Avstraliya hökuməti ABŞ-la zirehli texnikanın alınması ilə bağlı 2,5 milyard dollarlıq saziş imzalayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti məlumat yayıb.
Avstralyanın ordu parkının modernləşdirilməsi çərçivəsində ABŞ-dan 75 ədəd “M1A2 Abrams” tankı alacağı gözlənilir. Ölkənin müdafiə naziri Piter Datton yeni texnikaların 2007-ci ildə alınan 59 köhnə “Abrams” tankını əvəzləyəcəklərini söyləyib. Bundan başqa, Avstraliya 29 ədəd M1150 mina təmizləyən maşın, 17 tank qurğusu və 6 zirehli təmir-evakuasiya maşınlarına sahib olacaq.
İlk tədarükün 2024-cü ildə təmin olunması gözlənilir. Ümumiyyətlə rəsmi Kanberra yaxın illərdə quru qoşunlarının təkmilləşdirilməsinə 30-42 milyard dollar pul xərcləyəcək.
Xatırladaq ki, Avstraliya hökumət Fransa ilə sualtı qayıqların alınması ilə bağlı müqaviləni pozaraq onun yerinə silah ticarətində ABŞ-ı özünə partnyor olaraq müəyyənləşdirib. Qitə dövləti Birləşmiş Ştarlardan 122 milyard dollar məbləğində sualtı qayıq alacaq.