Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən M.Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Abdullayev Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunu bıçaqlayaraq qətlə yetirib. M.Adullayev qızı ilə kürəkəni arasında olan dava-dalaşdan sonra onunla mübahisə edib. Uzun müddətdir bu mübnahisələr davam edib. Sonuncu mübahisə qətllə nəticələnib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham iəli sürülüb.