Fransa prezideni Emmanuel Makronun həyat yoldaşı Bricit Mari-Klod Makrona xəyaət etdiyi barədə iddialar yayılıb.
Modern.az xəbər verir ki, bu haqda iddia fransalı siyasi şərhçi Nikolas Prizin “Yelisey sarayındakı həyatın sirləri haqqında” sənədli filmində səsləndirilib.
Filmdə bildirilib ki, anonim bir şəxs Bricit Mari-Klod Makrona zəng edərək, birinci lediyə prezident Emmanuel Makronla sevgilisi arasındakı eşq macərasından danışıb.
Bu barədə "Daily Mail" Fransanın BFM telekanalında nümayiş etdirilən filmə istinadən məlumat yayıb.
Senator Fransua Patria məlumatı təsdiqləyərək bildirib ki, doğrudan da Bricit Mari-Klod Makrona belə bir zəng olunub. Dövlət başçısı Emmanuel Makron isə baş verənlərdən çox üzülüb. Senator prezidentdən sitat da gətirib - “Bunu eşidəndə kədərləndim və sarsıldım, lakin biz irəliləməyə davam edəcəyik”, - Emmanuel Makron deyib.
Adı çəkilən nəşr qeyd edib ki, ölkənin birinci xanımının telefon nömrəsinin anonim müəllifə necə ötürüldüyü hələ də qaranlıq qalır.
"Daily Mail"dəki məqalədə Makronun keçmiş müəllimi Bricitlə evlənməsinin ölkədə gözlənilən növbəti prezident seçkiləri ərəfəsində ən çox müzakirə olunan mövzulardan biri olduğu da qeyd edilir.