Musiqi irsimizin elm cığırını açan xanıməfəndi...
Общество
Читать: 1067
17 Jan 2022 | 20:33
Musiqi irsimizin elm cığırını açan xanıməfəndi...
Ötən il Xurşid xanım Ağayevanın anadan olmasının 115-ci ildönümü idi. MM Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın Xurşid xanım Ağayeva ilə bağlı yazısını təqdim edirik.
 
Xurşid xanım Həsən Bəy qızı Ağayeva (1906–1953) ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi, öz dövrünün görkəmli ziyalılarından biri olmuşdur. O, tanınmış ailənin övladı idi. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyətinin ilk sədrinin birinci müavini olmuş Həsən Bəy Ağayevin qızı Xurşid Ağayeva, musiqi nəzəriyyəsi tariximizə adı daxil olan ilk qadın musiqişünasdır. Dahi bəstəkar Üzeyir Bəy Hacıbəyli haqqında yazdığı ilk monoqrafiya alimin adını əbədiləşdirmişdir.
 
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim (Üzeyir Bəy Hacıbəylinin rektorluğu dönəmində isə prorektor vəzifəsində) işləyən Xurşid Ağayeva, elmi-pedaqoji fəaliyyəti dövründə musiqi nəzəriyyəsi və tarixi üzrə dərslikləri ana dilimizə ilk dəfə tərcümə etməklə tədris prosesində bu sahədəki boşluğu doldurmuşdur. Mənəvi zənginliyi ilə zahiri gözəlliyi vəhdət təşkil edən bu Azərbaycan xanımı, gözəl pedaqoq, səmimi yoldaş, diqqətli, qayğıkeş və həssas bir insan olmuşdur. Musiqi irsimizin tədqiqinə dair ilk ciddi araşdırması ilə müsiqişünaslığın təməlini qoyan, bu sahənin gələcək inkişafına yol açan Xurşid Ağayevanın mədəniyyət tariximizdə özünəməxsus yeri və mövqeyi vardır.
 
Xurşid Ağayeva 1906-cı ildə Bakıda dövlət xadimi Həsən Bəy Ağayevin ailəsində dünyaya göz açmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında önəmli rolu olan Həsən Bəy Ağayev görkəmli ictimai-siyasi xadim, jurnalist, həkim, müəllim, Xalq Cümhuriyyəti parlamentinin sədr müavini kimi önəmli vəzifə daşımış tarixi şəxsiyyət olmuşdur. Dövlətçilik tariximizin ən önəmli hadisələri Həsən Bəy Ağayevin bilavasitə iştirakı ilə gerçəkləşib. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın “İstiqlal Bəyannaməsi” qəbul edilərkən Həsən Bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuş və Bəyannaməni ilk olaraq o, imzalamışdır.
 
Xurşid xanımın anası Xədicə Ağayeva da dövrünün ziyalı qadınlarından biri kimi xalqımızın maariflənməsində önəmli xidmətlər göstərmişdir. İxtisasca müəllim olan Xədicə xanım, 1901-cı ildə H.Z.Tağıyevin qız məktəbi açılanda məktəbdə pedaqoji işə başlamışdı. Üç il sonra isə burada həkim işləyən Həsən Bəylə tanış olub ailə qurmuşdu. Həyat yoldaşı Həsən Bəylə birlikdə Güney Azərbaycana köçənə qədər, yəni 1906-cı ilədək məktəbdə müəllim işləmişdir. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşayan ailə Bakıya qayıdandan sonra Xədicə xanım 1909-cu ildə Həsən Bəyin anadan olduğu Gəncə şəhərində Əsgər ağa Adıgözəlov (Gorani) tərəfindən açılan qız məktəbinin müdiri vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə çalışdığı illərdə həm də Gəncənin ictimai işlərində xüsusi fəallıq göstərib. Xədicə Ağayeva 1915-ci ildə Gəncə “Müqəddəs Nina” yerli qadın xeyriyyə cəmiyyətinin qurucularından və idarə heyəti üzvlərindən biri olmuşdur. 04 sentyabr 1919-cu ildən o, Bakıdakı Azərbaycan birinci milli qadın gimnaziyasının (keçmiş “Müqəddəs Nina” qız məktəbinin) müfəttişi vəzifəsində işləmiş, daha sonra Bakı Darülmüəllimində (Qadın Müəllimlər Texnikumunda) müəllim kimi çalışmışdır.
 
Köklü ailə bağlarına sahib olan Xurşid xanım Ağayeva ilk təhsilini Gəncə şəhərində almışdır. 1919-cu ildə Bakıda orta təhsilini davam etdirmiş, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Həmin illərdə Azərbaycanda musiqişünaslıq sahəsində ana dilimizdə dərsliklərin olmaması, nəzəri biliklərin əsasən rus dilli kitablar vasitəsilə tədrisi bu sahədə ciddi bir boşluq kimi nəzərə çarpırdı. Xurşid Ağayeva rus dilindən musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi işi ilə ciddi məşğul olaraq həmin boşluğu aradan qaldırmışdı. O, bütün ömrü boyu dərs dediyi Bakı Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) fəaliyyətini gənc nəslin peşəkar musiqi təhsilinə, təlim-tərbiyəsinə həsr etmişdir. Bir müddət Konservatoriyanın prorektoru kimi bu ali təhsil müəssisəsinin elmi təşkilatçılıq işləri də məşğul olmuşdur.
 
Xurşid Ağayeva Azərbaycan musiqisinə aid bir sıra məqalələrin, “XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları” (ölümü ilə əlaqədar tamamlanmayıb) kimi əhəmiyyətli bir tədqiqat əsərinin müəllifidir.
 
Xurşid Ağayeva Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuş Əhməd Bəy Pepinovla ailə həyatı qurmuş, bu evlilikdən bir qızı (Sevda Pepinova) doğulmuşdur; lakin 45 yaşında güllələnib qətlə yetirilən atası Həsən Bəy Ağayev, Sibirə sürgün edilən, min bir əzab görən anası Xədicə xanım kimi Xurşid xanımın da ailə həyatı siyasi şəraitin məngənəsində məhv olmuş, sevgi ilə qurulan ailə yuvası dağılmışdır... Buna səbəb isə həyat yoldaşı Əhməd Bəy Pepinovun repressiya olunması idi. Həbs olunanda həyat yoldaşı Xurşidi siyasi təqiblərdən qorumaq üçün Əhməd Bəy özü qayınanası Xədicə xanıma demişdi: “Xədicə xanım, Xurşidə deyin məndən boşanmaq haqqında ərizə versin, tutulanlardan çoxunun ailələrini də sıxışdırırlar. Mənim adım üstündə olmasın, ziyan gətirər ona. İstəsə ərə də gedə bilər”... Xurşid xanım siyasi mühitin xofu ilə ərindən boşanmış, daha sonra Əhməd Bəyin Xalq Maarif Komissarlığında katibi olan, sonralar görkəmli həkim, tibb elmləri doktoru kimi tanınan Bahadur Eyvazova ərə getmişdir.
 
Xurşid xanımla Əhməd Bəyin qızı Sevda Pepinovanı isə elə o vaxtdan nənəsi Xədicə xanım saxlamışdı. Buradaca xatırlatmaq istəyirik ki, Xədicə xanım xoşbəxtliyi yarıda qırılan qızlarının yetim övladlarına analıq etmək missiyasını şərəflə yerinə yetirmişdir. Sevda ilə yanaşı digər qızının – repressiya edilmiş əri ilə sürgünə göndərilən Gülruxun oğlu Fəridi də əsil ana sevgisi ilə böyütmüş, hətta uşağa Ağayev soyadını da vermişdir. Gülrux xanım sürgündən qayıdanda 15 yaşlı Fərid anasına yaxın getməmiş və bir ömür boyu ona isinişməmişdir... Sevda Pepinova da Xədicə xanımı anası kimi sevirdi. Xurşid xanımla qızı Sevda xanım bir ömür boyu bir-birinə həsrət qalmışdılar. 7 yaşlı Sevda “xalq düşməni”nin qızı olduğuna görə Xurşid xanımın həyat yoldaşı Bahadur Eyvazov Sevdanın onlara gəlib-getməsini istəməmiş və buna heç vaxt icazə verməmişdi. Son nəfəsində isə Xurşid xanım üzünə həsrət yaşadığı qızını görmək istəmiş, Sevda xanıma “Bağışla məni, Sevda, bağışla...” – deyərək, həyata gözlərini əbədi qapamışdır...
 
Sevda Pepinova Azərbaycan mədəniyyət tarixində böyük xidmətləri olan bir şəxslə – görkəmli aktyor, Azərbaycanın Xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, əvəzolunmaz komik xarakterlər yaradan sənətkar Lütfəli Abdullayevlə evlənmişdi. Sevda xanım qovuşmadan itirdiyi, həsrət qaldığı anası Xurşid xanımın adını qızına vermişdi. Xurşid xanımın nəvəsi Xurşid Lütfəli qızı Abdullayeva (15 sentyabr 1959, Bakı) Azərbaycan mədəni həyatında nənəsinin yolunu ləyaqətlə davam etdirir; o, hazırda Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət Xor Kapellasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artistidir.
 
Xurşid Ağayeva da atası Həsən Bəy kimi həyata çox erkən vida edib. Ömrünün qırx yeddinci baharında, 1953-cü il dekabrın 3-də dünyasını dəyişib; lakin həyatdan tez getməsinə baxmayaraq, qısa bir ömrə böyük uğurları sığdıra bilmişdir. “Öz əsərlərimi istedadlı musiqiçi gənclərə həsr edirəm” ithaf sözü ilə ilk tədqiqat əsərini – Üzeyir Bəy Hacıbəyliyə həsr etdiyi monoqrafiyasını yazan, Azərbaycan musiqişünaslığının təşəkkülündə ilk səhifələrə imza atan, respublikamızda musiqi təhsilinin inkişafı yolunda fəal pedaqoji işi ilə seçilən Xurşid Ağayevanın milli mədəni həyatımızda özünəməxsus mövqeyi olmuşdur.
 
Bəli, o – istedadlı pianoçu və musiqişünas Xurşid Ağayeva musiqi mədəniyyəti tariximizin önəmli simalarındandır. Musiqiyə hələ erkən yaşlarından meyl göstərən Xurşid xanım, ilk musiqi təhsilini Azərbaycan Musiqi Texnikumunun Fortepiano şöbəsində almışdır. 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilmiş, burada tanınmış professorlar İ.Aysberq və Q.Şaroyevdən dərs almışdır. Həmin görkəmli alimlər ona təkcə ifaçlıq vərdişləri aşılamaqla kifayətlənməmiş, həm də hərtərəfli musiqiçi kimi yetişməsində önəmli rol oynamışlar. Xurşid Ağayeva 1935-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, həm ifaçlıq, həm də musiqişünaslıqla davamlı məşğul olmuşdur.
 
Xurşid xanım hələ konservatoriyada oxuduğu illərdən pedaqoji fəaliyyətə başlamışdı. Təhsil prosesindən və iş yerindən tanıdığı böyük bəstəkarımız Üzeyir Bəy Hacıbəylinin onun həyatında önəmli rolu olmuşdur. Üzeyir Bəy yanar ürəkli bir ziyalı kimi Xurşid xanımın da yolunu işıqlandırmışdı. Xurşid Ağayeva fəaliyyətinin müxtəlif mərhələlərində – tələbəlik illərində, konservatoriyadakı müəllimlik fəaliyyətində, elm və təhsil üzrə prorektor vəzifəsində çalışanda və yaxud Pespublika Bəstəkarlar İttifaqında Tənqid bölməsinə rəhbərlik edəndə bu uca şəxsiyyətin qayğısını görmüşdü. Şərq musiqisinin canlı əfsanəsi Üzeyir Bəy Hacıbəyli həmişə onun üçün həssas, xeyirxah, qayğıkeş, çoxcəhətli istedada malik sənətkar, gözəl insan kimi ideal idi. Xurşid xanım hər zaman ona bənzəmək istəmişdi.
 
Xurşid Ağayeva böyük pedaqoq, sevimli müəllim idi. Konservatoriyanın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi kimi Musiqi tarixi kursu fənnindən rus və Azərbaycan dillərində oxuduğu mühazirələr həmişə maraqla qarşılanırdı. Onun mühazirələrini dinləyən çoxsaylı tələbələr (onların arasında indi musiqi mədəniyyətimizin görkəmli ustaları var) Xurşid xanımın ustad dərslərini dəyərli elmi məlumatlarla zəngin saatlar kimi xatırlayırdı. Onun tələbələri olmuş musiqiçilər Xurşid xanımın necə böyük şövqlə çalışdığını, gənc musiqiçiləri Qərbi Avropa, rus, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə qovuşdurmaq üçün fədakarlıqla əmək verdiyini qeyd edirdilər. Məsələn, respublikanın Xalq artisti Süleyman Ələsgərov Xurşid xanımın sinfində dinlədiyi mühazirələri, royal arxasında musiqi təhsilini zaman-zaman xatırlayırdı. Bəstəkarın müəlliminin mühazirələrindən əziz nişanə kimi saxladığı iki dəftərdə Bethovenin bütün sinfoniyalarının təhlili verilmişdi. Bəstəkar deyirdi: “Müəllimləri, tərbiyəçiləri xatırlayarkən onların həyatla tez vidalaşdığına ürəkdən acıyırsan, lakin çəkdikləri zəhmətin bəhrəsini görərkən bir az təskinlik tapırsan. Yaşlı nəslin nümayəndələrinə – mənim yaşıdlarım olan bəstəkarlara, musiqişünaslara, ifaçılara Xurşid xanımın bəxş etdiyi böyük musiqi sevincində mən bu zəhmətin səmərəsini duyuram. O, böyük pedaqoq idi”... Tələbələrinin hamısı onu çox sevir, müəllim və alim həmkarları ona böyük sayğı bəsləyirdi.
 
Üzeyir Bəy Hacıbəyli Xurşid xanımı həmişə başqalarından fərqləndirir, məsuliyyəti, işə can yandırdığı üçün xətrini əziz tutur və yeri gələndə, bir çox məsələlərdə onu müdafiə edirdi. Xurşid xanımın dahi bəstəkar və alim haqqında ilk monoqrafiyası onların sıx yaradıcılıq ünsiyyətinin nəticəsi kimi meydana çıxmışdı. Xurşid xanım bu monoqrafiya üzərində uzun müddət işləmiş, sanballı bir əsər ərsəyə gətirmişdi. Təəssüf ki, ömrü vəfa etmədiyindən öz monoqrafiyasının nəşrini görmək Xurşid xanıma nəsib olmamışdır. Dahi bəstəkarımıza həsr etdiyi monoqrafiyası müəllifin ölümündən sonra, 1955-ci ildə nəşr edilmiş, musiqişünaslığımız dəyərli örnəyi kimi elm tarixində qalmışdır.
 
Üzeyi Bəy yaradıcılığının hərtərəfli öyrənildiyi bu araşdırma çağdaş dövrümüzdə də öz aktuallığını, elmi dəyərini itirməyib, Üzeyir Bəy Hacıbəyovlidən yazılan tədqiqatlar üçün ilkin qaynaq kimi xüsusi önəm daşıyır. Bəstəkar haqqında ilk tədqiqat işləri arasında elmi səviyyəsi ilə seçilən həmin monoqrafiya Üzeyir Bəy Hacıbəylinin parlaq istedadı, xidmətlərinin əzəməti, yaradıcılığının istiqamətləri, miqyası, eləcə də onun coşğun ictimai fəaliyyəti barədə aydın təəssürat yaradır. Bəstəkarın unikal şəxsiyyətini səciyyələndirən xüsusiyyətlərə diqqət yetirən müəllif vurğulayır ki, doğma xalq incəsənətinin mənzərəsini vermədən Ü.Hacıbəyli yaradıcılığını tam mənada qiymətləndirmək mümkün deyil. Ona görə də Xurşid Ağayeva monoqrafiyasında Azərbaycan mədəniyyəti tarixinin XII yüzildən başlayıb 1938-ci ildə Moskvada keçirilən Birinci incəsənət ongünlüyünə qədər davam edən inkişaf yoluna ekskursiya edirdi. Böyük bir dövrün yığcam özəti ilə Üzeyir Bəy Hacıbəylini yetirən milli mədəni-tarixi ənənələr haqqında təsəvvür formalaşdırır, bu bəstəkarlıq məktəbinin böyük zəminə əsaslandığını göstərirdi.
 
Xurşid Ağayevanın dövri mətbuatda, kofranslarda və yubiley gecələrində məzmunlu çıxışları da onun intellekti haqqında yüksək təəssürat yaradırdı. Alimin N.A.Rimski-Korsakovun, A.Zeynallının yaradıcılığı haqqında çıxışları, Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə (1944) bəstəkarlarımızın simfonik yaradıcılığı barədə məqalələri bu baxımdan özəlliklə diqqəti cəlb edir. Onun elmi irsi milli musiqi ədəbiyyatının dəyərli töhfələridir.
 
Republikamızın ilk musiqişünas qadını, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid xanım Ağayevanın adı mədəniyyət tariximizin qızl səhifələrində əbədi yaşayır. Xalqımız bu adı hər zaman yaddaşında, qəlbində yaşadacaq, onu sevgi ilə yad edəcəkdir. Xurşid xanımın açdığı iz, musiqişünaslıq cığırı, yeni nəsillərin rahatlıqla addımladığı yol həmişə öz yaradıcısını böyük ehtiramla xatırladacaqdır.
 
Похожие новости
18:10, Сегодня
Пашинян: Мы решаем вопрос существования Армении в ближайшие десятилетия
18:05, Сегодня
Ереван получил от Баку очередные предложения по мирному договору
18:04, Сегодня
На границе Азербайджана и Армении выполнено около 35 процентов намеченных работ
17:53, Сегодня
В Армении протестующие вновь блокируют дороги
17:30, Сегодня
В Армении полицейские подвергли приводу депутатов за участие в акции протеста
17:26, Сегодня
Эрдоган: Все наши усилия направлены на обеспечение мира и стабильности в регионе
17:24, Сегодня
Алиев встретился в Берлине с министром иностранных дел Германии
17:06, Сегодня
В Азербайджане значительно повысилась сумма безналичных платежей
17:00, Сегодня
Жители лянкяранских сел жалуются на плачевное состояние дороги
16:56, Сегодня
В Азербайджане пройдет Международная конференция космических технологий STC
15:18, Сегодня
В Азербайджане денежная масса выросла на 9%
14:30, Сегодня
В Иране за день казнили четверых заключенных: одна из них женщина - ФОТО
14:12, Сегодня
Французский журналист почти неделю находится в нейтральной зоне аэропорта "Звартноц"
13:56, Сегодня
Очередная группа бывших вынужденных переселенцев прибыла в Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
13:52, Сегодня
Скорость широкополосного интернета в Азербайджане значительно выросла
13:52, Сегодня
В Милане задержали 10 напавших на демонстрацию в День освобождения от фашизма и нацизма
13:49, Сегодня
Адвокат: Иск Азербайджана сосредоточен на 30-летней кампании этнической чистки со стороны Армении
13:48, Сегодня
В Берлине началась встреча Ильхама Алиева и Олафа Шольца один на один
13:47, Сегодня
Министры обороны РФ и Китая провели переговоры в рамках совещания ШОС в Астане
13:47, Сегодня
В Барде волки напали на частную ферму и растерзали скот
13:46, Сегодня
Президент: Отношение к вопросам энергетической безопасности должно быть на уровне национальной
13:43, Сегодня
В России подросток прожил с пулей в теле 7 лет
13:37, Сегодня
Ильхам Алиев: Наши проекты в области зеленой энергетики финансируются зарубежными инвесторами
13:31, Сегодня
Турецкий генерал: Мониторинговый центр успешно осуществлял свою миссию
13:22, Сегодня
Ильхам Алиев: Страны, богатые газом и нефтью, должны лидировать в борьбе с изменением климата
13:10, Сегодня
Президент: Потребность в наших нефтегазовых ресурсах, в том числе на рынках Европы, будут испытывать еще долго
12:58, Сегодня
На берег Каспия в Казахстане выбросило почти 80 мертвых тюленей
12:54, Сегодня
МИД АР: Принятие предвзятых резолюций давно стало обычным явлением для Европарламента
12:52, Сегодня
Президент: COP29 позволит нам привлечь страны Глобального Юга в реализацию нашей общей повестки дня
12:51, Сегодня
В Баку в результате несчастного случая скончалась 21-летняя модель - ФОТО
12:46, Сегодня
Делегация руководства COP29 встретилась с испанским министром - ФОТО
12:42, Сегодня
На закрытии Турецко-российского мониторингового центра прозвучал "Карабах шикестеси" - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:34, Сегодня
Керим Велиев: Турецко-российский мониторинговый центр достойно справился со своими задачами
12:28, Сегодня
Канцлер Германии: Необходим новый подход к борьбе с изменением климата
12:25, Сегодня
Ильхам Алиев: Азербайджан как страна, принимающая у себя COP29, находится в процессе активной подготовки
12:19, Сегодня
Российский генерал: Мониторинговый центр в Агдаме был примером успешного сотрудничества во имя мира
12:13, Сегодня
Доцент Техасского университета: Где бы я ни была, остаюсь носителем азербайджанской культуры - ВИДЕО
12:00, Сегодня
Ильхам Алиев принял участие в Петерсбергском климатическом диалоге в Берлине - ОБНОВЛЯЕТСЯ + ФОТО/ВИДЕО
11:55, Сегодня
В Украине арестовали министра
11:42, Сегодня
Новые кадры строящегося в Лачыне международного аэропорта - ВИДЕО
11:08, Сегодня
Ильхам Алиев примет участие в Сегменте высокого уровня 15-го Петерсбергского климатического диалога
11:03, Сегодня
Встреча глав МИД Азербайджана и Армении может состояться в Казахстане
10:38, Сегодня
Объявлен график приема граждан министрами на май - ТАБЛИЦА
10:31, Сегодня
Завершились совместные тактические учения "Волна-2024" - ФОТО/ВИДЕО
10:27, Сегодня
В Ходжавенде обнаружены мины и гранаты, есть задержанный
10:16, Сегодня
Община осудила резолюцию Европарламента, призывающую к санкциям против Азербайджана
09:11, Сегодня
В Баку пассажирский автобус столкнулся с легковым автомобилем
09:00, Сегодня
Китайский автопроизводитель представил своего робота-гуманоида - ВИДЕО
08:42, Сегодня
Казахстан и Китай подписали план военного сотрудничества
08:30, Сегодня
Европейские биологи обнаружили ферменты, превращающие разные группы крови в первую
08:00, Сегодня
Названа страна с самыми пьющими детьми
07:40, Сегодня
Узбекистан и Таджикистан упростят транзитные грузовые перевозки
07:29, Сегодня
60-летняя женщина примет участие в конкурсе "Мисс Аргентина" благодаря молодой внешности - ФОТО/ВИДЕО
06:58, Сегодня
Toyota за финансовый год продала рекордное число автомобилей
06:36, Сегодня
В Физули возвращаются еще 39 семей бывших вынужденных переселенцев- (ФОТО)
05:17, Сегодня
Суд отменил 23-летний тюремный срок Харви Вайнштейну за изнасилование
05:09, Сегодня
США и Молдова будут развивать сотрудничество в сфере поставок газа в Европу
04:56, Сегодня
В Китае 31-летняя певица умерла во время концерта в доме престарелых - ВИДЕО
04:07, Сегодня
Хуситы атаковали судно MSC Darwin в Аденском заливе
03:08, Сегодня
Таджикистан выразил заинтересованность в инвестировании в иранский порт Чабахар
03:01, Сегодня
Заслуженная артистка опровергла распространенную о ней информацию
02:17, Сегодня
Узбекистан и МАГАТЭ обсудили перспективы сотрудничества
01:56, Сегодня
Среди детей в Азербайджане начал распространяться новый вирус
01:08, Сегодня
Азербайджанский парапловец завоевал третью медаль на открытом чемпионате Европы
00:32, Сегодня
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
00:31, Сегодня
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
00:30, Сегодня
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
00:28, Сегодня
Пелоси считает, что Россия способствует пропалестинским протестам
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 21:01
Айдын Сулейманлы стал чемпионом Азербайджана по шахматам
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:29
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:21
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
25 Apr 2024 | 18:17
В Лянкяранском районе в ДТП пострадал учитель - ФОТО
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 18:00
Привезенный из Тайваня в Азербайджан фруктовый сок оказался непригодным для употребления - ФОТО
25 Apr 2024 | 17:56
В Бардинском районе очистят превращенную в свалку территорию села - ОБНОВЛЕНО + ВИДЕО
25 Apr 2024 | 17:45
В автобусах не соблюдаются правила гигиены - ВИДЕО
ЕЖЕДНЕВНО
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
19 Apr 2024 | 20:26
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
Ежемесячно
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
Писатели