“Azad olunan ərazilərə sahibkarlar tərəfindən maraq böyükdür. Hadrut və Şuşaya nisbətən digər rayonlar daha çox ziyana məruz qalıb”.
Bu sözləri KOBİA 2021-ci il Hesabatına həsr olunmuş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdən infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir:
“Bütün rayonlara maraq var. Şuşa və Hadruta sahibkarlar cəlb edildi. Çörək sexi və digər sahibkarlıq obyektləri fəaliyyətə başladı. Zamanla bu kateqoriya üzrə işğaldan azad edilən digər rayonlarda da sahibkarlıq obyektləri fəaliyyət göstərəcək.
Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində bir sıra qurumlar, eləcə də sahibkarlar fəaliyyət göstərir. Fəaliyyət planı yekunlaşdıqdan sonra obyektlərin açılışları da baş tutacaq”.