Danimarka da “Omikron” variantı ilə rekord sayda yoluxma qeydə alınıb - orada artıq əhalinin həssas təbəqələrinə peyvəndin dördüncü dozasını təklif edirlər.
Daha əvvəl Avropa Dərman Agentliyi tez-tez gücləndirici peyvəndin mümkün təhlükələri barədə xəbərdarlıq edərək, indiyə qədər belə bir yanaşmanın zəruriliyini təsdiqləyən məlumatların olmadığına işarə etdi.
COVID-19 məhdudiyyətlərinin yeni dalğasından iqtisadiyyat əziyyət çəkir. Xərcləri minimuma endirmək üçün İsveçrə karantinin müddətini iki dəfə - beş günə qədər azaltmaq qərarına gəlib. Səlahiyyətlilərə görə, “Omikron” variantında yoluxma və virusun ötürülməsi arasında daha qısa müddət var.
Fransada isə cümə axşamı günü müəllimlərin ümummilli tətili başlayır. Onlar daim dəyişən anti-COVID qaydalarından usandıqlarını deyirlər. Potensial infeksiya halları üçün çoxsaylı test və təcrid tələbləri dərslərə təsir edərək, öyrənmə prosesini pozur.
Mənbə: Euronews