AMİP Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucov Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında siyasi məhbus problemi və hakimiyyətin məlum problemlə bağlı siyasətini şərh edib:
“Azərbaycan hakimiyyətinin insanların taleyi ilə siyasi
alver etməsi artıq ənənə halını alıb. İstər mərhum prezident H.Əliyevin dönəmində,
istərsə də oğlu İ.Əliyevin iqtidarında siyasi məhbus məsələsi hakimiyyətin
maraqlarına xidmət edən alətə çevrilib. Dəfələrlə beynəlxalq təşkilatlar Azərbaycan
iqtidarından köklü islahatlar və demokratik seçkilər tələb edəndə, yaxud da
hansısa təzyiqlər artanda vicdan məhbusları kara gəlir. Mən ümumiyyətlə,
günahsız hər kəsin əbəs yerə zindanlarda yatmasının qəti əleyinəyəm və hər
azadlığa qovuşan məhbuslar üçün sevinirəm. Lakin acı bağırsaq kimi siyasi məhbus
problemi uzanmaqdadır. Hansısa şərtlər daxilində azad edilən bir məhbusun yerinə
ikisi, üçü zindana atılır. 28 may günü ilə bağlı hansısa əvf fərnamını olması məncə
gözlənilmir. Çünki bu barədə yetkililər də bir kəlmə mətbuata danışmayıblar. 28
mayın özü hökümət üçün o qədər də əlamətdar bayram təqvimi sayılmır. Digər tərəfdən
əfv fərmanı olacaqsa bu yenə də əvvəlkilər kimi imitasiyadan başaqa bir şey
olmayacaq. Əsas fiqurlar, Əli İnsanov, İlqar Məmmədov, Tofiq Yaqublu və başqa
siyasi məhbuslara azadlığın yolu qapalı olaraq qalacaq. Bu isə o anlamı verir
ki, hökumət həmin şəxslərin azadlıqda olmalarından çəkinir. O ki, qaldı
azadlığına qovuşan siyasi məhbusların iqtidara təşəkkürünə, bu heç də onların
istəyi ilə, könüllü surətdə baş vermir. Bunu məcburən etdirirlər. Siz özünüz də
şahidsiz ki, günahsız həbsdə olna siyasi məhbuslara “tövbə məktubu”, “əfv ərzəsi”
yazdırmadan, onları mənən sındırmadan azadlığa buraxmırlar. Əli İnsanov bunu
bariz nümunəsi sayıla bilər. Baxmayaraq ki, Avropa İnsan Haqları Məhkəməsi də
onun huqüqlarının pozulduğunu təsdiq edərək azad edilməsini barədə qərar verib.
Lakin bu günədək də həmin qərar Azərbaycan hakimiyyəti tərəfindən icra olunmur.
Onsuz da hakimiyyətin reputasiyası beynəlxalq ictimaiyyətdə xoşagələn deyil.
1-ci Avropa Oyunları da düşünmürəm bu imicin yaxşılaşdırmasına müsbət təsir
göstərsin. Mən bunun əksini düşünürəm.
Bütün
bunlara baxmayaraq istənilən məhbusun həbsxana divarlarından çıxması təqdirəlayiqdir”.
Seymur Əliyev