Birinci vitse-prezident...
Читать: 1055
21 Feb 2022 | 18:31
Birinci vitse-prezident...
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.
 
Azərbaycan Respublikasında Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım olduğu kimi, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da o dərəcədə önəmli hadisəydi. Ötən 5 il içində Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən işlər bu önəmin mahiyyətini parlaq şəkildə təcəssüm etdirir.
 
2016-cı il sentyabrın 26-da Prezidentin təşəbbüsü əsasında respublikamızda növbəti Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə vitse-prezidentlik institutu yaradıldı. Dövlət idarəçilik sistemində yeni institutun yaradılması Prezidentin zəruri islahatlar kursunun təcallasıydı. Dövlət idarəçiliyində funksional bölgü vahidi olaraq Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın çağdaş simasının yeni əlamətidir. Ötən müddət içində əldə olunmuş müsbət nəticələrə diqqət yetirərək, vurğulaya bilərik ki, Birinci vitse-prezidentlik institutu dövlət idarəçiliyinin səmərəliliyini, çevikliyini artırıb.
 
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin çağdaş tarixinin önəmli hadisəsidir. Prezidentin 2017-ci il fevralın 21-də imzaladığı Sərəncama əsasən bu mühüm vəzifəyə təyin olunan Mehriban xanım Əliyeva respublikamız üçün bir ilk olan Birinci vitse-prezidentliyin, belə demək olarsa, standartlarını da müəyyənləşdirmiş oldu: bizimçün yenilik olan Birinci vitse-prezident institutunun Mehriban Əliyeva timsalındakı əyarını, dərəcəsini gördük və qürur duyduq. Mehriban xanımın bu mühüm vəzifəyədək keçdiyi səmərəli ictimai-siyasi yol, humanitar təfəkkürümüzdə, xeyirxahlıq institutunun çiçəklənməsindəki müstəsna xidmətləri, vətəncanlılığı Birinci viste-prezident olaraq da onun uğurlarını şərtləndirdi. Heç şübhəsiz, ən önəmli amillərdən biri Mehriban xanımın dövlət başçısının ən sədaqətli silahdaşı, əqidədaşı olması, dövlətçiliyə, ana vətənə sonsuz məhəbbətlə bağlılığıdır. Mehriban xanım sonsuz xeyirxahlığı, məhəbbəti, sadiqliyi ilə peşəkarlığı elə üzvi surətdə birləşdirə bildi ki, bugün onun fəaliyyətinə verilən ən dürüst qiymətlərdən biri fədakarlıq olaraq ifadə olunur. Bəli, məhz fədakarlıq sözü onun fəaliyyətini düzgün ifadə etmək gücündədir. Gəlin, bir qədər öncəyə - Prezident İlham Əliyevin I Avropa Oyunları ilə əlaqədar 29 iyun 2015-ci ildə keçirilən mükafatlandırma mərasimindəki çıxışını xatırlayaq: “Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.  
 
Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, - baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, - nədir bunun sirri?
 
Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır”.
 
*
 
Ümummilli liderin siyasi irsinə sadiqlik və yüksək etimada layiq fəaliyyət  Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında danışarkən önplana çıxan vacib fakorlardandır. Mehriban xanımın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb.
 
Bəli, Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi, mədəni həyatındakı çoxillik mühüm və fəal rolu son beş ildə daha yüksək nəticələrə gətirib çıxarmışdır. 
 
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyət kredosu nədən ibarətdir? – Mehriban xanımın Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı dediklərini yada salaq: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
 
– Elə bilirəm ki, Mehriban xanımın bu sözləri onun kredosunu dəqiq ifadə etməklə yanaşı, ümumən Vətənə xidmətin kredosunu da müəyyənləşdirmiş olur. Mehriban xanın bütün əməli fəaliyyət sahələrində olduğu kimi, Birinci vitse-prezident olaraq da, örnək yaradıb. “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır” – bu sözlər də, Birinci vitse-prezidentə aiddir. Heç təsadüfi deyil ki, o, zəngin mədəniyyətimizi təbliğ etməklə, müxtəlif istiqamətlərdə yeni layihələr gerçəkləşdirməklə yanaşı, cəmiyyətin həssas təbəqələrinin problemlərini ardıcıl olaraq həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə nail olur, əfv və amnistiya aktlarının qəbulunda təşəbbüslərlə çıxış edir.
 
Mehriban xanımın adı ilə bağlı olan, onun rəhbərlik etdiyi hər işdə uğur vardır. Birinci viste-prezidentin sözləri ilə əməlləri bir-birini o qədər üzvi surətdə tamamlayır ki, hər hansı əlavəyə, şübhəyə, inkara sadəcə yer qalmır. Bütün bunlar isə təkrarçılıq olmasın, məhz fədakarcasına çalışmaqdan irəli gəlir. Məsuliyyət sevgi ilə qoşa qanad kimi bir olunca peşəkarlıq meydana çıxır və belə dərin məzmunlu peşəkarlıq varsa, uğur qacınılmaz olur. Ona görə də, birmənalı şəkildə deyə bilərik ki, Mehriban xanımın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə çağdaşlıq qataraq, şəfqəti və peşəkarlıq amilini daha da güncəlləşdirdi.
 
Daha ilk gündən etibarən Birinci vitse-prezidentlik institutu dövlət idarəetməsində vacib funksional siyasi vahid olaraq uğurla fəaliyyət göstərməkdədir. Mehriban xanımın yüksək vəzifədə ilk müşavirəsini məhz məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etməsi də təsadüfi deyildi.
 
Biz Birinci vitse-prezidentin fəaliyyətinin prioritet istiqamətlərini dəqiq müşahidə edə bilirik. Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və təsirlilik adına bütün mümkün imkanların səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə örnəklərindən istifadəni təmin edir. Mehriban xanımın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması yönündə gerçəkləşən çox vacib layihələr təhsildə demokratik prinsipin yaşadılmasını, çiçəklənməsini təmin edir. Birinci vitse-prezident əhalinin sağlamlığının qorunması adına müxtəlif təşəbbüslərlə ardıcıl olaraq çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görür.
Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət örnəklərinin beynəlxalq aləmdə tanıdılması yönündə layihələr ardıcıl xarakterlidir. Ölkəmizdə idman hərəkatının davamlılığının təmini, ekoloji problemlərin həllinə dəstək göstərilməsi, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi – bütün bunlar Mehriban xanımın adı ilə sıx bağlıdır.
 
*
 
Mehriban xanım Əliyevanın yüksək, çevik idarəçilik təcrübəsinin örnəklərinə -onun xalqın rəğbətinə səbəb olmuş önəmli fəaliyyət istiqamətlərinə diqqət edək. O:
 
- Azərbaycan Mədəniyyət Fondunun,  Heydər Əliyev Fondunun prezidenti;
 
- UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri;
 
- Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;
 
- 2005-ci ildən 2017-ci ilə qədər Milli Məclisin deputatı;
 
- YAP sədrinin birinci müavini
 
olaraq, təsirli təşkilatçılıq, eləcə də, çevik və dürüst qərar qəbuletmə qabiliyyəti ilə seçilib. Əgər Mehriban xanımın qərar qəbul etməsini bir cümlə ilə yazası olsaq, “o, alternativlərin ən yaxşısını seçir” yaza bilərik. Zatən alternativlərin ən yaxşısının seşilməsi qərarın tam da özüdür. Mehriban xanımın qərarlılığı bir daha göstərir ki, önün özü və sözü bütövdür. Cənab Prezidentin dediyi məşhur “Bizim sözümüz imzamız qədər keçərlidir” sözü Birinci vitse-prezidentin həyat və fəaliyyətində öz doğruluğunu hər zaman və danılmaz şəkildə göstərir.
 
Mehriban xanımın titanik fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin parlaq təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Birinci vitse-prezidentimizin misilsiz xidmətləri var. Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətləri çoxdan ölkə hüdudlarını keçib, beynəlxalq siqlət qazanıb. Heydər Əliyev Fondu uzun illərdir, respublikamızın humanitar, mədəni diplomatiyasının, necə deyərlər, səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən öncə Azərbaycanın tanıdılması, həqiqətlərimizin təbliği ilə bağlıdır. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilib. Bilavasitə Birinci vitse-prezidentin təşkilatçılığı ilə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoqun önəmli ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezidentin bir sıra ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi önəm daşıyır.
 
*
 
Mehriban xanımın Azərbaycan Respublikasının və bir sıra xarici ölkələrin yüksək mükafatlarına, orden və medallara layiq görülməsi misilsiz fəaliyyətin yüksək etirafı, dəyərləndirilməsidir. Mehriban xanım respublikamızın ən yüksək dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Beynəlxalq qurumların, xarici ölkələrin yüksək təltiflərini xatırlayaq: BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, UNESCO-nun “Qızıl Motsart” medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, qardaş Pakistanın “Hilal-e Pakistan”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Serbiyanın “Sreten” ordenləri və b. Mehriban xanım Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktorudur. Heç şübhəsiz, yalnız bir bölümünü vurğuladığımız yüksək təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır! Beynəlxalq ictimaiyyət haqlı olaraq, Azərbaycanın Birinci vitse-prezidentini dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir.
 
Bəli, Mehriban xanım Əliyeva uzun illər içində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunub ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının sevgisidir.
 
Qədirbilən xalqımız yaxşı bilir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası da unudulmazdır. Bu anlamda, Azərbaycanı beynəlxalq aləmə tanıtdırmış mədəni layihələr minnətdarlıqla qeyd olunmalıdır. Milli sərvətimiz olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanımın təşəbbüsünün nəticəsidir. Azərbaycanın maddi və qeyri-maddi irsinin, xalqımızın yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimat, sərgi və tədbirlər Mehriban xanımın təşəbbüsü, təklifi, iştirakı və rəhbərliyi ilə keçirilib. Belə çoxsaylı tədbirlər nəticəsində beynəlxalq ictimaiyyət ölkəmizi daha yaxından tanımağa, öyrənməyə başlayıb. UNESCO səviyyəsində qeyd edilmiş əlamətdar yubileylər bu işin mühüm tərkib hissəsidir.
 
Mehriban xanım Əliyevanın 2004-cü ilin avqustunda (Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə) UNESCO-nun, 2006-cı ilin noyabrında isə (humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə) ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülməsi onun uğurlu fəaliyyətinin, xeyirxah missiyasının nəinki ölkə ictimaiyyəti, eləcə də, beynəlxalq ictimaiyyətin yüksək diqqətini çəkməsini göstərir.
Və nəhayət, Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan portretini çox uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına səbəb olub. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını çox uğurla əhatə edir.
 
Mehriban xanım Əliyeva cənab Prezidentlə birgə dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.
 
DÖVLƏTİMİZ VAR OLSUN!
Похожие новости
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:24
Симонян анонсировал майскую встречу с Гафаровой
28 Mar 2024 | 22:23
В ЮАР автобус упал с моста, есть погибшие
28 Mar 2024 | 22:18
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:09
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
28 Mar 2024 | 21:54
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
28 Mar 2024 | 21:50
СМИ: Мощный взрыв прогремел в столице Сомали
28 Mar 2024 | 21:48
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
28 Mar 2024 | 21:44
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
28 Mar 2024 | 21:34
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:46
В Афганистане произошло сильное землетрясение
28 Mar 2024 | 19:43
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:16
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 19:02
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
28 Mar 2024 | 18:57
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
28 Mar 2024 | 18:50
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
28 Mar 2024 | 18:43
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
28 Mar 2024 | 18:43
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
28 Mar 2024 | 18:31
ГЭЦ выбирает аудитора
28 Mar 2024 | 18:25
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 12:45
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
28 Mar 2024 | 12:32
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
28 Mar 2024 | 11:43
Пашинян: Армения не признает никакого "правительства в изгнании"
28 Mar 2024 | 13:25
Колумбия высылает аргентинских чиновников
28 Mar 2024 | 11:53
Сегодня в Азербайджане первая предполагаемая ночь аль-Кадр
28 Mar 2024 | 12:49
Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения
28 Mar 2024 | 12:44
Эмин Агаларов: Эвакуационные выходы "Крокуса" работали - ВИДЕ
28 Mar 2024 | 12:27
Российские артисты исполнили песни Муслима Магомаева и составили альбом "Голос мой услышь" - ВИДЕО
28 Mar 2024 | 13:07
Избившего жену из-за соцпомощи мужчину освободили от уголовной ответственности
28 Mar 2024 | 12:40
В Нахчыванской АР на трассе произошел обвал - ФОТО/ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 12:45
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
28 Mar 2024 | 12:32
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
28 Mar 2024 | 11:43
Пашинян: Армения не признает никакого "правительства в изгнании"
28 Mar 2024 | 13:25
Колумбия высылает аргентинских чиновников
28 Mar 2024 | 11:53
Сегодня в Азербайджане первая предполагаемая ночь аль-Кадр
28 Mar 2024 | 12:49
Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения
28 Mar 2024 | 12:44
Эмин Агаларов: Эвакуационные выходы "Крокуса" работали - ВИДЕ
28 Mar 2024 | 12:27
Российские артисты исполнили песни Муслима Магомаева и составили альбом "Голос мой услышь" - ВИДЕО
28 Mar 2024 | 13:07
Избившего жену из-за соцпомощи мужчину освободили от уголовной ответственности
28 Mar 2024 | 12:40
В Нахчыванской АР на трассе произошел обвал - ФОТО/ВИДЕО
Писатели