Türkiyə pilotsuz təyyarələrə qarşı sistemləri orduya təhvil verdi – FOTO
737
17 Jul 2022 | 22:05

Türkiyə pilotsuz təyyarələrə qarşı sistemləri orduya təhvil verdi – FOTO

Türkiyə ordusu ilk dəfə olaraq kiçik ölçülü pilotsuz uçuş aparatlarına (mini və mikro PUA) qarşı istifadə ediləcək “Şahin” (ŞAHİN 40 mm) sistemlərini təhvil alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Twitter səhifəsində yazıb.

ŞAHİN 40 mm Türkiyə müdafiə sənayesinin flaqmanı - ASELSAN konserni tərəfindən hazırlanıb.

Dəmir qeyd edib ki, kompleksin daşınması, yerləşdirilməsi və quraşdırılması asandır. Sistem yedəkli qoşquda yerləşir və modul dizayna malikdir.

Onun sözlərinə görə, “Şahin” sistemləri xüsusilə mühüm obyektlərin, dövlət sərhədinin mühafizəsində, eləcə də hava hücumundan müdafiə sahəsində uğurla istifadə oluna bilər.

Bundan əlavə, kompleks hədəfə münasibətdə ballistik hesablama funksiyasına malikdir. O, həmçinin radardan ötürülən mövqeyə diqqət yetirərək hədəfi izləyə bilir.

Bizim.Media

НОВОСТНАЯ ЛЕНТА
Link kopyalandı!
Последние новости
Последние новости