Böyük Britaniya kraliçası II Yelizaveta Fövqəladə Vəziyyətlər üzrə Komitə tərəfindən təşkil olunan Ukrayna qaçqınlarına yardım fonduna böyük həcmdə ianə edib.
AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, 15 xeyriyyə təşkilatını birləşdirən komitə Rusiyanın Ukraynaya hücumu səbəbindən evlərini tərk edən insanlara təcili yardımın göstərilməsi üçün ianə çağırışı edib. Yığılan vəsait Moldova, Rumıniya, Macarıstan, Slovakiya və Polşaya sığınan ukraynalı qaçqınlara xərclənəcək.
Buckingham sarayı kraliçanın etdiyi ianənin məbləğini açıqlamasa da, Fövqəladə Vəziyyətlər üzrə Komitə ona təşəkkürünü bildirib. Kembric hersoqu və hersoginyasının da fonda şəxsi ianə etdiyi bildirilir. Nəşrin məlumatına görə, kral ailəsinin bu addımı “Ukraynaya dəstək və həmrəyliyin nümayiş kimi qiymətləndirilir”.
Qeyd edək ki, martın 3-də BMT-nin Qaçqınların İşi üzrə Agentliyinin rəhbəri Filippo Qrandi özünün “Twitter” səhifəsində münaqişənin davam etdiyi dövrdə bir milyona yaxın insan Ukraynanı tərk edərək qonşu ölkələrə sığındığını yazıb.