YUNESKO-nun himayəsi altında təşkil edilən ekspedisiya Taiti sahillərində nəhəng mərcan rifi aşkar edib. Bu rif alimlərə məlum olan digərlərindən daha dərində yerləşir.
Moderator.az xəbər verir ki, adətən riflər 25 metrə qədər dərinlikdə olur, lakin bu, okeanların "alatoranlıq zonası" adlanan yerdə - 30 metrdən çox dərinlikdə tapılıb. Tədqiqatçıların fikrincə, bu, dayaz sularda suyun temperaturunun tədricən artması ilə əlaqədardır ki, bu da mərcanların dənizin dərinliyinə getməsinə səbəb olur.
Alimlər hesab edirlər ki, strukturun təxminən 25 yaşı var, qızılgül formalı bəzi mərcanlar artıq iki metrə qədər böyüyə bilib. Eyni zamanda, onlar tamamilə sağlamdır və rəngləri solmayıbdır. Mərcanların tutqun rəngi anomal istilər zamanı stresə olan reaksiya ilə izah olunur.
Kəşf elm adamları üçün son dərəcə vacibdir, çünki mərcan rifləri okeanda yaşayış məkanı sayılır, bütün mövcud növlərin təxminən 25%-i mərcanlar arasında yaşayır. Onlar həmçinin sahil eroziyasından və hətta sunamilərdən də qorunmanı təmin edir və orada yaşayan orqanizmlərin müxtəlifliyi tibbi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edə bilər.
Miraslan