Kipr Moskvaya qarşı sanksiyalara qoşulmaq qərarına görə bu yay rusiyalı turistlərini itirəcək.
Moderator.az xəbər verir ki, “Hürriyet Daily News” nəşri bu barədə Rusiyanın Kiprdəki səfiri Stanislav Osadçinin bəyanatına istinadən yazır. Nəticədə, materialda qeyd olunduğu kimi, rusiyalılar Türkiyəyə istirahətə getməyə üstünlük verəcəklər.
Kiprin yunan hissəsi bu yay rusiyalı turistlərini itirərək yerini Türkiyəyə verəcək, - deyə nəşr səfirə istinadən yazır. Diplomatın qeyd etdiyi kimi, bu, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə Nikosiyanın Moskvaya qarşı sanksiyalar tətbiq edən ölkələr sırasına qoşulması səbəbindən baş verəcək.
"Yay gəlir. Siz öz hava məkanınızı bağladınız. Rusiyalı turistlər Kiprə necə çatacaqlar? Heç cür! Onlar Türkiyəyə gedəcəklər. Orada pullarını xərcləyəcəklər. Siz öz ayağınıza güllə atdınız”, - deyə Osadçi bildirib.
Nəşrin xatırlatdığı kimi, ötən il Türkiyə 4,7 milyon rusiyalı və 2 milyon ukraynalı turist qəbul edib. Aralıq dənizi sahilində yerləşən Antalya bu ölkələrdən gələn turistlər arasında xüsusilə məşhurdur. Lakin hazırda türkiyəli mehmanxana sahibləri Rusiyanın Ukraynada davam edən xüsusi əməliyyatının ölkənin turizm sənayesinə təsirindən narahatdırlar. Belə ki, əgər əvvəllər Türkiyə tərəfi 9 milyona qədər rusiyalı və ukraynalı turist qəbul edəcəyini düşünürdüsə, indi proqnozları 4-5 milyon nəfərə endirib.
Miraslan