“Ukraynadakı hadisələrlə bağlı bu günə kimi 600-dən çox azərbaycanlı Polşaya keçib. Hazırda 800-ə yaxın azərbaycanlının Polşa sərhədini keçməsi planlaşdırılır”.
Bu barədə Oxu.Az-a açıqlamasında Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri Fərid Cəfərli deyib.
O bildirib ki, Varşava şəhərində 100-dən yuxarı soydaşımız yerləşdirilib:
“Bununla yanaşı, Krakov şəhərində 50-yə yaxın soydaşımıza sığınacaq verilib. Polşa tərəfindən həmvətənlərimiz humanitar yardımla bağlı ciddi dəstək verirlər. Uşaq pampersləri, qidalar və digər zəruri məhsulların təmin edilməsinə çalışılır.
Ailələr isə nisbətən əziyyət çəkirlər. Polşada qohumları olan bir qrup soydaşımız sığınacaq kimi öz yaxınlarının evlərinə üz tutub. Lakin qalacaq yeri olmayanlar Polşada azərbaycanlılara dəstək olan diaspor tərəfindən hotellərə yerləşdiriliblər. Bunun xərci isə tərəfimizdən qarşılanıb”.
F.Cəfərli bildirib ki, bu günə qədər Ukraynadan gələn 600 nəfər həmyerlimizdən 50 nəfəri Azərbaycana yola salınıb:
“Əksəriyyəti tələblər olmaqla, 50 nəfərə yaxın şəxs Azərbaycana yola salınıb. Biletlərin məbləği olduqca bahadır, 1000 dollar civarındadır. Bu da çətinlik yaşayırıq. Biletlər bu bahalıqla davam edərsə, ciddi problemlər yaşana bilər. Biz burada olan soydaşlarımızı yerlə və qida ilə təmin etməyə çalışırıq”.