Xəbər verildiyi kimi, bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilib.
Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş
yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün
əziz və müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi
haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğuub, qəbirləri təhqir edilmiş
şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə
orqanlarının rəhbərliyinə müraciət edərək həmin iyrənc hadisəni törədənlərin
tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi
cəza tədbirinin görülməsini xahiş edib.
Faktla
bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Moderator.az
xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın
24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici
hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.
Araşdırmalarla
müəyyən edilmişdir ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir
yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində
yaşayan Nüsrət Qasımovdur.
Faktla bağlı istintaq davam etdirilir.