Oruc tutmayanlar daha çox savab qazandılar...
Oxunub: 6434
28 Jun 2016 | 12:10
Oruc tutmayanlar daha çox savab qazandılar...

Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini  saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  Moderator.az saytı yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. 
Beləliklə, əsərin dördüncü  hissəsi ilə tanış olun.
Üçüncü  hissəni bu linkdən oxuya bilərsiniz:  


DAVUDİ MƏRİFƏT ELMİNƏ SAHİB İDİ

Əvvəlki fəsildən göründüyü kimi, Hacı Məhəmməd Əfəndinin həyat və fəaliyyəti belə çətin və mürəkkəb bir dövrə təsadüf edirdi. Bütün çətinliklərə, təzyiq və təqiblərə baxmayaraq, o, ilahiyyat elminin incəliklərini öyrənməkdən və müridlərinə öyrətməkdən çəkinmirdi.
İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məşÂ¬Â¬ğul olduqca və Quran ədəbi, Quran əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqa-ların¬dan daha yaxın olur. Yaxın olduqca da duaları da¬ha tez qəbul edilir. Belə şəxsləri Rəbbim Quranda vəliyullah, həbibullah, övliyaüllah adlandırır ki, dilimizə tərcüməsi Allahın vəlisi, dostu, həbibi mə¬nasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Bu cür şəxslər mərifət elminə sahib olurlar.
 Könüllə bilmək, Allah-təalanı hakkıyla tanıyıb bilməyə mərifət deyilir. Məhəmməd Məsum Faruki insanın izzətinin iman və mərifət ilə olduğunu, mal və mülk ilə olmadığını bildirmişdir. Əbül-Həsən bin Sai isə, “Mərifət ”“ hər durumda qulun Allah-təalanın verdiyi nemətlərə şükr etməkdə aciz qaldığını, gənc və güclü zamanlarında da zəif olduğunu bilməsi ilə əldə olunur” -  demişdir. 

 Allah-təalanı qəlb və ruhla tanıyıb bilməyə mərifətullah da deyirlər. “Sülük-ül-Ulema” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” - buyrulmuşdur.
 Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz. İbadətlərin yapılması və bütün şəriət bilgiləri isə ustaddan öyrənməklə əldə edilir” ”“ demişdir. 

İnsanın görünməyən və aləmi əmirdən olan qəlb, sirr, ruh kimi dəyərləri mövzu edən elmə qısaca könül ”“ yəni, qəlb; ruhla bağlı elmə ELM-İ BATİN (və yaxud ELMİ-LADUN) deyilir. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elm-i batin Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” ”“ deyə buyurulmuşdur. 
 Şəhabəddin  Şührəverdi: “Elm-i batin (elm-i ladun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəliləri və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” ”“ demişdir. 
Peyğəmbərimiz buyurmuşdur: “Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər”.  
 Əbül Əsəd ed-Dueli: “Heç bir şey elmdən üstün deyildir. Çünki, sultanlar insanlara hökm edirlər; alimlər isə, sultanlara hökm edirlər” ”“ demişdir. 
Loğman Peyğəmbər də oğluna bunu söyləmişdir: “Ey oğlum! Dünyanın sevinc və nəşələrini təcrübə etdim, elmdən ləzzətli bir şey tapmadım”. Sonra isə: “Dərvişlər, fəqir və yoxsullar elm sayəsində sultanlar süfrəsində otururlar” ”“ demişdir.  Abdullah Dəhləvi isə? “İnsanın qəlbini genişləndirən şeylərdən biri elmdir” ”“ demişdir.
 Bu cür mərifət elminə sahib olan şəxs  kəramət sahibi sayılır ki, Hacı Məhəmməd Əfəndi də məhz bu zümrəyə daxil idi.


MƏHƏMMƏD ƏFƏNDİ DƏRƏCƏ-DƏRƏCƏ YÜKSƏLİRDİ

 “Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir”.  “Davar” surəsi, 83.

Allah-təala başqa dostları kimi Məhəmməd Davudinin də xidmətlərini nəzərə alıb, onu dərəcə-dərəcə yüksəltmişdir. Çünki o, xalqa xidmət etdikcə, nəfsini öldürmüş və ruhən paklaşaraq, Allahla dostluğa layiq bir vəli qula çevrilmişdir. Yeri gəlmişkən, Peyğəmbər Əfəndimiz hədislərindən birində: “Bir qövmə xidmət edən şəxs (əcr və mükafata nail olmaq baxımından) onların ən üstünüdür”- deyə, buyurmuşdur. Başqa bir hədisi- şərifdə isə buyurur: “Bir nəfər yolda gedərkən qarşısında bir tikan kolu gördü və onu götürüb yoldan kənara atdı. Bu səbəbdən Allah ondan razı qaldı və qüsurlarını bağışladı” (Buxari, Azan 32). 

       Buradan belə məlum olur ki, Allah dərgahında ən məqbul əməl, Allah rizası üçün insanlara xidmət etmək və gözəl əxlaq sahibi olmaqdır ki, Məhəmməd Əfəndinin simasında biz bunun aydın nümunəsini görürük. O, bütün həyatını insanların hidayətə çatması və daxili aləmlərinin mənəvi gözəlliklərlə bəzədilməsi kimi ülvi bir xidmətə həsr etmişdir. 
        İsti yay günlərinin birində Məhəmməd Əleyhissəlam səhabələrlə birlikdə səfərə çıxmışdı. Münasib bir yerdə düşərgə saldılar. Səhabələrin bir qismi oruclu idi və onlar yorğun olduqlarına görə yatdılar. Oruclu olmayanlar isə kölgələnmək üçün çadır qurdular dəstəmaz almaq və heyvanları sulamaq üçün su daşıdılar, oruclu olanlara xidmət etdilər. İftar vaxtı çatanda Peyğənbər Əfəndimiz belə buyurdu: “Bu gün oruc tutmayanlar (daha çox) savaba nail oldu”.            (Buxari, Cihad, 71; Müslim, Siyam,100-101)

HAQQA DƏVƏT

“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən adamlar olsun! Bunlar (bu adamlar), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, “İmran ailəsi” surəsi, 104-cü ayə.

Məhəmməd Davudinin övliyalıq məqamına yüksəlməsinin  bir səbəbi də, insanları Haqqa dəvət etməsi və onları pis işlərdən, bəd əməllərdən çəkindirməsi idi. Onu başqalarından fərqləndirən əsas cəhətlərdən biri də qəlbindəki mərhəmət hissi idi. Mərhəmətin təzahürü kimi edilən müqəddəs xidmətlərin başında da islami təbliğ və Haqqa dəvət gəlir. İnsanları xeyirxahlığa çağırmaq, xətalarını düzəldərək bilmədiklərini öyrətmək, qəlblərini Allaha istiqamətləndirmək onlara edilən ən böyük xidmətlərdəndir. Həzrət Peyğəmbərimiz bu barədə  belə buyurmuşdur: “Allaha and içirəm ki, Allah təalanın sənin vasitənlə bir nəfəri hidayətə çatdırması (ən qiymətli dünya neməti sayılan) qızıl dəvələrə sahib olmağından daha xeyirlidir”. (Buxari, Əshabun-Nəbi, 9)

 Başqa bir hədisdə isə, fəxti-kainat Peyğəmbərimiz belə buyurur: “Hidayət yoluna dəvət edən şəxs, ona tabe olanların əcri qədər mükafat alar. Bu, ona tabe olanların əcrindən hec bir şey əksiltməz! Pis bir yola dəvət edən insan da, ona tabe olanların günahı qədər günah alar. Bu da ona tabe olanların günahlarından heç bir şey əksiltməz”. (Müslüm, Elm, 16; Əbu Davud, Sünnə, 6/4609)

Təbliğ xidməti edən şəxsin; elmli, əməli-saleh, səxavətli və gözəl əxlaq ilə yaşayaraq başqalarına nümunə olması vacibdir ki, bu keyfiyyətlərin hamısını Məhəmməd Davudidə görmək mümkün idi. Belə yaşayan səmimi insanlar üzlərinə baxıldıqda Allahı xatırladan sadiq və övliya bəndələrdən olurlar.  Belə ki, səhabələr: “Allahın övliya bəndələri kimlərdir?”- deyə soruşduqda, Allahın Rəsulu:  “Allahın övliya bəndələri üzlərinə baxıldıqda Allah-təalanı xatırladan insanlardır”- deyə buyurmuşdur (Heysəmi,X, 78).

Məhəmməd Davudinin xalqa etdiyi ən mühüm xidmətlərindən biri də, onlara Quranı öyrətməsidir. Belə ki, insanın bu dünyada rifah halında yaşaması üçün maddi qidalara nə qədər ehtiyacı varsa, əbədi həyatdakı səadətini təmin etməsi üçün mənəvi və ruhi qidalara bir o qədər ehtiyacı vardır. İnsan ruhunun ən gözəl və ən təsirli qidası Qurandır. Ona görə də ən şərəfli əməl, Quranı öyrənmək  və onu öyrətməklə məşğul olmaqdır. Rəsulullah-səllallahu əleyhi və ssəlləm-belə buyurmuşdur:
      “Qurani-Kərim elə bir ilahi kəlamdır ki, o, baş verə biləcək hər cür fitnəyə qarşı insanı salamata çatdırar. Onda sizdən əvvəlkilərin xəbərləri, sizdən sonrakıların vəziyyətləri, insanlar arasında meydana gələcək hadisələrin hökmləri vardır. O, haqq ilə batili bir-birindən ayırır. Onda mənasız heç nə yoxdur. Onu tərk edən azğını Allah-təala həlak edər. Ondan kənarda hidayət axtaranı, Allah zəlalətə salar. O, Allah-təalanın sağlam ipi, zikri-hakimi və sirəti-müstəqimidir. Ona tabe olanlar heç vaxt yolunu azmaz, onu söyləyən dillər səhv etməz. Alimlər ondan doymaz. Çox təkrar edildiyinə görə yeniliyini əsla itirməz. İnsanları təəccübləndirən möcüzəvi xüsusiyyətləri bitib-tükənməz. Cinlər, onu eşitdikləri zaman; “... Doğrudan da biz, heyran edən bir Quran eşitdik...” deməkdən özlərini saxlaya bilməzlər. Qurana əsaslanaraq danışanlar doğru danışarlar. Onunla hökm verənlər yerində adil davranarlar. Onu tətbiq edənlər mükafat qazanar və ona dəvət edənlər doğru yolu taparlar”. (Tirmizi, Fəzailul-Quran, 14/2906; Darimi, Fəzailul-Quran, 1).


Quran elmini öyrədən insana mürşid deyilir. Mövlana Cəlaləddin Ruminin maraqlı bir fikri var ki: “Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan yona bilmədiyi kimi, insan da öz ruhunu,  mənəviyyatını cilalamaq üçün bir mürşidə ehtiyac duyur”. Şeyx Məhəmməd Əfəndi dövrünün kamil mürşidi olaraq insanların ruhunun cilalanmasına, nurlanmasına, paklanmasına xidmət edirdi. Mövlanə kamil mürşidləri mənəvi həkimlər adlandırır və onların maddi həkimlərdən (təbiblərdən) üstünlüklərini belə izah edir:
“O zahir həkimlər başqadır. Onlar ürəyə nəbzi tutaraq baxırlar. Mürşidi-Kamillər isə nəbzi tutmadan ürəyə baxarlar. Və Allahın vermiş olduğu fərasət və sirri varmaq cəhətdən maddi həkimlərdən fərqlidirlər. Zahiri həkimlər ancaq maddi qida və əczalarla cismi, yəni cəsədi müalicə edərlər. Cəsəd isə, aydındır ki, bir gün qeyb olacaqdır”.
“Mənəvi həkimlər isə Allahın cəlal və əzəmət nuruna bələnmişlər. Bu səbəbdən Allaha varmağa mane olan yollar ortadan qaldırılır. Dəlilləri kəşf, ilham və sirri ilahidir. O mübarək insanlar müalicə haqqı da istəməzlər”.  

(ardı var)
Oxşar xəbərlər
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur