''Qəbul imtahanlarının ilk mərhələsində tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə 85 tapşırıq, ikinci mərhələdə isə hər ixtisas qrupuna aid 3 fənn üzrə ümumilikdə 90 test təqdim edilir''.
Bunu DİM-in şöbə müdiri Xanlar Xanlarzadə açıqlayıb. Şöbə müdiri qəbul imahanlarında iştirak üçün COVID-19 pasportunun tələb edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.
Cari ildə ali məktəblərə tələbə qəbulu qaydaları açıqlanıb.
DİM-in şöbə müdiri Xanlar Xanlarazadə bu il də imtahanların iki mərhələdən ibarət olacağını bildirib. O, təqdim olunacaq test tapsırıqlarının strukturuna diqqət çəkib.
Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digərləri isə uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
Xanlar Xanlarzadə qəbul imtahanlarında covıd 19 pasportunun tələb edilib-edilməyəcəyinə aydınlıq gətirib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə imtahanlarda iştirak üçün COVID-19 pasportunun lazım olması ilə bağlı iddialar yayılmışdı.
Moderator.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: