Baytarlıq təbabəti üzrə elmlər namizədi təəssüf ki, yoxdur. Çünki bu, spesifik sahədir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.
Onun sözlərinə görə, bu gün bizə məsələn hüquq sahəsi üzrə elmlər namizədi lazım olsa, bu istiqamətdə 15-20 nəfər gəlib sənəd verə bilər:
“Bu gün baytarlıq təbabəti ixtisası ölkədə bir aqrar universitetdə, bir də Baytarlıq Elmi-Tədqiqat İnstitutundadır. Bu, çox məhdud saydadır. Mənim göstərişilə illərdir biz yaxşı tələbələri 3-cü kursdan izləyirik. Tələbələrə dəstək veririk, onlar üçün xüsusi müəllim tuturuq. Lakin onların yetişməsi 7 il çəkir. Bir nəfərin magistra qəbul olunub, dərəcə alması 7 il vaxt alır. Bu sahədə peşəkarların azlığı sahəyə marağın olmamasından deyil, prosesin çox uzun olmasından irəli gəlir".