“SpaceX Inspiration4” ekipaj komandiri, amerikalı iş adamı və astronavt Cared Ayzekman şəxsən ABŞ-dan Ukrayna ordusu üçün yardım aparıb.
Bu barədə Ukraynanın Polşadakı səfirliyinin müşaviri Oleq Kuts “Facebook” hesabında məlumat verib:
“Cared şəxsən dəstəyini ifadə etmək üçün Ukraynaya uçub və həmçinin ilk “ləzzət” partiyasını gətirib”.
O qeyd edib ki, astronavt şəxsən uçub ki, cəbhə xəttində olan Ukrayna əsgərləri ən zəruri əşyaları tez bir zamanda əldə edə bilsinlər.
Kuts alınan yardımın təfərrüatı barədə sonra danışacağına söz verib.
Mənbə: UNIAN