Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov iyunun 28-də Quba Rayon
Polis Şöbəsində növbəti qəbul keçirmişdir.
Qəbulda Quba,
Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlər iştirak
etmişdir.
Vətəndaşları
şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud
qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və
xidmət rəislərinə konkret tapşırıqlar vermişdir. Polis fəaliyyətinə aid olan müraciətlərin
böyük
əksəriyyəti yerindəcə öz həllini tapmış, digər ərizələrin aidiyyatı
dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılmışdır.
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara
uyğun olaraq, sözügedən rayonlarda yaşayan,
polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 33
nəfər də qəbulda iştirak etmişdir. General-polkovnik Ramil Usubov onların
arasından daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün
Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq vermişdir.