib. Bəs niyə Donald Tramp haqqında deyilməsi mümkün olmayan iddia Nazarbayevə qarşı irəli sürülür? 
Hadisələri ölkədə “demokratik azadlıqların olmaması” ilə bağlayanlar da var. Amma Qərb dünyası tərəfindən post-sovet ərazisinin “demokratiya qaranquşları” sayılan Ermənistanda, Ukraynada, Gürcüstanda Qazaxıstandan daha çox demokratiya olduğunu iddia etmək də gülünc görünür. Əksinə, bir çox dəyərləndirmə amillərinə görə Qazaxıstanı bu ölkələrdən daha demokratik hesab etmək olar. Qazaxıstanı bu ölkələrdən fərqləndirən əsas cəhət onun xarici təsirə digərləri qədər açıq olmaması və xarici təsirə qarşı müqavimət gücündə olmasıdır ki, bu da qazax xalqının milli maraqlarına xidmət edir. Bu baxımdan, Qazaxıstan öz milli maraqlarına xələl gətirməyəcək dərəcədə və ölçüdə demokratik ölkədir və bu fərziyyənin də əsası yoxdur.
 
Nə qədər müxtəlif səbəblər göstərilsə də, şərhlərdə əsasən Nazarbayevin idarəçilik metodu tənqid olunur və az qala baş verənlərdə birbaşa Nursultan Nazarbayevin günahkar olduğu fərziyyəsi irəli sürülür. Bu doğrudanmı belədir? Bunu başa düşmək və təkzib etmək üçün Qazaxıstanın son 30 illik müstəqillik tarixinə diqqətlə baxmaq lazımdır.
 
Sovet İttifaqının çökməsi dünyanın və xüsusilə, SSRİ-də yaşayan xalqların siyasi taleyi baxımından nə qədər proqressiv hadisə olsa da, bu xalqların yenidən təşkili baxımından kifayət qədər mürəkkəb və çətin bir proses idi. Dövlət müstəqilliyini elan etmiş hər bir xalq öz dövlətini qurmaq və onu uğurlu şəkildə dünya birliyinə inteqrasiya etdirmək kimi taleyüklü bir problemlə üz-üzə qalmışdı. 
 
Post-sovet ölkələrinin demək olar ki, hamısı yenicə qədəm qoyduqları dünya siyasi sistemi qarşısında siyasi, hərbi, iqtisadi cəhətdən çox aciz durumda idi. Belə bir vəziyyətdə daxili çəkişmələrin baş verməsi xüsusilə təhlükəli idi. Vacib geo-strateji mövqeyinə və zəngin təbii resurslarına görə xüsusilə Qazaxıstanın qlobal siyasi rəqabət meydanında qüdrətli güc mərkəzlərinə yem ola bilmək ehtimalı daha çox idi. Məhz o mürəkkəb dövrdə dövlət müstəqilliyinin itirlməsinə gətirib çıxaracaq hadisələri öncədən görmək və önləmək elitanın anlamalı olduğu ən vacib məsələlər idi. Məhz bu mərhələdə bir çox xalqların öz dövlətçiliyini itirməsi və ya itirmək təhlükəsi qarşısında qalmasına dair yeni tariximizdə kifayət qədər misallar var. Fələstinin hələ də öz dövlətçiliyinə qovuşa bilməməsi və ya 1991-1993-cü illərdə Azərbaycanda baş verən hadisələr də bu qəbildəndir.
 
İmperiyadan qurtuluşun ilk mərhələsində yerli elitalar elan olunmuş müstəqilliyin qorunub saxlanmasının nə qədər çətin və mürəkkəb bir proses olacağını təsəvvür edə bilmirdilər. Təcrübəsiz yerli elitalar “demokratik” dünyanın “gülərüzlə” vəd etdiyi siyasi və maddi dəstəyi şəksiz səmimiyyətlə qəbul edir və bunun sonralar nəyə və neçəyə başa gələcəyini hələ başa düşmürdülər. Bir imperiyanın boyunduruğundan çıxıb ilk baxışdan xoş məramlı görünən başqa imperiyaların vassalına çevrilmək kimi bir təhlükənin reallığı və bir sıra hallarda labüdlüyü çoxlarının ağlına belə gəlmirdi. 
 
Həmin illərdə bu təzadı anlayan və yenicə müstəqilliyini elan etmiş dövlətini bu mürəkkəb labirintdən sağ-salamat çıxara biləcəyinə inanan və uzun illər ərzində bunu uğurla həyata keçirən liderlərdən biri məhz Nursultan Nazarbayev oldu. SSRİ-nin çökməsini və satellit dövlətlərin orbitdən çıxmasını heç cür qəbul etmək istəməyən metropoliya yeni yaranmaqda olan milli dövlətləri bütün üsullarla yenidən özünə bağlamaq üçün mümkün olan bütün  təhdid və təzyiqlərdən istifadə etməklə hər cür təxribatlar törətməyə hazır idi. Məhz yerli elitanın bu prosesləri anlaya bilməməsi, siyasi səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından bu təxribatlara məruz qalan ilk ölkə elə Azərbaycan olmuşdu. Bu kimi təhlükələrə ən həssas ölkələrdən biri də Qazaxıstan idi. Əhalisinin ən azı yarısının qeyri-qazaxlardan ibarət olduğu və iqtisadi potensialın bütövlükdə keçmiş İttifaq mərkəzindən asılı olduğu Qazaxıstan dərin bir uçurum üzərindən  incə bir “qıl körpüsü” ilə keçməli idi.  Məhz Nazarbayevin müdrik addımları Qazaxıstanı bu “olum və ya ölüm” dilemmasından çox böyük uğurla keçirdi. Ölkədə milli və dini zəmində hər hansı bir təxribatın törədilməsinə fürsət verilmədi. Müdrik Şərq mentallığına uyğun olaraq siyasətdə mötədillik aparıcı istiqamət seçildi. Məhz Nazarbayevin müdrikliyi sayəsində bir neçə illik iqtisadi tənəzzüldən sonra milli iqtisadiyyatın əsasları quruldu və iqtisadi asılılıq zəiflədildi. Coğrafi, geo-siyasi vəziyyət siyasi asılılığın zəiflədilməsi üçün daha uzun müddət tələb edirdi. Bunu yaxşı anlayan Nazarbayev mövcud vəziyyətin parametrlərinə uyğun şəkildə Qazaxıstanın siyasi müstəqilliyini qoruyub saxlamaq üçün sona qədər çalışdı və bütün güc mərkəzlərinin maraqlarını öz dövlətinin və xalqının milli maraqları ilə böyük məharətlə uzlaşdıra bildi. Onun praqmatizmi Qazaxıstana kənar müdaxilələrin qarşısını aldı və qazax xalqını təmkinli, lakin sabit və davamlı inkişaf yoluna çıxardı. Təqaüdə çıxmadan öncə müstəqilliyin möhkəmləndirildiyini qət edən Nazarbayev ölkənin və xalqın gələcəyi ilə bağlı daha cəsarətli təşəbbüslər irəli sürdü və qazax xalqına daimi müstəqilliyi təmin edəcək gələcək inteqrasiya proseslərinin yol xəritəsini də təqdim etdi. Qazax xalqının daimi müstəqilliyini və xoşbəxtliyini türk dünyasının səmərəli inteqrasiyasında gördüyünü bildirdi.
 
Bütün bu müddət ərzində bir sıra digər post-sovet ölkələrində xarici müdaxilə sayəsində bir və ya bir neçə dəfə inqilablar baş verdi. “Qərb demokratiyası” tələsinə düşən bəzi ölkələrdə xarici güclərdən asılılıq daha da artdı, sovet rejimindən sonra spontan olaraq ortaya çıxmış və güclə sezilən demokratiyanın olub-qalan işartıları da sönməyə başladı.
 
Qazaxıstanda qarşıdurma Nazarbayevin siyasi hakimiyyətdən getməsindən sonra baş verdi. Bu gün qarşıdurmanın xalqa və dövlətə heç bir fayda verməyəcəyi, əksinə indiyədək məharətlə dəf olunmuş ciddi təhlükələrə yol açdığı az-çox təhsili olanların hamısına yaxşı məlumdu. Belə olan halda qarşıdurmanı yaradanlar kimlərdir və nəyi hədəfləyirlər?  Zənnimcə, hədəf – Nursultan Nazarbayevin artıq hakimiyyətdə olmamasından istifadə edərək Qazaxıstanın bu günə qədər qət etdiyi müstəqillik yolunda maneələr yaratmaq və onu sonrakı inkişaf mərhələsindən geri saxlamaq və beləliklə siyasi-iqtisadi təsir altına almaqdır. Bunun Qazaxıstanı özünə Vətən və dövlət hesab edənlərə lazım olduğunu düşünmək mümkün deyil. Hadisələrin ilk günündəki aksiya iştirakçıları sadə qazaxlar olsa da, sonrakı günlərdə baş verən silahlı hücumları təşkil edənlərin və onları bu hərəkətlərə təhrik edənlərin Qazaxıstanın düşmənləri olmasına heç bir şübhə yoxdur. Yanacaq üçün əvvəlki qiymətlərinin bərpa olunmasından sonra da etiraz  nümayişlərinin  davam etdirilməsi, inzibati idarəçilik binalarına hücumların edilməsi, polislərin öldürülməsi, vətəndaşlara məxsus mülkiyyətlərin dağıdılması, avtomobillərin yandırılması, şəhərlərdə baş alıb gedən qarətçilik – bütün bunlar  hadisələrin Qazaxıstan dövləti əleyhinə yönəldiyini göstərir. Deməli, fərziyyə olunan səbəblərdən yalnız biri - xarici qüvvələrin ölkədə sabitliyi pozmaq cəhdləri və hətta Qazaxıstanın ərazi bütövlüyünə qəsd cəhdi kimi anlaşılması daha inandırıcı və məntiqli görünür. Bütün hallarda, qardaş qazax xalqının bu sınaqdan ləyaqətlə çıxması bütün türk dünyası üçün önəmlidir. Türk dünyası vahid bir orqanizmdir. Onun bir yerində ağrı olanda bütün orqanizm bu ağrının acısını yaşayır. Allah bizi bu ağrı-acıdan qorusun!
 
Cavanşir Feyziyev 
8 yanvar 2022-ci il.
Похожие новости
22:54, Сегодня
Цукерберг обошел Маска в списке богатейших людей планеты
22:49, Сегодня
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
22:45, Сегодня
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
22:08, Сегодня
Мировые расходы на оборону достигли рекордного значения
21:54, Сегодня
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
21:52, Сегодня
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
21:42, Сегодня
Часы Михаэля Шумахера уйдут с молотка
21:28, Сегодня
Страны G7 выступили с призывом к Баку и Еревану
21:23, Сегодня
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
21:19, Сегодня
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
21:10, Сегодня
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
21:01, Сегодня
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
20:49, Сегодня
В Баку прошла церемония открытия Кубка мира по художественной гимнастике
20:45, Сегодня
Число жертв в Газе достигло 34012
20:32, Сегодня
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
20:29, Сегодня
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
20:26, Сегодня
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
20:12, Сегодня
Зеленский: Украина может спустить Путина «с неба на землю»
20:11, Сегодня
В Азербайджане арестован руководитель сайта
20:09, Сегодня
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
20:04, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:03, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:01, Сегодня
Орбан: Запад близок к отправке военных в Украину
19:53, Сегодня
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19:53, Сегодня
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19:47, Сегодня
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19:45, Сегодня
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19:39, Сегодня
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19:25, Сегодня
НАТО гарантирует усиление ПВО Украины
19:18, Сегодня
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19:06, Сегодня
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
18:53, Сегодня
Осужденный за жестокое убийство жены скончался в тюрьме
18:44, Сегодня
Гаити потребовал от Франции миллиардных репараций
18:28, Сегодня
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
18:13, Сегодня
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
17:57, Сегодня
В Иране гектары сельхозугодий затоплены селевыми водами - ВИДЕО
17:51, Сегодня
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
17:49, Сегодня
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
17:45, Сегодня
Артуро Видаль - о клубе своей мечты
17:45, Сегодня
Токаев запретил ввоз вейпов в Казахстан
17:43, Сегодня
Люди впервые стали жертвами болезни оленей-зомби
17:37, Сегодня
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
17:32, Сегодня
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
17:28, Сегодня
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
17:16, Сегодня
В Хыналыге выпал град - ВИДЕО
17:10, Сегодня
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
17:10, Сегодня
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
17:05, Сегодня
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
17:00, Сегодня
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
16:55, Сегодня
На Абеля Магеррамова подали в суд
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
16:43, Сегодня
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
16:37, Сегодня
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
16:25, Сегодня
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
16:05, Сегодня
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
15:56, Сегодня
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
15:54, Сегодня
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
15:47, Сегодня
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
15:38, Сегодня
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
15:36, Сегодня
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
15:32, Сегодня
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
15:23, Сегодня
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
15:01, Сегодня
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
13:53, Сегодня
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
12:01, Сегодня
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
11:05, Сегодня
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
10:57, Сегодня
Ниджат Абасов потерпел шестое поражение в Торонто
09:15, Сегодня
В России разбился военный самолет
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
Писатели