"Roma"nın baş məşqçisi Joze Mourinyo "Everton"un onunla maraqlanması ilə bağlı xəbərlərə münasibət bildirib:
Qol.az xəbər verir ki, o, İtaliya təmsilçisində özünü xoşbəxt hiss etdiyini və klubdan ayrılmağı düşünmədiyini deyib:
"Emosiyaları, ehtirasları, hissləri, “Roma”dakı xoşbəxtliyimi qiymətləndirməli olsaydım, mən 10 xaldan 11 xal verərdim. Klubda olduğum üçün həqiqətən çox xoşbəxtəm. İnsanların mənə güvəndiyini hiss edirəm. İndikindən daha xoşbəxt ola bilmərəm. Futbol nöqteyi-nəzərindən 4-cü və 8-ci yerləri bitirmək üçün oynamaq mənim istədiyim şey deyil. Amma gələn mövsüm daha yaxşı olacağıq. İnkar etməyəcəyəm ki, mövsümün ilk hissəsində özümü məyus hiss etdim. Çünki oyunumuz dəhşətli idi. Amma indi mən xoşbəxtəm. Mən söz vermişəm, üç ilin sonuna qədər getməyəcəyəm. Bu da mənim layihəmdir”.