Moderator.az xəbər verir ki, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov son günlər KVN ustalarının beynəlxalq layihədə komandanın “Şuşa” adının “Buta” ilə əvəzlənməsi ilə bağlı sosial şəbəkədə təəssüratlarını paylaşıb:
“Sovetlər dönəmində gürcülərin "Əsgər atası" filmi ilə, bizim "Dəli Kür" filmi senzuradan keçmək üçün, Moskvaya aparılmışdı. O zaman belə idi ki, film Moskvada təsdiq olunmasa, ümumittifaq kino- tetrlarında göstərilə bilməzdi. Bizim filmin rejissoruna, yaradıcı kollektivinə deyirlər ki, filmdə Cahandar ağanın çar pristavını öldürməsi kadrı filmdən çıxarılsın. Bizimkilər həmin dəqiqə bu tapşırığı canla- başla yerinə yetirirlər...
Gürcülərə deyirlər ki, gürcünün (əsgər atasının) tankçı rusu şillə ilə vurması kadrı çıxarılsın. Gürcü rejissorun cavabına baxın: "İstəyirsiniz baxın, istəmərsiniz özümüz baxarıq”. Və gürcü rejissoru Mosfilmin rəhbərliyinin təklifinə rədd cavabı verir. Bir rejissor millətinin mənliyini, vüqarını, bir rejissor isə şöhrəti, pulu üstün tutdu...
Elə bu zaman SSRİ xalq artistı Vaxtanq Kikabidzenı xatırladım. Rusiya Gürcüstanın torpağını işğal edəndə, Vaxtanq, nümayişkarə ərizə yazıb o tituldan imtina edərək, o fəxri ada tüpürdü...
Bilirsinizmi, niyə yuxarıda, bizə utanc gətirən hadisəni xatırladım. "Şuşa" adının "Buta" ilə əvəzlənməsi əhvalatı düşdü yadıma. O səhv düzəlsə belə, artıq gecdir, ox yaydan çıxıb...”.