Kreml  tarixdən dərs ALMALIDIR
Читать: 796
22 Jan 2022 | 17:55
Kreml  tarixdən dərs ALMALIDIR

Son illər Rusiya-Ukrayna qarşıdurması kütləvi informasiya vasitələrinin və  ictimaiyyətinin daim diqqət mərkəzindədir və bu günlərdə bu tandemin gərgin münasibəti daha da tarıma çəkilmişdir. Təbii ki,  Rusiya-Ukrayna ziddiyyətlərinin kəskinləşməsi ilk növbədə, region və şərqi Avropa üçün ciddi təhlükədir. Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi Maydan hərəkatından başlamışdır. O vaxt, yəni  22 fevral 2014-cü ildə ukraynalılar Rusiyapərəst prezidentlərini - Viktor Yanukoviçi devirdikdən 5 gün sonra Rusiya xüsusi təyinatlıları Krım Ali Sovetinin binasını ələ keçirdilər, “Rus birliyi” partiyasının lideri S.Aksyonovu da oraya başçı təyin etdilər. Yeni başçı da dərhal Rusiya siyasi rəhbərliyinə “Krım ərazisində sülhün və əmin-amanlığın bərpasına yardım göstərmək” üçün rəsmi müraciət etdi. Rusiya bu xahişi dərhal, məmnuniyyətlə yerinə yetirdi.

 (Bax//www.bbc.com/russian/international/2014/03/140301_live_ukraine_crimea_crisis)


16 mart 2014-cü ildə Krımda keçirilən referendumdan 2 gün sonra - 18 martda Krım rəsmən Rusiyaya birləşdirildi.


Krımın Rusiyaya birləşdiriməsindən sonra Rusiya-Ukrayna münasibətləri kəskin xarakter alıb. Qarşıdurmalarda indiyədək 14 mindən artıq şəxs həlak olub. Qərb dövlətləri - “Böyük yeddilik” (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, ABŞ və Yaponiya), NATO üzvləri, Avropa İttifaqı, Avropa Şurası— Rusiyanın Krımı özünə birləşdirməsi hadisəsiə kəskin etirazlar etsə də, ona qarşı müxtəlif sanksiyalar uyqulasalar da, Rusiya bütün beynəlxalq reaksiyalara rəğmən öz əməlindən çəkinmir.

(Bax//worldview.stratfor.com/article/waiting-reality-check-crimea-five-years )


Sirr deyil ki, Ukraynanın Rusiya ilə dərin sosial, mədəni-tarixi bağlılığı, 2295 km. uzunluğunda böyük sərhəddi vardır.  Beynəlxalq hüquqa görə, 603549 kv.km. ərazisi, təqribən 42 milyon əhalisi olan Ukrayna həm də Belorusiya (1084 km.), Moldova (1222 km. ), Macarıstan (137 km.), Polşa (542 km. ), Rumınya (614 km.) və Slovakiya (98 km.) ilə həmsərhəddir. Xatırladaq ki, ərazisinə görə, bütün Avropa ölkələri arasında birinci yeri tutan Ukraynanın Donetsk vilayətində 7 aprel 2014-cü ildə özünü müstəqil dövlət elan etmiş Donetsk Xalq Respublikası və Luqansk  vilayətində 27 aprel 2014-cü ildə yaradılmış Luqansk Xalq Respublikası mövcuddur.


Hal-hazırda Ukrayna ilə sərhəd boyu təqribən 100 minə yaxın əsgəri, hərbi texnikanı və döyüş vasitələrini cəmləşdirmiş Rusiya ciddi cəhdlə Ukrayna ilə işi olmadığını bəyan etsə də heç kimi inandıra bilmir. Eyni zamanda, Rusiya  heç vəchlə Ukraynanın NATO üzvü olmasını  da istəmir.  Rusiya prezidenti V. Putin Ukraynanın NATO dövlətləri ilə sıcaq münasibətlərini Rusiyaya  təhdid olaraq görür və açıq şəkildə bildirir ki, Rusiya özünə təhlükə mənbəyi olaraq gördüyü bütün əməllərə “müvafiq hərbi-texniki tədbirlərlə” cavab verəcəkdir.

Bax//www.bbc.com/news/world-europe-56720589 )


ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, V. Putin ondan iki məsələ üçün tam zəmanət istəyib: 1) Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq. 2) NATO Ukraynada strteji silahlar yerləşdirməyəcək.

(Bax//www.youtube.com/watch?v=Qg24-N0rAio  Videonun 1.33— 1.47 dəqiqələrində C. Baydən həmin şərtləri sadalayır.)


İki super-dövlətin lidəri  qarşılıqlı ittihamlar irəli sürür: Rusiya NATO ölkələrinin Ukraynanı silahla təchiz etməkdə, ABŞ isə Rusiyanı beynəlxalq gərginliyi artırmaqda suçlayır. V. Putin tələb edir ki, NATO Şərqi Avropada— Polşa və Rumınıyada, habelə, Baltikyanı dövlətlərdə bütün fəaliyyətini dayandırsın.


Maraq üçün xatırladaq ki, 1997-ci ildən sonra NATO-nun tərkibinə daha 14 dövlət- Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumınıya, Sloveniya, Xorvatiya, Monteneqro, Albaniya, Bolqarıstan və Şimali Makedoniya qaxil edilmişdir. Rusiya, eyni zamanda, ABŞ-dan öz ərazisi xaricində nüvə silahlarının yerləşdirilməsini qadağan edən müqavilə bağlamağı da təklif edir.  


ABŞ Prezidenti Co Baydenə son  mətbuat açıqlamasında Rusiyaya ciddi xəbərdarlıq etmişdir: “Əgər onlar Ukraynanı daha da işğal etsələr, bu, Rusiya üçün fəlakət olar- It is going to be a disaster for Russia if they further invade Ukraine”.

(Bax://www.france24.com/en/americas/20220119-biden-warns-of-disaster-for-russia-if-putin-invades-ukraine )


Co Baydenin Rusiya-Ukrayna sərhədində ehtimal olunan gəlişmələr haqqında  çıxışında sərf etdiyi “önəmsiz, kiçik müdaxilə - a minor incursion” ifadəsi ictimai fikirlərdə müəyyən çaşqınlıq yaradıb. ABŞ-ın 79 yaşlı Prezidenti öncə qətiyyətli şəkildə belə söyləyir: “Düşünürəm ki,  əgər Rusiya (Ukraynanı) işğal edərsə, onun  hesab verəcəyini siz görəcəksiniz”. C. Baydən  bir qədər sonra isə əlavə edir ki, “bu, onun  (Rusiyanın)  nə edəcəyindən asılıdır. Əgər bu, önməsiz  kiçik müdaxilədirsə, onda başqa məsələ”.

(Bax: //www.youtube.com/watch?v=Qg24-N0rAio Videonun 20-30-cu saniyələri)


Mətbuat konfransında bir müxbir, Prezidentdən həmin “minor incursion” ifadəsinin nə anlama gəldiyini maraq etmişdir:


“Siz söyləmək istəyirsiniz ki, əgər Rusiya Ukrayna ərazisininin kiçik bir hissəsinə hərbi müdaxilə edəcəyi təqdirdə ona Sizin təhdid etdiyiniz sanksiyalar tətbiq olunmayacaq? Yoxsa Siz Putinə, faktik olaraq, ölkəyə  hərbi müdaxilə  etməsinə icazə verirsiniz?”


Ohayo ştatından olan senator Rob Portman öz tvitində Baydenin “önəmsiz, kiçik müdaxilə” ifadəsindən çox narahat olduğunu ifadə etmişdir. Həmin senatorun fikrinə görə, Rusiyanın istənilən müdaxiləsinə Avropanın sabitliyini pozacaq böyük müdaxilə kimi baxmaq lazımdır.


Arkanzasdan olan senator Tom Kotton isə öz yazısında  daha müstəqim fikir söyləmişdir: “Prezident, Ukraynanı işğal etmək üçün  az öncə Putinə yaşıl işıq yandırdı”.

(Bax://nypost.com/2022/01/19/joe-biden-admits-russia-will-prevail-over-time-if-it-invades-ukraine/)


Ağ evin sözçüsü Jenifer Psaki isə bir qədər sonra çıxış edərək Prezidentin çıxışına aydınlıq gətirmişdir: “Rusiyanın hər hansı hərbi birləşməsi Ukrayna sərhəddini keçərsə, bu hərəkət yeni işğal olaraq dəyərləndiriləcək, Birləşmiş Ştatlar  müttəfiqləri ilə birlikdə ona dərhal sürətli, kəskin cavab verəcəkdir”.

(Bax: //news.sky.com/story/russia-ukraine-crisis-us-warns-any-movement-of-russian-military-forces-across-border-will-be-met-with-severe-response-12521693 )


ABŞ Dövlət katibi A. Blinken də Rusiya Xarici İşlər naziri S.Lavrovla görüşdə  eyni fikri səsləndirmişdir. S.Lavrov amerikan həmkarını “Rusiyanın Ukraynanı işğal etmək niyyəti yoxdur” sözləri ilə inandırmağa çalışsa da, A.Blinken “biz söyləntilərə deyil, əməllərə və hərəkətlərə inanırıq” – deyə cavab vermişdir.  


Böyük Britaniyanın Xarici İşlər naziri Elizabet Trass öz çıxışında Rusiyanın müxtəlif bəhanələrlə keçmiş sovet respublikalarına müdaxilə etmək girişimindən əndişə duyduqlarını sərt şəkildə dilə gətirmiş, konkret olaraq  Prezident V.Putinin yenidən SSRİ yaratmaq iddiasına düşdüyünü söyləmişdir:


Kreml tarixdən dərs almamışdırOnlar əraziləri etnik və dil xüsusiyyətlərinə bölərək Sovet İttifaqını yenidən qurmaq və ya daha böyük Rusiya yaratmaq arzusundadırlar…Biz Prezident Putinə böyük strateji səhvə yol vermədən öncə Ukraynadan əl çəkməsini və geri addım atmasını israr edirik”.

(Bax: //www.youtube.com/watch?v=SCDRYl4tDHo  Videonun 1-37-ci saniyeleri )


Rusiya-Ukrayna qarşıdurması, əslində, iki dövlətin yox, Rusiya ilə NATO-nun konfliktidir. Rusiya qətiyyən öz mövqeyindən geri addım atana bənzəmir. Avropa siyasi elitası da mövcud vəziyyətin ciddiliğinin fərqindədirlər. Mövcud durumu birgə təhlil etmək, prinsipial məsələdə yekdil olduqlarını və vahid cəbhədən çıxış etmək məqsədilə yaxın günlərdə Berlində bir araya gələn Avropa siyasiləri qarşısında fikir söyləyən ABŞ Dövlət katibi A. Blinken bildirmişdir ki, böhran vəziyyətinin kəskinləşməsi mənfi  qlobal sonuclara  apara bilər. Qeyd edək ki, son həftə ərzində Avropalı diplomatlar məsələylə bağlı 100-dən artıq müxtəlif səviyyəli görüşlər keçirmişlər.


ABŞ başda olmaqla NATO üzvü ölkələri açıq-aşkar görür ki, Rusiyaya qarşı tətbiq olunan  iqtisadi  sanksiyalar gözlənilən təsir  gücünə malik deyildir.  A. Blinken Rusiya əhalisinə də müraciət edir ki, dinç etiraz mitinqlərlə V. Putini Ukraynaya  qarşı hərbi müdaxilədən çəkindirsinlər:


“Siz dünyanın bütün qabaqcıl ölkələrinin vətəndaşları kimi, rifah və əmin-amanlıq şəraitində  yaşamağa layiqsiniz. Heç bir qüvvə, nə ABŞ, nə NATO, nə də Ukrayna sizin ölkənizə təhlükə  törətməkdə maraqlı deyildir. Sizin, xüsusən də, övladlarınız  gənc nəsil üçün  əsl təhlükə, qonşunuz Ukrayna ilə baş verə biləcək mənasız muharibə və onun doğuracağı fəlakətli nəticələri olar”.

(Bax://www.pbs.org/newshour/politics/watch-any-assembled-russian-units-move-across-the-ukrainian-border-that-is-an-invasion-says-biden )

         
Yazılı tarixdən məlum olduğu kimi, indiyə qədər baş vermiş müharibələrin ən fəlakətlisi I və II Dünya müharibələri sayılır. Bu müharibələrin heç birində ABŞ müharibəyə ilk qatılan dövlət olmayıb.  ABŞ həm I Dünya müharibəsinə   (6 aprel 1917-ci il),  həm də II Dünya müharibəsinə (6 iyun 1944-cü il)   qanlı hərbi əməliyyatların  bitməsinə bir il qalmış qatılmışdır. Yəni, Rusiya strteqləri çox gözəl bilirlər ki, ABŞ heç vaxt onunla konfrantasiyay gedən deyil. Hazırda NATO-nun 30 üzvü var. İki dünya müharibəsindən astronomik maddi, mənəvi və hərbi ziyanla çıxmış Almaniya Rusiyaya qarşı üçüncü dəfə əsla vuruşmaz. Quru qoşunlarının sayına görə NATO-nun ikinci hərbi qüvvəsi olan  qardaş Türkiyə ilə Rusiya arasında hazırda sıcaq münasibətlər, 100 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Nə Türkiyə, nə də Almaniya öz ərazilərindən Rusiyaya hava zərbələri endirməyə əsla müsaidə etməzlər. Böyük Britaniya və Fransanın da Rusiya ilə uzaq keçmişdən  xatiri saylır  sarsılmaz  iqtisadi-mədəni əlaqələri davam edir. NATO-ya daxil olan Yunanıstan, Lüksemburq, Latviya, Litva, Estoniya, İslandiya, Xorvatiya, Şimali Makedoniya, Çernoqoriya və digər  ölkələrin isə Rusiya ilə müharibəyə başlayacağını düşünmək qətiyyən real görünmür.  


Rusiya və ABŞ dövlət başçılarının hazırkı mövqeləri 1962-ci ilin oktyabr ayında bütün dünyanı vahimələndirən Karib böhranını xatırladır. O vaxt ABŞ Prezidenti Con Kennedi ( 1917-1963 ) və SSRİ-nin başçısı Nikita Xruşşov (1894- 1971 ) arasında  Kubaya nüvə başlıqlı raketlər yerləşdirmək məsələsinə görə çox gərgin münasibət yaranmışdı. 22 oktyabr 1962-ci ildə C. Kennedi televiziya ilə ABŞ vətəndaşlarına müraciət  edərək amerikan hərbi qüvvələrinə Kubaya nüvə silahları daşıyan sovet gəmilərinin qarşısını almaq və  ölkənin təhlükəsizliyini təmin etmək  üçün  Kuba sahilləri boyu 500 mil ( 926 km.) ərazidə qarantin zonası yaratmağı əmr  verdiyini bildirmişdi.   SSRİ-nin dövlət başçısı N. Xruşşov  da qəzəblənərək sovet gəmilərinə mane olmaq cəhdinə anında cavab verəcəklərini söyləmişdi. 25 oktyabr 1962-vi ildə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclası keçiriləndə, bəlkə də, diplomatiya tarixinin  ən nadir hadislərindən biri baş vermişdi: ABŞ təmsilçisi Edlay ( Adlai) Stivenson ( 1900- 1965 ) həmin toplantıda sovet diplomatı Valerian Zorinə ( 1902- 1986 ) qarşı ittihamedici və qəzəbli tonla: “Cənab səfir Zorin, siz mənim sadə sualıma dəqiq cavab verin: SSRİ Kubada orta mənzilli nüvə başlıqlı reket yerləşdiribmi? Tərcüməni gözləmədən söyləyin: hə, yox?” V. Zorin də eyni tonla ona “ nə mən amerikan gəmisindəyəm, nə də  siz prokurorsunuz. Sizin sualınız zəruri bildiyimiz vaxt cavablandırılacaqdır”- deyə təpki vermişdir.

(Bax//www.youtube.com/watch?v=CxDGtu-aMi0 )


SSRİ ilə ABŞ arasında  nüvə müharibəsi təhlükəsi son həddə çatdığı 27 oktyabr 1962-ci ilin şənbə gününün axşamı N. Xruşşov gözlənilmədən  öz yaxın ətrafı ilə  teatra getmiş, ertəsi günün səhəri də C. Kennediyə şəxsi məktub yazaraq Kuba lidərinə toxunulmayacağına təminat verildiyi  təqdirdə sovet raketlərinin demontaj ediləcəyini bildirmişdir. Bu məktub Ağ evdə biranlıq şaşqınlığa səbəb olmuşdur. Hətta elə düşünülmüşdür ki,  gecə bir çevriliş olmuş və məktubu tamamən başqa şəxs imzalamışdır, çünki məktubda Xruşşova məxsus hərbə-zorba tonundan əsər-əlamət yoxdu. Beləliklə, Karib böhranında  gözlənilməz mutlu sona varılmışdır. Sonralar bu dəhşətli anları xatırlayan ABŞ-ın o zamankı Müdafiə naziri Robert Maknamara  ( 1916- 2009) etiraf etmişdi ki, 27 oktyabr 1962-ci ildə vahiməylə düşünürdüm ki, bir daha günəşi görə bilməyəcəyəm.

(Bax: //iz.ru/news/268669 )


Bizim fikrimizcə, indiki şərait də müharibəsiz  başa çatacaqdır. Rusiya özünəməxsus ərazilərdə, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca geniş miqyaslı hərbi təlimlər keçirəcək, əzələ mümayiş etdirəcək, Ukraynaya qarşı kiberhücumlar gerçəkləşdirəcək, amma qətiyyən onun ərazisinə daxil olmayacaq. Əvəzində,  Dumada müxtəlif fraksiyalarını körükləyəcək, məsələn kommunist və liberallar özlərini müstəqil elan etmiş bölgələrin hüquqi statusunun rəsmiləşdirilməsi məsələsinin gündəmə gətirilməsi məsələsini ortaya ata bilərlər. Rusiya indiyə qədər rəsmən tanımadığı Donetsk və Luqansk respublikalarını tanıya bilər. Sonra orada yaşayan qardaşların israrlı tələbini yerinə yetirərək xalqın tələbi ilə onları öz tərkibinə daxil edər. Necə deyərlər, demokratiyada çarələr tükənməz, bir halda ki, xalq tələb edir, nədən bu istək gerkləşməsin?


Kreml tarixdən dərs almalıdır, SSRİ liderlərinin tarixi səhvlərini təkrarlamamalıdır.  O zaman sürətlə silahlanma hərisliyinin  nə ilə nəticələndiyi hamıya bəllidir. İnsanların əynindan, başından, boğazından, məişətindən, iqtisadi tələbatından kəsib hərbi təchizat yaratmaq avantürası SSRİ-ni darmadağın etdi. Bir nəfər də olsun Belovejsk sazişinə qarşı çıxmadı, etiraz səsini ucaltmadı. Niyə? Cavabı çox sadədir: SSRİ rəhbərliyi heç vaxt öz xalqını düşünmədi, sürəkli olaraq leninizm ideyalarını xarici ölkələrə  yaymağa yönəlik siyasət apardığına görə, öz vətəndaşlarını bəzəkli-düzəkli nağıllarla uyutmağa çalışdığı üçün, tribunalardan söylənilənlərlə  reallıq arasında uçurum olduğu səbəbindən xalq dövlətdən üz döndərdi.


Dövlət müstəqilliyinin ən sarsılmaz təminatçısı xalqın özüdür. Maddi rifahı təmin edilən, tələbatı ödənilən, sabahına inamı, işi, maaşı olan, dövlətinin daimi qayğısını görən, qarşıya çıxan istənilən bürokratik əngəllərin hüquqi müstəvidə həll olunduğuna əmin olan xalq heç vaxt öz müstəqilliyindən vaz keçməz. O zaman xalq, neçəincisə kolon adlandırılanların hamısını bir sinif kimi yox edər, öz qanı və canı bahasına öz dövlətinin müstəqilliyini qoruyar.


Ramazan SİRACOĞLU

Похожие новости
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:24
Симонян анонсировал майскую встречу с Гафаровой
28 Mar 2024 | 22:23
В ЮАР автобус упал с моста, есть погибшие
28 Mar 2024 | 22:18
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:09
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
28 Mar 2024 | 21:54
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
28 Mar 2024 | 21:50
СМИ: Мощный взрыв прогремел в столице Сомали
28 Mar 2024 | 21:48
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
28 Mar 2024 | 21:44
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
28 Mar 2024 | 21:34
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:46
В Афганистане произошло сильное землетрясение
28 Mar 2024 | 19:43
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:16
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 19:02
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
28 Mar 2024 | 18:57
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
28 Mar 2024 | 18:50
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
28 Mar 2024 | 18:43
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
28 Mar 2024 | 18:43
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
28 Mar 2024 | 18:31
ГЭЦ выбирает аудитора
28 Mar 2024 | 18:25
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
28 Mar 2024 | 18:21
В Баку в квартире обнаружено тело
28 Mar 2024 | 18:10
Еще четыре азербайджанских боксера вышли в финал международного турнира в Баку
28 Mar 2024 | 18:04
В МВД отреагировали на жалобу спортсменки об избиении ее сожителем - ФОТО/ВИДЕО
28 Mar 2024 | 18:02
Вниманию желающих стать заместителем директора
28 Mar 2024 | 18:00
СМИ: США не передали РФ все данные о подготовке теракта, чтобы не выдать свои источники
28 Mar 2024 | 17:56
Почему в Сумгайыте объединили школу и музыкальный колледж? - ВИДЕО
28 Mar 2024 | 17:52
В Азербайджане введены требования к цвету пассажирских автобусов
28 Mar 2024 | 17:49
Скончался заслуженный артист Азербайджана - ФОТО
28 Mar 2024 | 17:47
Главный тренер сборной Азербайджана по баскетболу: Я доволен выступлением девушек во Франции
28 Mar 2024 | 17:44
В Бардинском районе автомобиль столкнулся с мопедом: есть пострадавший
28 Mar 2024 | 17:41
Супруга Чингиза Мехдиева разоблачила мужа: компания на Сейшелах, дорогая недвижимость в США и Азербайджане
28 Mar 2024 | 17:32
Агентство отреагировало на жалобу жильцов затопленных домов в Гяндже - ФОТО
28 Mar 2024 | 17:29
В Казахстане река вышла из берегов: жители ловят рыбу голыми руками - ВИДЕО
28 Mar 2024 | 17:28
В Агдеринском районе обнаружены оружие и боеприпасы
28 Mar 2024 | 17:10
В Азербайджане такси будут белого и красного цвета
28 Mar 2024 | 17:08
Крайне тяжелые условия содержания ждут террористов, напавших на "Крокус"
28 Mar 2024 | 17:07
В Иране активисток приговорили к 60 годам тюрьмы в совокупности - ФОТО
28 Mar 2024 | 17:04
Напавшие на "Крокус Сити Холл" террористы могли быть под влиянием психотропных веществ
28 Mar 2024 | 17:02
В Иране сотни тысяч школьников бросили учебу - ФОТО
28 Mar 2024 | 16:58
Массовая драка произошла в аэропорту Парижа - ВИДЕО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 16:35
В праздничные дни в ДТП погибли 7 человек
28 Mar 2024 | 16:29
Алла Пугачева прервала молчание после теракта в «Крокусе»: Скорбь должна быть в душе, а не в соцсетях - ФОТО
28 Mar 2024 | 16:25
В США во время учений потерпел крушение военный вертолет
28 Mar 2024 | 16:22
Успешно завершился первый рейс контейнеровоза Maersk на биотопливе
28 Mar 2024 | 16:00
Пугачева впервые высказалась о теракте в "Крокусе" - ФОТО
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
28 Mar 2024 | 15:55
В Болгарии пройдут досрочные парламентские выборы
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:48
Смертность в Грузии превысила рождаемость
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:03
Азербайджанские дзюдоистки выступят на Кубке Европы в Польше
28 Mar 2024 | 14:57
В России усилили меры безопасности на транспорте после теракта в "Крокус Сити Холле"
28 Mar 2024 | 14:50
На Бакинской кольцевой дороге произошло ДТП: образовался транспортный затор
28 Mar 2024 | 14:47
Почему Путин не посетил место теракта
28 Mar 2024 | 14:26
На рынке жилья в столице наблюдается рост цен
28 Mar 2024 | 14:24
Высокопоставленному чиновнику сделали строгий выговор в связи с гибелью женщины в лифте - ФОТО
28 Mar 2024 | 14:23
В Баку подорожали подземные парковочные места в жилых домах
28 Mar 2024 | 14:15
Си Цзиньпин посетит с визитом Казахстан в начале июля
28 Mar 2024 | 14:14
Аппарат Пашиняна потребовал закрытия всех офисов сепаратистов Карабаха в Армении
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 08:30
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
28 Mar 2024 | 06:50
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
28 Mar 2024 | 06:28
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
28 Mar 2024 | 07:44
Глава Службы внешней разведки России посетил КНДР
28 Mar 2024 | 07:58
В Кельбаджаре обнаружены ручные гранаты
28 Mar 2024 | 05:19
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
28 Mar 2024 | 09:00
Создана нейросеть для улучшения вкуса пива
28 Mar 2024 | 07:59
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
28 Mar 2024 | 06:08
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
28 Mar 2024 | 09:25
Азербайджанская нефть подешевела
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 08:30
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
28 Mar 2024 | 06:50
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
28 Mar 2024 | 06:28
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
28 Mar 2024 | 07:44
Глава Службы внешней разведки России посетил КНДР
28 Mar 2024 | 07:58
В Кельбаджаре обнаружены ручные гранаты
28 Mar 2024 | 05:19
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
28 Mar 2024 | 09:00
Создана нейросеть для улучшения вкуса пива
28 Mar 2024 | 07:59
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
28 Mar 2024 | 06:08
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
28 Mar 2024 | 09:25
Азербайджанская нефть подешевела
Писатели