"Qaranquşa dönüb, məscidin içində dövrə vurdu"
Oxunub: 4579
29 Jun 2016 | 15:28
Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini  saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  

Moderator.az saytı yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. 
Beləliklə, əsərin beşinci  hissəsi ilə tanış olun.

Dördüncü  hissəni bu linkdən oxuya bilərsiniz:  

MƏHƏMMƏD DAVUDİ DÖVRÜNÜN MEDAR QÜTBÜ İDİ 

 Ã–vliyalıqda yüksək dərəcələrə çatmış mübarək şəxslərdən bir qisminə Qütb və ya bunun sinonimi olan aktab adı verilir. İşlərin görülməsinə və çətinliklərin aradan qaldırılmasına vasitə olan bu müqəddəs insanların dünya işləri və maddi aləmlə əlaqəli olanlarına Qütb-ül-aktab, Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar qütbü), din və irşad işləri ilə vəzifəli olanlara Qütb-ül-irşad (irşad qütbü) deyilir. 

Qütb-ül-aktab - aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar... deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu  böyük vəlilərdir. Böyük alim İmam Rəbbaninin bildirdiyinə görə, Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən bu zat hər zaman bulunur. Həzrəti-Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva (insanlar arasına qarışmamaq) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar  aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri ilə olur. Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünki aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir. İrşad qütbü isə, belə deyildir. Çünki, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur. Peyğəmbər əfəndimiz zamanının irşad qütbü idi. Həmin dövrdə medar qütbü Üveys əl-Qərani idi.

 Davudinin həyat və fəaliyyəti ilə yaxından tanış olduqca aydın olur ki,  onun missiyası xəstələrə şəfa vermək, çarəsizlərin dərdinə çarə etmək, kasıblara əl tutmaq, Allahdan ruzi və yağmur istəyənlərə dua etməkdən... ibarət olmuşdur. Bütün bunlar sübut edir ki, o da öz dövrünün  Qütb-ül-medarı  (və yaxud Qütb-ül-ebdalı) olmuşdur. 

 Hacı Məhəmməd Əfəndi Davudi məşhur sufi (Nəqşibəndi) şeyxləri Lələli Yunis Əfəndi, Almalı Mahmud Əfəndi, Talalı Əhməd Əfəndi, Ləkitli Hacı Cəbrayıl Əfəndi ilə eyni dövrdə yaşamış və onların bəziləri ilə yaxından dostluq etmişdir.

  O, həm də kəramət sahibi olan bir övliya kimi xalqın sevimlisinə çevrilmiş və bu günədək müqəddəs məzarı ziyarət olunmaqdadır. Onun kəramətlərinə dair əhvalatlar bu günədək Car bölgəsində danışılmaqdadır.
Yeri gəlmişkən, Car kəndinin sakini Mina xanım Burcayeva bizimlə söhbətində bildirdi ki, oğlum stress keçirmişdi; depressiyada olurdu. Məhəmməd Davudinin qəbrini ziyarət etdik, orada dualar etdik. Ondan sonra oğlumda bir daha stresin əlamətləri olmadı...

MÜQƏDDƏS HƏCC YOLÇULUÄžUNDA

“Həqiqətən insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr ”“ İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin Həccə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur”  Quran,  “İmran ailəsi” surəsi, 96-97-ci ayələr.

Məhəmməd Davudi dəfələrlə Həcc ziyarətində olub. O, ziyarətə gedərkən, həyat yoldaşlarını da apararmış (bir neçə arvadı olub). Təkcə həyat yoldaşı Məryəmi yeddi dəfə Həccə aparıb. Belə səfərlərin birində, Həccdən qayıdarkən, quldurlar onlara basqın edirlər. Əfəndi başından aldığı zərbədən yerə yıxılır və huşunu itirir. Oğru onu soyub, qaçmaq istəyəndə, onunla birlikdə olan Car kənd sakini Hacı Ramazan, qulduru tutaraq, Məhəmməd əfəndinin qarşısında diz çökdürür. Əfəndiyə təklif edirlər ki, oğruya cəza kəs, biz də icra edək. Məhəmməd Davudi cavab verir ki, “mən müqəddəs torpaqda əlimi insan qanına batırıb, günah edə bilmərəm. Buraxın getsin”. Bu, Məhəmməd Əfəndinin necə böyük insan olduğunu sübut edən əhvalatlardan biridir. Bu hadisələrdən sonra övliyanın qulağı eşitmir. Lakin Həcc ziyarətində olan vaxtlarda  qulağı daim eşidərmiş. Bu hadisə yadıma Mövlana ilə xalça oğrusunun ibrətamiz əhvalatını saldı. Əhvalat belə olmuşdur:

 Mövlana bir gecə namaz qılırdı. Həmin anda “eşq sultanı” bir başqa dünyanın insanı idi. Nə evində idi, nə də dünyada. Hüzurunda hüzur tapdığı Rəbbinin qatında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi. Mövlananın otağına gəldi və orada yerə sərilən xalçanı götürüb getdi. 
Bir neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi.
Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi:
-Buraxın o yazığı! Ehtiyacı olduğu üçün etmişdir. Üzrlü hesab edin. Artıq xalça onundur. Ya da pulunu verib xalçanı satın alın! 
  (Bu hadisə bir çox yazıçı və şairə ilham qaynağı oldu. Əsrlər sonra Viktor Hüqo bu gözəlliyi götürüb romanında canlandırdı. “Səfillər” adlı bu roman klassiklər arasında sayıldı. Lakin həmin kitaba görə o gözəlliyin qəhrəmanı Mövlana deyil, bir xristian rahibi idi). 
  Məhəmməd Davudi də övliyaya layiq hərəkət edərək, quldurun ac olduğunu nəzərə alıb, onu əfv etmişdir.

Bir gecə də, onun tövləsinə oğru girib, atlardan birini oğurlamaq üçün minir. Ancaq nə qədər çalışsa da, nə at yerindən tərpənir, nə də oğru atdan düşə bilir. Beləliklə, sübh namazına qalxan Məhəmməd Əfəndi, tövləyə yaxınlaşır və çöldən oğruya adı ilə müraciət edir ki, “filankəs, çıx get”. Oğru cavab verir ki, “atdan  düşə bilmirəm”. Əfəndi deyir: “İcazə verdim, düş get”. Bundan sonra oğru atdan düşür və övliyanın qarşısında diz çökərək üzr diləyir.
  Hacı Məhəmməd Əfəndinin duaları Haqq dərgahında qəbul olunduğundan, yaşadığı dövrdə insanlar bir çox problemlərinin həlli üçün ondan dua etməsini xahiş edərmişlər və əksər hallarda istəklərinə nail olarmışlar.

MƏHƏMMƏD DAVUDİ İNSANLARIN DADINA YETƏRDİ

 Ã–vliyalardan bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları olan bu şəxslərin dünyanın  nizamı (düzəni) ilə görəvli olduqlarını bir kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni, insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər  yeddi, bəziləri qırx, bəzi alimlər isə yetmiş olduğunu söyləmişlər. 
 Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bir hədisində  buyurmuşdur: "Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. Bu zatlara ebdal deyilir (“Ebdal” sözünü təsəvvüfdə yüksək məqam olmaqla, “dərviş” sözünün sinonimi kimi də qəbul etmək olar  ”“ müəllif). Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər". Abdullah ibn Məsud: "Ya Rəsulallah! Nə ilə bu dərəcəyə çatdılar?" -  deyə soruşdu. "Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə  buyurdu. 
Məhəmməd Davudidən və onun insanların dadına yetməyindən söhbət etdikcə, yadıma məhz bu hədis düşdü. Onu da qeyd edim ki, övliya insanların dadına təkcə maddi yardımla çatmırdı, o həm də xəstələr üçün şəfa, çarəsizlərin dərdinə çarə idi. 

Zaqatala rayonunun Çökək kəndində olan qədim məsciddə Məhəmməd Davudi tez-tez namaz qılarmış. Həmin kənddən olan yaşlı bir möminə qadın da, valideynlərinin ehsanı olaraq, məscid əhlinə tez-tez yemək gətirərmiş. Qadın bir gün  məscidə gələndə Məhəmməd Əfəndinin içəridə təklikdə namaz qıldığını görür. Bir qədər gözləyir, birdən gördüyü mənzərədən heyrət edir: Davudi qaranquşa dönüb, məscidin içində bir neçə dövrə vurdu və yenidən insan olaraq, namaz qılmağa davam etdi. Qadın gördüyü möcüzənin heybətindən bayıldı. Özünə gələndə, Şeyx ona, gördüyü möcüzəni heç yerdə danışmamağı tapşırdı. 
Qadın vədinə əməl edərək, gördüyünü Şeyxin ölümünə qədər danışmır. Məhəmməd Əfəndi dünyasını dəyişəndən sonra, oğulluğu Hacı Osman həyat yoldaşı Məryəm xanımla birlikdə Çökək kəndində qonaq imiş; həmin qadın da, məclisdə iştirak edirmiş. Nəhayət, qadın bu əhvalatı danışır və bildirir ki, bu sirri o dünyaya aparmaq istəmir. 
 
(ardı var)
Oxşar xəbərlər
07:24, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?