Göyçay rayon məhkəməsi cümə axşamı hüquq müdafiəçisi Taleh Xasməmmədovu 3 ay müddətinə həbs edib. Bu barədə Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Xasməmmədova qarşı CM-in 221.2-ci
maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə) ittiham irəli sürülüb. Müdafiə
tərəfi məhkəmənin bu həbs qətimkan qərarı seçilməsi haqqında qərarından şikayət
vermək niyyətindədir.
Məhkəmə binasının ətrafına
gücləndirilmiş polis mühafizəsi cəlb edilib. Bu zaman rayon polis rəisi hüquq
müdafiəçisinin məhkəmə zalına daxil olmaq istəyən anasını kobud şəkildə
itələyib.
Etiraz əlaməti olaraq
təqsirləndirilən şəxsin qardaşı qollarını kəsib.
Məhkəmə iclasından sonra polis
məhkəmə qarşısında toplaşmış onlarca yerli fəalı dağıdıb.
Bu arada, yerli fəallar iki gün
əvvəl Xasməmmədova qarşı təxribat törətmiş şəxsin kimliyini müəyyən etməyə
müvəffəq olublar. Bu, polislə sıx əməkdaşlıq edən Zair Əzizovdur. İndiyədək o,
10 işdə şahid olub. Bundan başqa, saxlanıldığı gün o, Xasməmmədovun getdiyi
kafedə görülüb. Bu, Əzizovun səhərdən Xasməmmədovu təqib etdiyini ehtimal etmək
üçün əsas verir.
Bundan başqa, hadisə yerində rayon
polis rəisinin müavini və DİN-in iki çevik polis alayı var idi.-06D-
* * *
2015 Fevral 26 (Cümə axşamı)
15:17:08
Göyçayda fevralın 24-də həbs edilmiş hüquq müdafiəçisi Taleh
Xasməmmədovun taleyi qeyri-müəyyən olaraq qalır.
Fevralın 26-da saat 13.00-da onun saxlanılmasından 48 saat ötüb.
Qanuna əsasən, o, azad edilməli və məhkəmə qarşısına çıxarılmalı idi.
Lakin fevralın 25-də səhər və axşam saatlarına təyin edilmiş məhkəmə
iclası təxirə salınıb. Sonradan proses fevralın 26-sı səhərə təyin edilib, amma
o da təxirə salınıb.
İndi polis bölməsindən deyirlər ki, iclas saat 16.00-da keçiriləcək,
deyə hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a bildirib.
Onun sözlərinə görə, dövlət vəkili dünən bildirib ki,
Xasməmmədova qarşı CM-in 221.2-ci (xuliqanlıq, təkrarən törədildikdə) maddəsi
ilə ittiham irəli sürülüb.
Bu məlumat məhkəmə binası qarşısında toplaşmış yerli fəalların
narazılığına səbəb olub. Hadisə şahidləri Xasməmmədovun təqsirsiz olduğu
haqqında ifadə vermək üçün polisə gəliblər, amma onları qəbul etmirlər.
Saxlanılmış şəxsin anası Gülbuta Xasməmmədova kömək üçün
Azərbaycan prezidentinə müraciət edib. O qeyd edib ki, özü oğluna qarşı
təxribatın şahidi olub və müdaxilə etməyi, ədalətsiz həbsə yol verməməyi xahiş
edir.
* Xasməmmədov fevralın 26-da Göyçayda mebel mağazasının qarşısında
saxlanılıb. O, mağazadan çıxdıqda naməlum şəxs ona yaxınlaşıb və üzünə tüpürüb.
Daha sonra bu şəxs yerə yıxılaraq, özünü elə göstərib ki, guya Xasməmmədov onu
döyür. Polis hər ikisini saxlayıb.
Xasməmmədov Göyçay-Ucar regionunda hüquq müdafiə fəaliyyəti və
facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, bundan əvvəl
hüquq müdafiə fəaliyyətinə görə mühakimə edilib, amma iki il əvvəl əvf olunub.
-06B-
* * *
2015 Fevral 25 (Çərşənbə) 21:43:17
Bu gün Göyçay Rayon Məhkəməsində (Bakıdan 253 kilometr qərb) saat 11-də
və 17-də fevralın 24-də saxlanan hüquq müdafiəçisi Taleh Xasməmmədovun
məhkəməsi təyin edilsə də məhkəmə iclası keçirilməyib. Məhkəmə iclasının
keçirilməməsinin səbəbi izah edilməyib. Bu barədə Turana hazırda Göyçay
Rayon Məhkəməsinin qarşısında olan hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Onun sözələrinə görə, Taleh Xasməmmədova qarşı Cinayət Məcəlləsinin
221.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Hüquq müdafiəçisi Taleh Xasməmmədov fevralın 24-də saxlanılıb. Ailə
üzvləri Amerikanın Səsinə bildirib ki, onun saxlanılmasına mebel mağazası
önündə baş verən insident səbəb olub. Taleh mağazadan çıxdıqda naməlum şəxs ona
yaxınlaşıb və üzünə tüpürüb.
Daha sonra bu şəxs yerə yıxılaraq, özünü elə aparıb ki, guya
Xasməmmədov onu döyür. Polis gəldikdə şahidlər Xasməmmədovun təqsiri olmadığını
təsdiq ediblər, lakin Xasməmmədov saxlanılıb.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki,
Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib.
“Taleh Xasməmmədovun saxlanması qabaqcadan təşkil olunub. Onunla bağlı
insidentdən öncə hadisə yerində polislər olub. Hadisəni görən şahidləri
istintaq qəbul etmir. Bizdə hadisə baş verən zaman çəkilmiş video var. Həmin
videonu mediaya təqdim edəcəyik, ictimaiyyət hadisənin necə baş verməsi ilə
tanış olacaq”, Güləliyevb bildirib.
Məhkəmə fevralın 26-nə ertələnib.
Xasməmmədov Göyçay-Ucar regionunda hüquq müdafiə fəaliyyəti və
facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. Son günlər o
facebook-da Göyçay RİH yeni icra bascısı Mübariz Ağayevin rayon qurumlarının
iscilərini və müəllimləri kücələrin təmizlənməsinə cəlb etməsindən yazıb.
Yerli müşahidəcilar hesab edir ki, həbsin sifarişcisi rayon rəhbərliyi ola
bilər.
Əvvəllər Xasməmmədov, hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə
cəlb edilib, mühakimə edilib və iki il əvvəl əvf olunub.
contact.az