Rusiya mətbuatı yeni sual ətrafında müzakirələr açıb: “Qazaxıstandakı rusların taleyi necə olacaq?” Qazaxıstanda etirazlar başladıqda Moskva metrosunda hərəkət edən qatarlara çap hərfləri ilə “Şimali Qazaxıstana doğru” şüarları yazılmışdı.
Moskva Qazaxıstan prezidenti Tokayevə dəstək versə də, bu ölkədə yaşayan ruslar mövzusunu bundan sonra da gündəmdə saxlayacaq. Rusiyanın bəzi nərşlərində Qazaxıstanın müxtəlif şəhərlərində yaşayan rusların sayını hesablamağa başlayıblar. Rus millətçiləri hesab edirlər ki, Qazaxıstan rəsmiləri 1989-cu ildən bu yana ölkədə rusların sayının azalmasına çalışırlar. Paytaxtın Astanaya köçürülməsini də bu siyasətin tərkib hissəsi hesab edirlər.
Rus millətçiləri hesab edirlər ki, Nazarbayevin yerinə Tokayev gəlsə də, Astananın milli siyasəti dəyişməyəcək. Ona görə də rus millətçiləri açıq yazırlar ki, “Krım ssenarisini” Qazaxıstanda təkrarlamağa hazırlaşmaq lazımdır. Qazaxıstanın başı üzərində “demokl qılıncı” əskik deyil.