2021-ci il dekabrın 25-də orbitə buraxılan “Ceyms Uebb” infraqırmızı kosmik teleskopu orbitə buraxıldıqdan 29 gün sonra Yerdən 1,5 milyon kilometr uzaqlıqda yerləşən təyinat nöqtəsinə çatıb.
Moderator.az bildirir ki, bu barədə NASA məlumat verib. Sonuncu kurs korreksiyasından sonra teleskop Günəş-Yer sistemində Laqranj L2 nöqtəsi ətrafında orbitə çıxıb. Buna qədər “Ceyms Uebb” bütün alət və sistemlərini, o cümlədən qızıl örtüklü berilyumdan ibarət 6,5 metr diametrli əsas güzgüsünü işə salmışdı.
Növbəti bir neçə ay ərzində teleskop tədricən soyuyacaq, Yerdəki mütəxəssislər isə güzgünü tənzimləməyə və “Ceyms Uebb” alətlərini kalibrləməyə davam edəcəklər. Teleskopun ilk şəkilləri bu yay çəkəcəyi gözlənilir.
Qeyd edək ki, “Ceyms Uebb” teleskopu beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılıb. Onun inkişafına əsas töhfə NASA və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən verilib. 2002-ci ilə qədər teleskop NGST (Next Generation Space Telescope) adlanırdı, sonra isə NASA-nın ikinci rəhbəri, ötən əsrin 60-cı illərində agentliyə rəhbərlik etmiş Ceyms Uebbin şərəfinə adlandırılıb.
Teleskop ekzoplanetlərdə həyat əlamətlərini axtarmaq və kainatın mövcudluğunun başlanğıcında baş verən prosesləri öyrənmək üçün nəzərdə tutulub. İkinci tapşırığı həyata keçirmək üçün tədqiqatçılar teleskopu Yerdən 13,6 milyard işıq ili uzaqlıqda yerləşən obyektlərə yönəltməyi planlaşdırırlar.
Yeni nəsil kosmik rəsədxananın inkişafı hələ 1996-cı ildə başlayıb və onun işə salınması əvvəlcə 2007-ci ilə nəzərdə tutulmuşdu, lakin o vaxtdan bəri son tarixlər dəfələrlə təxirə salınıb və layihənin dəyər qiyməti isə artırdı. 2019-cu ilin avqustunda teleskopun yığılması tam başa çatdıqdan sonra mütəxəssislər kosmik rəsədxananın sınaq dövrünə başladılar və işləri 2021-ci ilin avqustunda tamamladılar.
Əvvəlcə teleskopun xidmət müddəti 5-10 il müddətinə qiymətləndirilirdi, lakin yanacağa olan qənaət, görünür, kosmik rəsədxananın işləmə müddətini əhəmiyyətli dərəcədə artıra bilər.
Miraslan