Putin Azərbaycansız SSRİ qurur? - ilginc açıqlamalar
Читать: 1199
13 Jan 2022 | 10:03
Putin Azərbaycansız SSRİ qurur? - ilginc açıqlamalar
Son günlər, xüsusilə də Qazaxıstanda baş verənlərdən sonra Putinin digər keçmiş ittifaq respublikalarında da çevrilişlər hazırladığı, həmin ölkələrin müstəqilliyini təhdid etdiyi iddiaları ortaya atılır. Amma bir şey unudulur ki, Rusiya nə qədər böyük və qüdrətli olsa da, dünyanın indiki dönəmində bu sayda ölkəni bir dəfəyə işğal edə bilməz. Elə KTMT-nin hərbi birləşmələrinin Qazaxıstana daxil olmasına ABŞ başda olmaqla, Qərbin kəskin reaksiyası, həmçinin Ukrayna ətrafında yaşananlarla bağlı təpkilər Kremlin ümumilikdə postsovet məkanı ilə bağlı gözlənilən siyasətinə münasibətdən xəbər verir. Amma Rusiyadakı imperiyapərəstlərin mövqeyinin “çiçəklənməsi” də narahatlıq doğurur.
 
Düzdür, Rusiya prezidenti Vladimir Putin ötən il SSRİ-nin bərpası barədə danışarkən özü bu ideyanı mənasız adlandırmışdı. “Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, - deyə Putin bildirmişdi. Onun sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq. Amma üstündən təqridən yarım il keçəndən sonra fərqli müşahidələr ortadadır. Məsələn, Kremlin keçmiş baş ideoloqu Vladislav Surkovun yeni proqram xarakterli məqalə dərc etməsi və Rusiyanın daxili problemlərinin həllinin imperialist ekspansiyada olduğunu iddia etməsi diqqət çəkir. Surkov deyib ki, ya Rusiya ərazisini genişləndirməli, ya da ölməlidir. Hər halda, Jirinovski, Duqin, Zatulin, Milonov kimi imperiya sevdalıların baş qaldırması həm də hakimiyyətin mövqeyinin məntiqi nəticəsidir. Prezident Putinin KTMT-nin onlayn konfransında “evimiz”lə bağlı dedikləri də Rusiyanın iştahının göstəricisidir.
 
Amma bu situasiyada Rusiyanın Azərbaycanla bağlı mövqeyi, Putin-Əliyev münasibətlərinin yüksək səviyyədə qalması və inkişafı ölkəmizlə bağlı optimist fikirlər üçün əsas yaradır. Xüsusilə də 44 günlük müharibədə Putinin tutduğu mövqe heç kimə sirr deyil. Düzdür, Azərbaycan KTMT-yə müşahidəçi üzv kimi sonuncu dəfə ötən ilin sonlarında Nazarbayev tərəfindən dəvət olunmuşdu. Amma rəsmi Bakının qətiyyətli mövqeyi hamıya bəllidir, ölkəmiz bloklara qoşulmur. Hazırda isə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi davam etdirir. Belə olan halda sual yaranır: Putin SSRİ-ni Azərbaycansız bərpa edir? Bir sıra müşahidəçilər hesab edir ki, bizim cəmiyyətin Rusiyadan aşırı şəkildə ehtiyatlanması kompleksdən doğur. Konkretləşdirsək, uzun onilliklər boyu davam etmiş əzilmişlik kompleksidir bu! Amma bir az da bilərəkdən, maraqlı dairələr və şəxslər tərəfindən ictimai şüura yeridilir. Bəs bu Rusiya xofundan necə qurtulaq?
 
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, MDB məkanında hansısa dövlətlərin eyni bir məkanda birləşməsindən söhbət getsə də, SSRİ-nin bərpası ilə bağlı dəqiq heç bir fikir və ya addım atılmayıb: “Əgər Rusiya ilə ən yaxın dövlət kimi Belarus misal gətirilərsə, onların öz arasında da həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən fikir ayrılığı mövcuddur. Yəni MDB məkanında bir yerdə olmaq hələ SSRİ-nin bərpası demək deyil. Bütün bu söhbətlərə səbəb, zənnimcə, Qərb, ABŞ və Rusiya arşında illərdir davam edən ”soyuq müharibə"dir. Bunun da səbəbi nüvə silahlarının, o cümlədən yaxın və orta mənzilli nüvə başlıqlı raket silahların Rusiyanın əlindən alınması və ya məhv edilməsinə təhrik etməkdir".
 
A.Nağıyev qeyd etdi ki, son Cenevrə danışıqları da bunu bir daha təsdiq edir: “Yəni Rusiya güclü hərbi sənaye kompleksinə malik bir dövlət kimi bir sıra dövlətlərə silah ixrac edir, hansılar ki, ABŞ-ı narahat edir. Buna adekvat addımlar kimi NATO-nun Qərbdə təlimləri və bazalarının artırılmasıdır. Eyni zamanda Ukrayna sərhəddində Rusiyanın 100 minlik hərbi kontinqentinin cəmləşməsi də Qərbdə narahatlıq yaradır. Orta Asiyada, o cümlədən Qazaxıstanda son baş verənlər də göstərdi ki, Qərb Rusiya ilə bağlı planlarını həyata keçirməkdə davam edir. Rusiya da öz növbəsində adekvat addımlar atır və təbii ki, bu da kənardan SSRİ-nin bərpası kimi görünür”. Deputat xatırlatdı ki, ABŞ vaxtilə nüvə silahları ilə bağlı heç SSRİ-nin süqutunu istəmirdi: “Çünki silahlar bir neçə dövlətdə qala bilərdi. Buna görə də müəyyən zəmanətlər müqabilində Ukraynada və bir sıra dövlətlərdə silahların məhvinə nail oldular. Amma Rusiya ilə bu, baş tutmadı. İndi isə hətta Rusiyanın İranla, istərsə də Türkiyə ilə bu sahəda əməkdaşlığı Qərbdə qıcıq yaradır və nüvə silahlarını hansısa terror dəstələrinin ələ keçirəcəyi ilə bağlı anonslar verilir. Yəni SSRİ -nin bərpası imitasiya ola bilər, lakin real görünmür”. Amma A.Nağıyev hesab edir ki, pərdəarxası siyasi oyunlar da var. Ölkəmizə gəldikdə, deputat əminliklə qeyd etdi ki, Azərbaycanla bağlı məsələlər və SSRİ-nin bərpası məsələsi, ümumiyyətlə, inandırıcı deyil: “Biz həm Qərblə, həm Rusiya ilə normal iqtisadi, siyasi, hərbi və mədəni əlaqələr qurmuşuq və siyasətimiz də suverenlik, müstəqillik, təhlükəsizliyimizin həyata keçirilməsi və xalqımızın rifahıdır. Heç bir dövlətin ərazi bütövlüyünü təhdid etmirik. Bununla belə, bəzi qüvvələr çalışırlar ki, Azərbaycanda bir SSRİ xofu yaratsınlar, bu da alınan deyil. Çünki hazırda Rusiya -Azərbaycan- Türkiyə əlaqələri mühüm amildir, regional məsələlər qlobal məsələlərin elementləridir. Yəni hətta bunu istəsələr belə bu alınmaz. Tək silah gücünə də bunu etmək qeyri-mümkündür və bu heç Rusiyaya da hər hansı müsbət divident gətirməz. Rusiyanın Azərbaycanla bağlı mövqeyi çox yüksək səviyyədədir. 44 günlük müharibədə Putinin tutduğu mövqe də heç kimə sirr deyil. Ümumilikdə SSRİ-nin bərpasını kimlərsə arzulasa da, bu, hələ yaxın gələcəkdə mümkün reallıq deyil”.
 
Elçin Mirzəbəyli: “Liberal Qərbdən fərqli olaraq, postsovet məkanında yaşayan xalqların böyük əksəriyyəti Rusiyadan qorxmur”
 
Siyasi şərhçi Elçin Mirzəbəyli də əminliklə bildirdi ki, SSRİ-nin hər hansı bir formada bərpası mümkün deyil: “Bu amilin qabardılması həm postsovet məkanında, həm də Qərbdə, xüsusilə də Şərqi Avropada xof yaradılmasına xidmət edir. Rusiyanın hərbi gücü və potensialı haqqında yaradılan mif bu ölkənin imkanlarından dəfələrlə böyükdür. Və bu mifin yaradılmasında Rusiyanın özündən daha çox onun postsovet məkanına və Avropaya sızmış ”beşinci kolon"unun təmsilçiləri, satqın Qərb siyasətçiləri və mediası, eləcə də müti, qorxaq, azad düşüncədən məhrum, sığınmaq üçün güc axtaran texnokratlar, keçmiş sovet nomenklaturasının bəzi tör-töküntüləri və onların törəmələri daha çox rol oynayırlar. Eyni zamanda 2000-ci illərdən başlayan və bəşəriyyətin üz qarası Barak Obamanın prezidentliyi dönəmində vüsət alan “rəngli inqilablar” dalğası, bu “inqilablar”ın dünyanın müxtəlif ölkələrini cəhənnəmə çevirmələri qeyri-sabitlikdən yorulan xalqları alternativ güc axtarışına çıxmağa məcbur edir və bu vəziyyətdən avtoritarizmə meylli olan siyasətçilər də məharətlə istifadə edirlər".
 
E.Mirzəbəyli hesab edir ki, Qərbin xarizmasız, xaraktersiz, ultraliberal siyasətçilərinin də Rusiya amilinin qabardılmasında rolu böyükdür: “Rusiyaya güzəştə getmək olmaz. Çünki bu ölkə dünyada, yaxud hansısa regionda sabitliyin qorunub saxlanılması məqsədilə edilən güzəşti də geriyə çəkilmək kimi anlayır və təzyiqlərini daha da artırır. Vaxtilə SSRİ-yə münasibətdə yumşaq mövqe nümayiş etdirən Avropa siyasətçilərinin qeyri-müəyyən və qorxaq davranışlarına ABŞ prezidenti Ronald Reyqanın 1983-cü ildə Floridada etdiyi çıxış son qoymuşdu. SSRİ-ni ”şər imperiyası" adlandıran Reyqan öz qətiyyətli mövqeyi ilə “yumşalma” cəhdlərini alt-üst edərək Qərbin SSRİ-yə qarşı birgə mübarizəsini təşkil etməyi bacarmışdı. Reyqan deyirdi ki, “əgər tarix bizə nəyisə öyrədibsə, bu, ona görədir ki, arzu etdiklərimizi reallıq kimi təqdim etməklə təcavüzkarı əyləndirmək axmaqlıqdır. Bu, öz keçmişimizə xəyanət və azadlığımıza etinasızlıqdır”. Hesab edirəm ki, Ronald Reyqanın yanaşması bu günümüz üçün aktualdır. Bu gün əksər Qərb siyasətçiləri Rusiyaya bağlı təqdimatlarında əsasən öz arzularını reallıq kimi təqdim etməyə çalışırlar. Onlara elə gəlir ki, Moskva ilə uzun-uzadı müzakirələr hansısa nəticəyə gətirib çıxaracaq. Amma bu, belə deyil. Rusiya bu müzakirələrə sərf olunan vaxtdan və “yumşalma”dan istifadə edərək öz təsir imkanlarını daha da gücləndirəcək və yeni şərtlərini diqtə etməyə çalışacaq". Analitik hesab edir ki, məhz bu səbəbdən də Rusiya ilə onun öz dilində danışmaq, bir zərbəsinə on zərbə ilə cavab vermək lazımdır: “Rusiya siyasətçiləri əmin olsalar ki, şıltaqlıqları onlara baha başa gələcək, o zaman dayanacaqlar. Təəssüf ki, dünyada bu əminliyi yarada bilən siyasətçilərin sayı çox azdır. Yarada bilənlərin rəhbərlik etdiyi ölkələrin potensialı isə belə davranmağa imkan vermir. Doğrusu, əgər bu gün kimlərsə hələ də ”Rusiya xofu"nun təsiri altında əzilirsə, bu artıq həmin şəxsin şərin köləsinə, buyruq quluna çevrildiyini sübuta yetirir. Hətta zorakılğın ən qatı əleyhdarlarından olan Mahatma Qandi deyirdi ki, “əgər zorakılıqla qorxaqlıq arasında seçim etmək məcburiyyəti yaranarsa, o zaman mən zorakılığı seçməyi tövsiyə edərdim”. Martin Lüter Kinq isə qorxaqlığı zorakılıqdan daha böyük şər adlandırırdı. Düşünürəm ki, Rusiyanın iddialarının qarşısının alınmasının yolu cəsarətli və qətiyyətli davranmaqdan keçir". E.Mirzəbəyli dedi ki, liberal Qərbdən fərqli olaraq, postsovet məkanında yaşayan xalqların böyük əksəriyyəti Rusiyadan qorxmur: “Sadəcə, SSRİ-nin süqutundan keçən dövr ərzində Moskva bu xalqların yaşadıqları dövlətlərin inkişafının qarşısının alınması üçün bütün vasitələrə əl atıb. Qərb isə bu xalqların Rusiyaya qarşı müqavimətini düzgün dəyərləndirməyib, onları dəstəkləməyib və bir çox hallarda onların maraqlarını çox ucuz qiymətə güzəştə gedib. Məhz bu amil də Qərbin timsalında etimad edilməsi mümkün olmayan geosiaysi qütb yanaşmasının formalaşmasına zəmin yaradıb ki, Rusiyanın ”beşinci kolon"u da bu əməldən öz təbliğatını qurmaq üçün məharətlə istifadə edib. Bu baxımdan hesab edirəm ki, Rusiyanın təcavüzkar davranışlarının qarşısının alınmasının yeganə yolu postsovet respublikalarının iqtisadi və hərbi cəhətdən gücləndirilməsindən keçir. Rusiyanın gücü postsovet məkanına təsir imkanlarındadır. Bu imkanlar zəiflədilərsə, Rusiyanın aqressiv davranışlarının da qarşısı alınacaq".(musavat.com)
Похожие новости
22:45, Сегодня
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
22:08, Сегодня
Мировые расходы на оборону достигли рекордного значения
21:54, Сегодня
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
21:42, Сегодня
Часы Михаэля Шумахера уйдут с молотка
21:28, Сегодня
Страны G7 выступили с призывом к Баку и Еревану
21:23, Сегодня
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
21:19, Сегодня
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
21:10, Сегодня
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
21:01, Сегодня
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
20:45, Сегодня
Число жертв в Газе достигло 34012
20:32, Сегодня
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
20:29, Сегодня
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
20:26, Сегодня
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
20:12, Сегодня
Зеленский: Украина может спустить Путина «с неба на землю»
20:11, Сегодня
В Азербайджане арестован руководитель сайта
20:09, Сегодня
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
20:03, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:01, Сегодня
Орбан: Запад близок к отправке военных в Украину
19:53, Сегодня
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19:53, Сегодня
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19:47, Сегодня
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19:45, Сегодня
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19:39, Сегодня
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19:25, Сегодня
НАТО гарантирует усиление ПВО Украины
19:18, Сегодня
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19:06, Сегодня
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
18:53, Сегодня
Осужденный за жестокое убийство жены скончался в тюрьме
18:44, Сегодня
Гаити потребовал от Франции миллиардных репараций
18:28, Сегодня
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
18:13, Сегодня
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
17:51, Сегодня
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
17:49, Сегодня
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
17:45, Сегодня
Артуро Видаль - о клубе своей мечты
17:45, Сегодня
Токаев запретил ввоз вейпов в Казахстан
17:43, Сегодня
Люди впервые стали жертвами болезни оленей-зомби
17:37, Сегодня
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
17:32, Сегодня
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
17:28, Сегодня
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
17:16, Сегодня
В Хыналыге выпал град - ВИДЕО
17:10, Сегодня
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
17:10, Сегодня
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
17:05, Сегодня
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
17:00, Сегодня
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
16:55, Сегодня
На Абеля Магеррамова подали в суд
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
16:43, Сегодня
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
16:37, Сегодня
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
16:25, Сегодня
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
16:05, Сегодня
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
15:56, Сегодня
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
15:54, Сегодня
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
15:47, Сегодня
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
15:38, Сегодня
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
15:36, Сегодня
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
15:32, Сегодня
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
15:23, Сегодня
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
15:01, Сегодня
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
13:53, Сегодня
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
12:01, Сегодня
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
11:05, Сегодня
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
10:57, Сегодня
Ниджат Абасов потерпел шестое поражение в Торонто
09:15, Сегодня
В России разбился военный самолет
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
Писатели